Huseyn Memmedov Siyasetci 1875 - Wikipedia
Hüseyn (Söyün) Gülməmməd oğlu Məmmədov (gürc. ჰუსეინ გიულმამედ ოღლუ მამედოვი, 1875, Yormuğanlı – ən tezi 1921) — Azərbaycan əsilli gürcü siyasətçi, Hümmət Partiyasının həmtəsisçisi, Gürcüstan Müəssislər Məclisinin üzvü (1919–1921).
Hüseyn Məmmədov | |
---|---|
gürc. კუსეინ ყული-მამედ ოღლი მამედოვი | |
12 mart 1919 – 17 mart 1921 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1875 |
Doğum yeri | |
Vəfat tarixi | ən tezi 1921 |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktə1875-ci ildə Muğanlı kəndində anadan olub. Milliyətcə azərbaycanlıdır.[1]
1899-cu ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuşdur. 1904-cü ildə Hümmət Sosial-Demokrat Müsəlman Partiyasının təsisçilərindən biri olub.[1][2]
12 mart 1919-cu ildə Gürcüstan Sosial Demokrat Partiyasının siyahısı üzrə Gürcüstan Müəssislər Məclisinə üzv seçilmişdir.[1]
1919-cu ilin martında Georgi Ancaparidze, Samson Pirsxalava və Pyotr Surquladzeylə birlikdə Ahalsıx üsyanın səbəblərinin araşdırılması üçün yaradılmış xüsusi komissiyaya seçilmişdi.[3]
Məmmədov gürcü dilini sərbəst bilirdi və mənsub olduğu bölgənin müəyyən problemləri ilə bağlı gürcüdilli dövri mətbuatda vaxtaşırı məqalələrlə çıxışlar edirdi.[2]
1921-ci ildə, Qızıl Ordunun Gürcüstanı işğal etməsindən sonra Gürcüstanda qalıb. Sonrakı taleyi haqqında heç bir məlumat yoxdur.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "მამედოვი ჰუსეინ ყული-მამედ-ოღლი". Archive.ge (gürcü). 2022-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-08.
- ↑ 1 2 "GÜRCÜSTANIN DEMOKRATİK YOLLA SEÇİLMİŞ İLK PARLAMENTİNƏ – MÜƏSSİSLƏR MƏCLİSİNƏ SEÇKİLƏR. QARAÇÖPLÜ DEPUTAT HÜSEYNQULU MƏMMƏDOV". Zim.az (az.). 2018-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-08.
- ↑ "მამედოვი ჰუსეინ ყული-მამედ ოღლი". Nplg.gov.ge (gürcü).