Havay Monax Suitisi - Wikipedia
Havay monax suitisi (lat. Monachus schauinslandi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin monax suiti cinsinə aid heyvan növü.
Havay monax suitisi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Havay monax suitisi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Xariçi görünüşü
redaktəUzunluğu 225 sm, rəngi isə tünd qəhvəyi və ya tünd boz-qəhvəyi olur. Dişilər isə nisbətən açıq rəngdə olurlar. Erkəklər bir qayda olaraq dişilərdən iri olur.
Yayılması
redaktəHavay suitiləri Havay adalarının şimal-qərbdə yerləşən atol atol adalarında yayılmışdır. Əsasən Kure, Perl end Hermes, Frenç Friqat Şols, Miduey adalarında yaşayırlar. Əvvəllər isə hətta Kayay, Havay, Niihau, Oahu adaları sahilləri ərazisində də yaşayırdılar.
1958–1996-cı illərdə onların sayı 60% azalmışdır. 2004-cü ildə isə onların sayı 1400 başa çatmışdır. Əvvəllər onların sayının azalmasının səbəbi kütləvi ovlanma idisə, indi isə balıqçı torlarıdır. ABŞ-da qanunla qorunur. Əsasən balıq və Molusklarla qidalanır.
Çoxalması
redaktəBu növün balavermə dövrü dekabrdan avqust ayına qədər davam edir. Ən aktiv dövr aprel may aylarıdır. Balanın çəkisi 16 kq, uzunluğu 125 sm olur. Onlar qara yumşaq kürkünü 3–5 həftə ərzində dəyişir. Rəngləri gümüşü-boz-mavi alır. Kürək nahiyyəsində isə gümüşü-ağ ləkə vardır. Dişilər iki ilə bir bala verir. Çütləşmə dönəmi may noyabr aylarını əhatə edir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0