Hiperqlikemiya - Wikipedia
Hiperqlikemiya — bu diabetli xəstənin elə vəziyətidir kı, bu zaman qanda şəkər həddindən çox yüksək olur. Dərhal belə bir sual meydana çıxır – nə qədər yüksək? Qanda qlükozanın hansı səviyyəsini hiperqlikemiyanın obyektiv əlaməti hesab etmək olar? Ciddi hiperqlikemiyadan söhbət gedirsə, onun aşağı həddini 13,2–15 mmol/l (238 – 270 ml/q %) hesab etmək olar. Yüngül hiperqlikemiyada isə belə qəti cavab yoxdur. Bir tərəfdən belə hesab edirlər ki, qanda şəkəri 4–8 mmol/l (70–164 ml/q%) arasında saxlamaq lazımdır. Yaşlı adamlarda maksimum 10 mmol/l (180ml/q/%) olar. Belə halda yüngül hiperqlikemiyanın həddini 10 mmol/l (180 ml/q%) hesab etmək olar. Digər tərəfdən 65 yaşdan yuxarı insanlar üçün 11–12 mmol/l (200–216 ml/q%) qanda şəkər elə katastrofik hesab olunmur. Baxmayaraq ki, qanda şəkərin belə yüksəkliyi xroniki ağırlaşmalara gətirib çıxara bilər, lakin onlar tədricən inkişaf etdiyi üçün yaşlı insanlar belə şəkərlə öz həyatlarını sona kimi yaşaya bilərlər. Lakin gənc insanlar üçün yuxarıdaki göstəricilər həddindən artıq arzu edilməzdir[2].
Hiperqlikemiya | |
---|---|
XBT-10-KM | R73.9 |
XBT-9 | 790.29 |
XBT-9-KM | 790.6[1] |
DiseasesDB | 6234 |
MedlinePlus | 007228 |
MeSH | D006943 |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- ↑ Hiperqlikemiya və ketoasidoz. — diabet.az saytı