Haciyevler - Wikipedia
Hacıyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Hacıyevlər 250px | |
---|---|
Titul | Bəy, Tacir |
Əcdadı | Hacı ağa Qarabaği |
Mənşəyi | Qarabağ, Şuşa |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Soyun yaranması
redaktəBu soyun ulu babası Kərbəlayı Məmmədəli Hacı oğludur. O, 1765-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Kərbəlayı Məmmədəli Xeyrənsə xanımla ailə qurmuşdu. Qurban, Həsən adlı oğulları vardı.
Qurban 1794-cü ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında təhsil almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-Müqəddəsi ziyarət etmişdi. İsmayıl bəy Murad bəy oğlu Qarapirimlinin rəiyyəti idi. Hacı Qurbanın Hüsü, Abbas, Nəsir, Məmmədqulu adlı oğulları, Bacıxanım, Qızxanım, Balaxanım adlı qızları vardı.
Kərbəlayı Məmmədəlinin ikinci oğlu Həsən 1824-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında təhsil almışdı. Ticarətlə məşğul idi. Pak Хorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. İsmayıl bəy Murad bəy oğlu Qarapirimlinin rəiyyəti idi. Məşədi Həsən Ayna ilə ailə qurmuşdu. Kərim, Əsəd adlı oğulları vardı.
Soyun məşhur nümayəndələri
redaktə- Mirzə Kərim bəy Hacıyev — məmur, kollej asessoru.
- Xasay Hacıyev — mühəndis, dövlət xadimi.
- Məmməd bəy Hacıyev — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, mühəndis.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Hacıyevlər, "Soy" еlmi-kütləvi dərgi, 2009, №5, səh.30-33