Hippokamp - Wikipedia
Hippokamp — Neptunun kiçik peyklərindən biridir.Diametri təxminən 18 km-dir. 1 iyul 2013-cü ildə Hippokamp peykinin kəşfi ilə Neptunun bilinən peyklərinin sayı artaraq on dördə çatdı. Peyk o qədər qaranlıq idi ki,1989-cu ildə Voyacer 2 kosmik zondunun uçuşu zamanı müşahidə olunmamışdır. Onu SETI inistitundan olan Mark R. Şovalter 2004-2009-cu illərdə Habbl kosmik teleskopu vasitəsilə çəkilmiş arxiv fotoşəkillərinin analizi nəticəsində tapmışdır.
Kəşf tarixi | 1 iyul 2013 |
---|---|
Nəyin peykidir | Neptun |
Özünə xas ekssentrisitet | 0,00048 ± 0,00032 |
26,5 | |
Kəşf
redaktəMark Hippokamp peykini 1 İyul 2013-cü ildə Habbl kosmik teleskopunun 2009-cu ildə çəkdiyi Neptunun halqasının qövslərinin şəkillərini araşdırarkən kəşf etmişdir. O orbital hərəkətləri öyrəmək üçün panoramlama üsuluna bənzər üsuldan istifadə etmişdir.
Hippokamp Neptunun bilinən on dördüncü peykidir və ilk dəfə 1 iyul 2013-cü ildə kəşf edilmişdir.
Mənşə
redaktəNeptunun ən böyük peyki olan Triton retroqrad (tərs dönən) və maili orbitə malikdir. Bir fərziyyəyə görə Neptun bu peyki orjinal peykləri formalaşandan sonra Koyper qurşağından tutmuşdur.Bu hadisə səbəbindən bəzi artıq mövcud olan peyklərin orbitləri yerlərini dəyişdi,nəticədə bəzi peyklərin atılmasına gətirib çıxartdı və toqquşaraq məhv olmasına səbəb oldu. Hesab edilir ki, Neptunun hazırkı daxili peykləri Tritonun orbiti nəhəng yavaşlama ilə dairəvi şəkil alandan sonra dağıntılardan əmələ gəlmişlər.