Herst Kasl - Wikipedia
Herst-kasl - Kaliforniyanın Sakit okean sahilində Los-Anceles və San-Fransisko şəhərlərinə gedən yolda yerləşən milli tarixi abidə. Bu tikili 1951-ci ildə dünyasını dəyişmiş mediamaqnat Vilyam Rendolf Herstin malikanəsi olmuş və 1919-1947-ci illərdə memar Culiya Morqan tərəfindən dizayn edilmişdir. 1954-cü ildə Kaliforniya Dövlət Parkına çevrilmişdir.[1]
Bura 1958-ci ildə ziyarətçilərin baş çəkməsi üçün açıq elan edilmişdir.[2] Həmin vaxtdan etibarən San-Simeonda yerləşən incəsənət və antikvariat kolleksiyası ilə zəngin olan Herstin malikanəsi ictimai turlar üçün açıq elan edilmişdir. Şəhərin mərkəzində uzaqlıqda yerləşməsinə baxmayaraq, bura "hər il milyonlarla turist" axını gəlir.[3]
Herst malikanəni rəsmi olaraq "La Cuesta Encantada" ("Valehedici təpə") adlandırsa da, adətən "ranço" adlandırırdı. Herst-kasl və ətraf ərazilər bəzən Herstin mülkü ilə ətraf ərazilər arasındakı sərhədi nəzərə almadan "San Simeon" adlandırılır.
Tarixi
redaktə1920 - 1930-cu illərdə Herst-kasla qonaq kimi dəvət olunmaq arzuolunan yerlərdən biri kimi hiss olunurdu. Hollivud və siyasi elitanın üzvləri bura tez-tez baş çəkərdi. Herstin qonaqları sırasında Çarli Çaplin, Keri Qrant, Marks qardaşları, Qreta Qarbo, Çarlz Lindberq, Coan Krauford, Ceyms Stüart, Bob Houp, Kalvin Kulic, Franklin Delano Ruzvelt, Dolores del Rio və Vinston Çörçill kimi məşhurlar olmuşdur. Qonaqlar hər axşam rəsmi şam yeməyində iştirak etmək istəyirdilərsə, onlar Hersti öz işlərini qurtarana qədər otaqlarında gözləməli idilər. "Ranço" da çox şeyin olması, qonaqların nəsə etməyində çətinlik yaratmırdı. Malikanədə olan kinoteatrda Herstin şəxsi kinostudiyası Cosmopolitan Productions tərəfindən çəkilmiş filmlər nümayiş olunurdu.
Herst-kasl Orson Uellsin 1941-ci ildə çəkdiyi Vilyam Herstin karyerasını özündə əks etdirən Vətəndaş Keyn filmində "Xanadu" malikanəsi üçün ilham mənbəyi olmuşdur.[4] Herst-kasl filmin çəkiliş məkanı kimi istifadə olunmamış, əvəzində Nyu-York ştatının Hantinqton şəhərində yerləşən Oheka Kasl və San-Dieqoda yerləşən Balboa parkından istifadə olunmuşdur. Malikanə sonradan Kaliforniya ştatının tabeliyinə keçdikdən sonra burada ancaq iki layihənin keçirlməsinə icazə verilmişdir. Bunlardan biri rejissor Stenli Kubrikin Spartak filmində Krassın villası kimi Herst-kasldan istifadə etməsi olmuşdur. Digəri isə Lady Gaganın "G.U.Y" mahnısının klipinin çəkilişlərində istifadə olunmuşdur."[5][6]
Hearst Corporationun şərtlərindən biri Herst ailəsinin istədiyi zaman buradan yaşayış yeri kimi istifadə etmələrinə icazə olması idi. Vilyam Herstin qız nəvəsi Patti Herst xatırlayırdı ki, uşaq vaxtı ekskursiyalar təşkil olunduğu vaxt o, çox vaxt Neptun hovuzunda yerləşən heykəllərin arxasında gizlənərdi. İndi malikanənin muzey olmasına baxmayaraq, ailə XIX əsrdə Corc Herst tərəfindən tikilmiş evlərindən Viktorian dövrünün evləri kimi istifadə edir. Qonaqların maksimal dərəcədə məxfiliyinin qorunması üçün malikanə evkalipt ağacının sıx yarpaylarıyla qorunmuşdur. 2001-ci ildə Patti Herst Travel Channel şousunun malikanədə olan çəkilişlərində, Amanda Herst isə 2006-cı ildə Hearst Corporation jurnalının moda bölməsi üçün fotosessiyalar aparmışdır.
Herst-kasl 1972-ci ilin 22 iyununda ABŞ Tarixi Abidələrinin milli registrinə salınmış və 1976-cı il 11 may tarixidnə ABŞ-nin Milli Tarixi Abidəsinə çevrilmişdir.
Herst-kasl Forbes Travel.com tərəfindən "Amerikanın 10 heyrətləndirici qəsri" siyahısına salınmışdır. Forbes bu barədə yazırdı: "Tamamilə mümkündür ki, Vilyam Rendolf Herst Avropanın ən yaxşı memarlığını - ilk növbədə malikanəsini eklektik istirahət mərkəzlərindən birinə çevirmiş və Kaliforniyada yığılan kilsə və monastrların tavanlarını öyrənmişdir".
Dizaynı
redaktəVilyam Herst amerikalı memar Culiya Morqana yeni layihə ideyası bağlı ilk dəfə 1915-ci ilin aprelində müraciət etmiş və o isə tez bir zamanda məsuliyyəti öz üzərinə götürmüşdür. Çertyojçunun bildirdiyinə görə Herstin ideyası ilk olaraq bunqalo tikdirmək idi. Bunu onun söylədiyi aşağıdakı fikirlər ifadə edir:
Mən San-Simeon təpəsində nəsə tikdirmək istəyirəm. Mən ora gedib çadırlarda dincəlməkdən artıq yorulmuşam. Mən bunun üçün artıq getdikcə yaşlaşıram. Daha rahat olmaq üçün mən nəsə almaq istərdim.[7] |
Təxminən 1 aya yaxın aparılan müzakirələrdən sonra Herstin planında tutduğu sadə bir tikili çox böyük ölçülərə qədər genişləndirildi. Aparılan müzakirələr nəticəsində tikilinin xarici görünüşü yapon və koreya üslubunda olan dizayndan ispan intibahı dizaynına dəyişmişdir. Herstin özü də ispan İntibahı ilə maraqlansa da, Kaliforniyadakı sütunlu strukturların kobudluğundan narazı idi. Meksika memarlığı bu barədə kəskinliyi ilə seçilsə də, lakin Herst oradakı ornamentin bolluğuna qarşı idi. İlham mənbəyi tapmaq üçün Pireney yarımadasına yollanan Herst İspaniya]]nın cənubunda İntibah və Barokko dövrünə aid özünün zövqündə olan nümunələr tapa bilmişdir. Herstin daha çox diqqətini Ronda şəhərində yerləşən kilsə çəkmişdir. Kilsənin qüllələri Herstə öz malikanəsindəki qüllələrin də o cür hazırlanması üçün ilham mənbəyi olmuşdur. 1915-1917-ci illərdə San-Dieqo şəhərində keçirilmiş beynəlxalq "Panama-Kaliforniya Sərgisi" Herstin Kaliforniyada arzuladığı tikilinin dizaynı üçün vacib rol oynamışdır.
1919-cu ilin yayında Morqan əraziyə baxaraq, onun geologiyasını analiz etmiş və əsas tikili üçün ilkin planlarını tərtib etmişdir. Tikinti 1919-cu ildən başlamış 1947-ci ilə qədər davam etmişdir. Morqan Herstə ilk əvvəl qonaq kotteclərin tikintisindən başlamağı məsləhət görmüşdür. Belə olan halda kiçik strukturların tikintisi sürətli şəkildə bitəcəkdir.
Malikanə Herstin Avropaya səyahət etdiyi zaman heyran olduğu tarixi memarlıq üslublarının birgə sintezidir. Herst məhsuldar kolleksiyaçı idi. O, antikvar və incəsənət nümunələrini evini doldurmaq üçün yox, əksinə evini anbarlarında saxladığı nümunələr üçün tikirdi. Əsas binanın planında onun otaqlarının tavanı xaotik idi. Belə ki Herst Avropada bəyəndiyi dekorları öz malikanəsində tətbiq etmişdir.
Herst-kaslda 56 yataq otağı, 61 hamam otağı, 19 qonaq otağı,127 akrlıq bağ, içəridə və həyətdə hovuz, tennis meydançası, kinoteatr, aerodrom, dünyada ən böyük şəxsi zoopark var idi. Zebra]]lar və başqa ekzotik heyvanlar hələ də bu ərazidə yaşayırlar. Təcrübəli mühəndis olan Morqan qravitasiyaya əsaslanmış su paylayıcı sistem yaradaraq suyu artezian quyularından 1100 m hündürlükdə olan Payn-Mauntin mayilinə doğru qədər qaldıra bilmişdir. Malikanənin əsas effektlərindən biri təpənin yaxınlığında yerləşən və orada dağ, okean görüntüsünü yaradan Neptun hovuzudur. Quraqlıq nəticəsində hovuzun suyu hal-hazırda qurumaqdadır. Neptun su hövzəsinin daxili həyəti qədim Roma məbədinin ön hissəsi formasındadır. Herst tikinti zamanı nəisə xoşuna gəlməzdisə dərhal onu sökdürərək yenidən tikdirərdi. Neptun hovuzu da 3 dəfə sökülüb yenidən tikilmişdir. Herst tərəfindən daima dizaynda dəyişikliklər edildiyindən tikili tam tikilib qurtarmamışdır.
Herst-kaslın ornamentlərinin tarixi Avropa mövzularında olmasına baxmayaraq, binanın strukturunun əsasını dəmir-beton karkas təşkil edir. Müasir mühəndislik təcrübəsindən istifadə etməsi Morqanın Berkli Kaliforniya Universitetinin vətəndaş mühəndisliyi (civil engineering) fakultəsinin məzunu və Parisdə yerləşən Milli zərif incəsənət ali məktəbinin ilk qadın məzunu olmasından irəli gəlir. Morqan malikanə üçün kaşılar işləyib hazırlamış və bir sıra kaşı şirkətlərinin işlərindən istifadə etmişdir. Albert Solon və Frenk Şemmel malikanəyə gələrək kaşı işlərini aparmışdılar. Herstin yaşadığı dövrdə yerli elektrostansiya buraya ayrıca olaraq elektrik verirdi. Malikanədəki əksər çılçıraqlarda lampalar üstünlük təşkil edir. Belə ki malikanənin tikildiyi dövrdə elektrik texnologiyası yeni idi.
Qalereya
redaktə-
Herst-kaslın Roma hovuzu
-
Qapı detalı, Casa del Monte
-
Herst-kaslın nahar otağı
-
Terrası
İstinadlar
redaktə- ↑ "State Park Notes". Planning and Civic Comment. 20 (3): 27. September 1954.
- ↑
"State Park Notes". Planning and Civic Comment. 24 (3): 58. September 1958.
The Hearst San Simeon State Historical Monument was dedicated and opened to the public June 2
- ↑ "Hearst Castle". San Simeon welcomes you. San Simeon Chamber of Commerce. 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-09.
- ↑ "The top houses from the movies". Daily Telegraph. 2014-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-17.
- ↑ Linn, Sarah. "Hearst Castle goes Gaga as pop diva shoots video this week at estate". The Cambrian. February 11, 2014. March 31, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 31, 2014.
- ↑ Dodge, Shyam. "Lady Gaga denies claim she 'wasted 356K gallons of water to fill massive pool at Hearst Castle' during worst drought in California history". MailOnline.com. Daily Mail. April 15, 2014. March 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 17, 2017.
- ↑ Mark A. Wilson; forward by Lynn Forney McMurray. Julia Morgan: Architect of Beauty. Gibbs Smith. 2007. səh. 105. ISBN 978-1-4236-0088-6. İstifadə tarixi: 27 May 2009.