Hesim Kelbiyev - Wikipedia
Həşim Adil oğlu Kəlbiyev — tarixçi-etnoqraf, [1] Lənkəran Dövlət Universitetinin qurucularından biri.
Həşim Kəlbiyev | |
---|---|
Həşim Adil oğlu Kəlbiyev | |
Doğum tarixi | |
Doğum yeri | Şiləvar, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ |
Elm sahəsi | tarix |
İş yeri | Lənkəran Dövlət Universiteti |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Elmi rəhbəri | professor Qəmərşah Cavadov |
Həyatı
redaktəHəşim Adil oğlu Kəlbiyev 1957-ci il aprel ayının 18-də Lənkəran rayonunun Şilavar kəndində anadan olmuşdur. 1968-ci ildə Şilavar kənd ibtidai məktəbini, 1974-cü ildə Lənkəran şəhər 5 saylı orta məktəbini bitirmiş, 1975-77-ci illərdə SSRİ Dövlət Daxili Qüvvələrində xidmət etmişdir. 1983-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir.
Elmi-pedaqoji fəaliyyəti
redaktəLənkəran şəhər məktəblərində müəllim və direktor müavini işləmişdir.
1992-ci ildən Lənkəran Dövlət Universitetində işləməyə başlamış və universitetin tədris sisteminin ilk qurucularından biri olmuşdur.
Dövrü mətbuatda, elmi jurnallarda “Lənkəran bölgəsində məskənsalma”, “Lənkəranın ənənəvi evləri”, “Lənkəran bölgəsində ilk insan izi”, “Bəlləbur Bəzzdir”, “Lənkəran-Astara bölgəsinin ənənəvi düyü yeməkləri”, “Lənkəran bölgəsində qədim dini ayinlərin qalıqlarına dair”, “Talışların ailə məişətinin bəzi xüsusiyyətlərinə dair”, “Talışların həsirçilik sənəti və əhalinin məişətində onun yeri” və s. məqalələri, “Şilavar (Şilvo) haqqında tarixi etnoqrafik oçerklər”, “Talışların maddi və mənəvi mədəniyyət dəyərləri”, “Sənətkar ömrü”, “Ərəb müəllifləri Talış haqqında”, “Kadusilərin (qədim talışların) Azərbaycan tarixində yeri”, “Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnoqrafik xüsusiyyətləri” adlı altı kitabın və “Ali məktəb kuratoru işinə dair vəsait” adlı metodiki tədris vəsaitinin müəllifidir.
Əsərləri
redaktə6 monoqrafiyanın, Azərbaycan, rus və türk dillərində olmaqla 40-a qədər elmi məqalənin, iki tədris metodiki vəsaitinin müəllifidir.
Monoqrafiya və kitabları
redaktə- Şilavar{Şilvo} haqqında tarixi-etnoqrafik oçerklər. Bakı:Planet-press, 2003, 150 səh.
- Talışların maddi və mənəvi mədəniyyətləri haqqında. Bakı, 2004
- Sənətkar ömrü. Bakı, 2006
- Ərəb müəllifləri Talış haqqında. Bakı:MBM, 2007. 112 səh.
- Kadusilərin{ Qədim talışların} Azərbaycan tarixində yeri. Bakı:MBM, 2008. 108 səh.
- Azərbaycan Respublikası Cənub-Şərq əhalisinin etnoqrafik xüsusiyyətləri. Bakı: NBM, 2012, 128 səh.
Tədris-metodik vəsaitləri
redaktə- Ali məktəb kuratoru işinə dair vəsait. LDU Elmi Metodik Şurasının15 may 2001-ci il tarixli 15 saylı iclas protokolu ilə təsdiq edilmişdir. Lənkəran-2002.
- “Azərbaycan arxeologiyası” Bakalavr pilləsi üçün.Lənkəran Dövlət Universiteti Elmi Şurasınım qərarı ilə çap olunub. Lənkəran - 2017.
İctimai fəaliyyəti
redaktə1990-cı ildə Lənkəran rayonu Kərgəlan Kənd Sovetliyinin (17 min nəfər əhaliyə malik Şilavar, Digah, Darquba, Kərgəlan və Lüvəsər kəndləri)deputatı seçilmişdir. 2004-2009-cu illərdə Lənkəran rayonu Şilavar kənd bələdiyyəsinin üzvü, Hüquq komissiyasının sədri olmuşdur. 2015-ci ildən Şilavar kənd icmasının sədridir. [2]