Hatari - Wikipedia
Hatari (azərb. "Qənim")[1][2] — İslandiyanın Reykyavik şəhərində qurulmuş satirik texno və pank rok qrupu.[3] Qrup Klemens Hanniqan, Mattias Haraldsson və Eynar Stefanssondan təşkil olunmuşdur.[4] 2015-ci ildən fəaliyyətdə olan qrupun indiyədək bir mini-albomu və bir neçə sinqlları buraxılmışdır. Hatari canlı ifalarına və BDSM üslubunda geyimlərinə görə tanınır. Qrupun üzvləri Hatarini "anti-kapitalist BDSM texno incəsənət qrupu" kimi təsvir edir və qrupun əsas hədəfinin kapitalizmi məhv etmək olduğunu iddia edirlər.[5] Hatari qrupu "Hatrið mun sigra" (azərb. Nifrət qalib gələcək) mahnısı ilə İslandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 10-cu yeri qazanmışdır.[6]
Hatari | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | Texno, pank rok |
Fəaliyyət illəri | 2015–h.h. |
Ölkə | İslandiya |
Şəhər | Reykyavik |
Dil | İslandca |
Leybl | Svikamylla ehf. |
Heyət |
Klemens Hanniqan Mattias Haraldsson Eynar Stefansson |
www.hatari.is | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəHatari qrupu Klemens Hanniqan və Mattias Haraldsson tərəfindən 2015-ci ildə qurulmuş, daha sonra isə qrupa Eynar Stefansson da qoşulmuşdur.[3][7] İslandiyalılar ilk dəfə Hatari ilə 2016-cı ildə İslandiya Hava Yolları festivalında tanış olmuşdur. Qrup həmin festivalda bir daha 2018-ci ildə səhnə almışdır.[7][8]
2017-ci ilin oktyabr ayında qrupun Neysluvara adlı mini-albomu buraxılmışdır.[9][10] Albomda yer alan "Ódýr" və "X" mahnılarına video kliplər də çəkilmişdir.
2018-ci ildə Pasxa ərəfəsində Hatari Háskar adlandırdıqları "Qiyamət günü festivalı"nı təşkil etmişdir. Festivalda Reykyavikdən olan müxtəlif ifaçılar, DJ-lər və qruplar çıxış etmişdir. Hatari festivaldakı çıxışına görə mükafata layiq görülmüşdür.
2018-ci ilin dekabr ayında qrupun "Spillingardans" adlı üçüncü sinqlı təqdim olunmuşdur.[11] 2019-cu ilin yanvar ayında Hatarinin İslandiyanın RÚV telekanalının Avroviziya 2019 təmsilçisini seçmək üçün təşkil etdiyi Söngvakeppnin 2019-da iştirak edəcək olan 10 namizəddən biri olduğu elan edilmişdir. "Hatrið mun sigra" mahnısı ilə yarışmaya qatılan qrup nəticədə qalib gələrək İslandiyanı Tel-Əvivdə keçirilən Avroviziyada təmsil etmək hüququnu əldə etmişdir.[12] Müsabiqə öncəsi qrup dəfələrlə İsrail əleyhinə siyasi çıxışlar etmişdir. Bunun ardınca Hatari bənzər çıxışların Avroviziya səhnəsində təkrarlanacağı halda İslandiyanın Avroviziyadan diskvalifikasiya ediləcəyi barədə birbaşa olaraq Avropa Yayım İttifaqı tərəfindən xəbərdarlıq almışdır.[13] Buna baxmayaraq müsabiqənin sonunda İslandiyanın SMS səsləri açıqlanan zaman qrup üzvləri Fələstin bayraqlarını üzə çıxardı. Eyni vaxtda qrupun Instagram hesabında Fələstin bayrağı yerləşdirildi.[14] Hatari müsabiqədə nəticə olaraq 232 xal toplayaraq, 10-cu yerdə qərarlaşmışdır.
Avroviziyada iştiraklarının ardınca qrupun fələstinli müğənni Bəşər Murad ilə birlikdə ifa etdiyi "Klefi / Samed" mahnısı təqdim olunmuşdur. Yarı ərəb və yarı island dilində səslənən mahnının video klipi İsraildə çəkilmiş və klipdə qrup üzvləri fələstinli ifaçı ilə birlikdə Fələstin bayrağını dalğalandırırlar.[15]
Diskoqrafiya
redaktəStudiya albomları
redaktə- Neyslutrans (2020)
Mini-albomlar
redaktə- Neysluvara (2017)
Sinqllar
redaktə- "Spillingardans" (2019)
- "Hatrið mun sigra" (2019)
- "Klefi/صامد" (Bəşər Murad ilə) (2019)
- "Klámstrákur" (2019)
Mükafatlar və nominasyalar
redaktəİl | Mükafat | Kateqoriya | İş | Nəticə | İst. |
---|---|---|---|---|---|
2017 | Grapevine Musiqi Mükafatları | Ən yaxşı canlı ifa | Hatari | Qazandı | [16] |
2018 | Grapevine Musiqi Mükafatları | Ən yaxşı canlı ifa | Hatari | Qazandı | [17] |
İsland Musiqi Mükafatları | İlin mahnısı - Rok | "Spillingardans" | Namizəd | [18][19] | |
İlin ifaçıları | Hatari | Qazandı |
İstinadlar
redaktə- ↑ "Bondage clad underground techno band becomes Iceland's Eurovision entry". Iceland Monitor. 3 mart 2019. 2019-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-14.
- ↑ Holli, Rob. "Hatari interview: 'We're the pink elephant in the room'". The Independent. 12 mart 2019. 2019-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-14.
- ↑ 1 2 Rasmus. "Iceland: Hatari wins Söngvakeppnin 2019 with "Hatrið mun sigra"". Eurovisionworld. Avroviziya. 2 mart 2019. 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-14.
- ↑ "5 reasons why Hatari won Iceland Airwaves". RvK on Stage. Reykjavik on Stage. 2019-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2019.
- ↑ "Bondage-Synth-Punk Trio Hatari Announce Final Gig After Failing To Dismantle Capitalism". Reykavik Grapevine. Fröken Ltd. 2019-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2019.
- ↑ "Hatari win Iceland's ticket for Eurovision!". Eurovision. Avropa Yayım İttifaqı. 2019-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2019.
- ↑ 1 2 Stína. "5 reasons why Hatari won Iceland Airwaves". Reykjavík on Stage. 4 dekabr 2016. 2019-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-03.
- ↑ Kohen, Hanna Ceyn; Dali, Siaran. "Best Live Band: Hatari". The Reykjavík Grapevine. 8 yanvar 2017. 2019-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-14.
- ↑ Fridriksson, Qauti. "Artist Spotlight: Hatari". Guide to Iceland Now. 7 avqust 2018. 2019-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-14.
- ↑ Fonteyn, Pol. "Iceland's Most Compelling Band Releases New Video". The Reykjavík Grapevine. 27 oktyabr 2017. 2019-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-14.
- ↑ Rocers, Con. "Bondage-Synth-Punk Trio Hatari Announce Final Gig After Failing To Dismantle Capitalism". The Reykjavík Grapevine. 21 dekabr 2018. 2019-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-03.
- ↑ Kristiansen, Wivian Renee. "Who are the Söngvakeppnin 2019 artists?". escXtra. 27 yanvar 2019. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-14.
- ↑ "Hatari Have "Reached The Limits" Of EBU's Patience Over Repeated Political Statements". The Reykjavík Grapevine. 16 may 2019. 17 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2019.
- ↑ "Madonna makes call for Israel-Palestine unity at Eurovision". The Guardian. 18 may 2019. 19 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2019.
- ↑ HATARI – KLEFI / SAMED (صامد) Feat. BASHAR MURAD Arxivləşdirilib 2022-06-20 at the Wayback Machine Svikamylla Ehf. YouTube. 24 may 2019. Retrieved 24 may 2019.
- ↑ Yamasaki, Parker. "It's The Winners Of The Fifth Annual Grapevine Music Awards!". The Reykjavík Grapevine. 8 yanvar 2017. 2019-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-14.
- ↑ Rocers, Con. "Grapevine Music Awards: Best Live Band – Hatari". The Reykjavík Grapevine. 4 yanvar 2018. 2019-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-14.
- ↑ Fonteyn, Endi. "The Nominees For The Icelandic Music Awards Are Here". The Reykjavík Grapevine. 21 fevral 2019. 2019-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-14.
- ↑ Qunnarsson, David Roç. "Íslensku tónlistarverðlaunin verða afhent í Eldborgarsal Hörpu í kvöld í 37 flokkum. Hátíðin verður í beinni útsendingu sem hefst 18:30 á RÚV2 og 19:50 á aðalrás RÚV, en kynnir er Saga Garðarsdóttir" [The Icelandic Music Prize will be presented in Eldborgarsalur Harpa tonight in 37 categories. The festival will be broadcast live, starting at 18:30 on RUV2 and 19:50 on the main channel of RÚV, which will introduce Saga Garðarsdóttir.] (island). RÚV. 13 mart 2019. 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-14.
Əvvəlki: Ari Oulafsson "Our Choice" |
İslandiya Avroviziya Mahnı Müsabiqəsində 2019 |
Sonrakı: — |
Xarici keçidlər
redaktəhatari.is — «Hatari» musiqi qrupunun rəsmi saytı