Hilda Krotszoli - Wikipedia
Hilda Krotszoli (16 avqust 1900, Zalsburq – 10 avqust 1972) — Avstriyanın ilk qadın memar və inşaat mühəndislərindən biri.[1][2]
Hilda Krotszoli | |
---|---|
alm. Hilda Crozzoli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 avqust 1900 |
Doğum yeri | |
Vəfat tarixi | 10 avqust 1972 (71 yaşında) |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən həyatı və təhsili
redaktəHilda Yohana Krotszoli 16 avqust 1900-cü ildə Avstriyanın Zalsburq şəhərində anadan olub.[3] Atası Ambrogio (Amvros) Krotszoli (1870–1925), anası isə Lusiya Antoniya Santarossa (1871–1957) idi. Onlar 1882-ci ildə evləniblər.[3] Krotszoli, bir neçə nəsil ərzində Avstriyanın Zalsburq şəhərinin inkişafında əsas rol oynayan usta inşaatçılar və memarların Şimali İtalyan Friulian nəslindəndir.[4][5] Amvrose Krotszoli 12 fevral 1907-ci ildə özü və ailəsi üçün vətəndaşlıq andı içdi və onlar 5 yanvar 1915-ci ildə Zalzburqun Maksqlan bölgəsinə Heymatrext hüququnu aldılar (Heymatrext 1849-cu ildə Avstriyada təqdim edilmiş, yaşayış və yoxsullara yardım hüququ verən ərazidə məskunlaşma hüququ idi). Anası yalnız italyanca danışırdı və heç vaxt almanca danışmağı öyrənmədi.
Hilda evin yeddi uşağından dördüncüsü idi, lakin onun iki böyük qardaşı körpə ikən vəfat edir və beş qız qalırlar. İbtidai və orta məktəbdə oxuduqdan sonra o, Zalsburqdakı Staatsgeverbeskul (Dövlət Ticarət məktəbi) binasında dörd illik tikinti kursunu bitirib, 1921-ci ildə yekun imtahanını uğurla verərək Avstriyanın ilk memarı oldu.[1] O, Staatsgeverbeskulun tikinti şöbəsinin tarixindəki ilk qadın məzun idi. 1921-ci ilin məzun fotoşəkili bunu sübut edir.[6]
Karyerası
redaktəO, 1917-ci il avqustun 1-də atasının memarlıq və tikinti şirkətinə şagird kimi daxil olur.[7] 1921-ci il martın 1-dən 1925-ci il avqustun 11-dək atasının şirkətində inşaat texniki və inşaat ustası kimi işləyib. Atasının şirkətində işləməklə yanaşı, Şnegattern və Vyanada şəhər memarı İosef Şvertsçek ilə də çalışıb.
Atasının P & A Crozzoli şirkətində tikinti texniki olan Hilda Krotszoli, Hofstallkasernin böyük süvari kazarmalarını və tövlələrini indiki Haus der Natur Zalzburq təbiət tarixi muzeyinə çevirməkdə sahə meneceri rolunu öz üzərinə götürdü. Muzey şəhərin festival rayonunun mərkəzində yerləşir.[8]
1 iyul 1926-cı ildən Zalzburqda Universale Baugesellschaft m.b. H. (Universal İnşaat şirkəti) ilə işləyib.
12–14 may 1927-ci il tarixləri arasında Klaqenfurtda Baumeyster (memar və inşaat mühəndisi, ənənəvi olaraq usta inşaatçı adlanır) olmaq üçün təlim və imtahanlardan keçmişdir.[9] Onun bu uğuru təkcə Zalsburq mediasında geniş işıqlandırılmadı, həmçinin Verein Deutsch Österreichischer Ingenieure (Alman Avstriya Mühəndisləri Cəmiyyəti) Krotszoliyə öz təbriklərini göndərdi.
1928-ci ildə Hilda Krotszoli tək başına işləməyə qərar verdi, sərbəst memar və inşaat mühəndisi oldu. O, 1929-cu ilə qədər Jozef Sindinqerlə əməkdaşlıq edib, sonra memar Riçard Bandianla işləməyə başlayır və 1 fevral 1934-cü ildə onunla evlənir. 1934-cü ildə Hilda Krotszoli və onun tikinti şirkəti Reichenhallerstraße 19 (indiki Reichenhaller Straße 27) ünvanına köçdü.
Məlumdur ki, onun rəhbərliyi altında 1928–1966-cı illər arasında Krotszoli-Bandian şirkəti tərəfindən 65 bina tikilib. 1927–28-ci illərdə xüsusilə diqqətəlayiq tikinti Zalsburqun bir rayonu olan Şallmusda Fürsorge-Siedlung adlanan "rifah qəsəbəsi"nin yaradılmasıdır.
İkinci Dünya müharibəsi zamanı 15 hava hücumu şəhərin binalarının 46 faizini məhv etsə də,[10] Krotszoli-Bandian şirkəti müharibədən sonrakı yenidənqurma işlərində iştirak etdi.
Krotszoli 1945-ci ildə müharibə zamanı nasistlər tərəfindən ələ keçirilən və zəbt edilən Schloss Leopoldskrondakı binaya dəyən ziyanı təmir etdi. Onun şirkəti Hotel zum Goldenen Hirschen (1945/46) və Bankhaus Daghofer-i (1968) yenidən qurdu və bərpa etdi.
O, həmçinin 1965-ci ildə Zalsburq Universiteti üçün Wallistraktes der Residenz-in təmirini həyata keçirdi.
Hilda Krotszoli-Bandian uzun sürən xəstəlikdən sonra 10 avqust 1972-ci ildə Zalsburqda vəfat edib.[11] O, Maxqlan qəbiristanlığında dəfn edilib.[12]
İrsi
redaktəOnun bir çox binaları bu gün də qalır və Zalsburqa memarlıq turlarına da daxildir. Krotszoli, Zalsburqda Künstlerhausın qadın memarları qeyd edən 2013 Frauen machen Sichtbar sərgisinə daxil edilmişdir.[6]
Mükafatları
redaktə- Döyüş ləyaqət xaçı (1 iyul, 1944)
- Goldener Ehrenring des Salzburger Baugewerbes (11 mart 1965) (Zalsburq tikinti sənayesinin qızıl halqası)
İstinadlar
redaktə- ↑ 1 2 "WOMEN ARE MAKING HISTORY". Advertiser (Adelaide, SA : 1931 - 1954). 1938-08-24. 8. İstifadə tarixi: 2020-06-23.
- ↑ "WOMEN ARE MAKING HISTORY". Advertiser (Adelaide, SA : 1931 - 1954). 1938-08-24. 8. İstifadə tarixi: 2020-06-24.
- ↑ 1 2 "Taufbuch - TFB16 | Salzburg-Mülln | Salzburg: Rk. Erzdiözese Salzburg | Österreich | Matricula Online". data.matricula-online.eu. 2020-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-23.
- ↑ UNIVERSITÄT SALZBURG. "BRIDGE OF KNOWLEDGE COMING|GOING|STAYING" (PDF). 2015-03-17 tarixində arxivləşdirilib (PDF).
- ↑ "Salzburg City of Migration" (PDF). 2020-06-27 tarixində arxivləşdirilib (PDF).
- ↑ 1 2 "Salzburger Nachrichten". 2013. 2020-06-26 tarixində arxivləşdirilib.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-03-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-13.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-03-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-13.
- ↑ http://nla.gov.au/nla.news-article22924362 (#bare_url_missing_title).
- ↑ "Arxivlənmiş surət". 2016-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-13.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2020-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-13.
- ↑ (#empty_citation)