Hadiqaib Magarasi - Wikipedia
Hadiqaib mağarası — Şərur rayonunda Hadiqaib yaşayış yeri yaxınlığında, Axuraçayın sol sahilində, sıldırım qayaların yanında arxeoloji abidə.
Uzunluğu 10 m-dən artıq, hündürlüyü 2, bəzi yerlərdə 3 m-ə çatır. Ağız hissəsi aşağıdan daşlarla hörülmüşdür. Triasın əhəngdaşıları və dolomitlərindən təşkil olunmuş yüksəkliyin yamacındadır. Ağız hissəsi aşağıdan daşlarla hörülmüşdür. Mağaranın daş dövründə ibtidai insanların yaşayış məskəni olması ehtimal edilir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq hissəsində yerləşir.[1] Ağız hissədən 2 m içəriyə doğru qazılmış yerdə iti uclu obsidian (dəvəgözü) qəlpələri səpələnmişdir. Mağarada arxeoloji tədqiqat işi aparılmamışdır. Əldə olunan silah nümunəsinə əsasən mağaranın daş dövründə ibtidai insanların yaşayış məskəni olması ehtimal edilir[2].
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
- ↑ .Bахşəliyеv, Vəli. Nахçıvаnın аrхеоlоji аbidələri (PDF) (az.). Bakı: "Elm". 2008. 301s. İstifadə tarixi: 2019-04-12.[ölü keçid]