Geri Bouls - Wikipedia
Qeri Rey Bouls (ing. Gary Ray Bowles; 25 yanvar 1962, Klifton Forc[d], Virciniya – 22 avqust 2019[1], Florida Dövlət Həbsxanası[d], Florida)[3] — 1994-cü ildə 6 nəfərin qətlinə görə 2019-cu ildə edam edilmiş amerikalı seriyalı qatil. Qurbanlarının əksəriyyəti ştatlararası 95 magistral yolunun yaxınlığında yaşadığı üçün onu bəzən "I-95 qatil" adlandırırdılar.[4][5]
Geri Bouls | |
---|---|
ing. Gary Ray Bowles | |
Doğum tarixi | 25 yanvar 1962 |
Doğum yeri | |
Vəfat tarixi | 22 avqust 2019[1] (57 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Qətllər | |
Qurbanların sayı | 6+ |
Qətllərin dövrü | mart - oktyabr 1994 |
Qətllərin yeri | Florida |
Həbs tarixi | 22 oktyabr 1995 |
Cəzası | ölüm cəzası[2] |
Uşaqlıq və gənclik illəri
redaktəBouls Virciniya ştatının Klifton-Forc şəhərində anadan olub və Qərbi Virciniya ştatının Rupert şəhərində böyüyüb.[6] Kömür mədənində işləyən atası Frenk altı ay əvvəl mədənçi pnevmokoniozu xəstəliyindən dünyasını dəyişib və anası Frensis bir neçə dəfə yenidən evlənib. Bouls anasını və böyük qardaşını təhqir edən alkoqol aludəçisi olan ikinci ögey atası tərəfindən təcavüzə uğrayıb.[7]
Zorakılıq on üç yaşına kimi davam edib, Bouls ögey atasına müqavimət göstərib və onu ağır yaralayıb. O, anasının nikahda qalmaq qərarından qəzəblənərək bir müddət sonra evdən ayrılıb. Bouls növbəti bir neçə il ərzində evsiz qalıb və kişi fahişəliyi ilə pul qazanıb.[7]
Həbs dövrü
redaktəBouls 1982-ci ildə sevgilisini döydüyünə və təcavüz etdiyinə görə həbs olunub və altı il həbs cəzasına məhkum edilib. O, 1991-ci ildə həbsdən çıxdıqdan sonra yaşlı bir qadının pul kisəsini oğurlayaraq silahsız qarət etməkdə ittiham edilib və bu cinayətə görə daha dörd il həbs cəzasına məhkum edilib.[8]
Törətdiyi cinayətlər
redaktə15 mart 1994-cü ildə Florida ştatının Deytona-Biç şəhərində Bouls ona yaşamaq üçün müvəqqəti bir yer təklif edən 59 yaşındakı ilk məlum qurbanı olan Con Hardi Robertsi öldürdü. Bouls onu döyərək öldürdü və sonra kredit kartını oğurladı. Polis hadisə yerində barmaq izlərini və şərti azadlıq sənədlərini tapdıqdan sonra qısa müddətdə onu şübhəli hesab etdi.[7]
Sonrakı altı ay ərzində Bouls daha dörd adam öldürdü: 38 yaşlı Devid Carman, 72 yaşlı Milton Brendli, 47 yaşlı Alverson Karter və 38 yaşlı Albert Morris. Boulsun öldürmə üsulları qurbanlarını döymək, boğmaq və kredit kartlarını oğurlamazdan əvvəl qurbanlarına özünü fahişə etmək idi.[9]
Polisdən qaçarkən Bouls dörd məlum qurbanı üçün FTB tərəfindən ən çox axtarılan 10 şəxs siyahısına daxil edildi.[10] O, 22 oktyabr 1995-ci ildə Florida ştatı, Ceksonville-Biç şəhərində Volter Ceymel "Cey" Hintonun qətlinə görə həbs edildi və bütün altı cinayəti etiraf etdi.[7]
Cinayətlərə görə həbs olunduqdan sonra Bouls polisə 1991-ci ildə həbsdən azad edildikdən sonra Deytona-Biçə sevgilisi ilə birlikdə köçdüyünü və kişi fahişəliyi işini davam etdirdiyini bildirdi. Boulsun dediyinə görə, sevgilisi hamilə idi, lakin Boulsun seks işçisi olduğunu öyrəndikdən sonra abort etdirdi. Bouls polis işçilərinə aborta görə geyləri günahlandırdığını bildirib və bu onun qatil olmağına səbəb olub.[9]
Nəticə
redaktə1996-cı ilin mayında Bouls 17 noyabr 1994-cü ildə Ceksonvilledə Volter Ceymel "Cey" Hintonun öldürülməsində günahını boynuna aldı. Hinton yuxuda ikən Bouls onun ağzına bir dəsmal basdıqdan və başına 40 funtluq bir pillə daşı ilə vurduqdan sonra o, öldü. Bouls Hintonun öldürülməsinə görə edam cəzası aldı.[11] 1997-ci ilin avqustunda Hintonun öldürülməsinə görə ölüm sırasında gözləyərkən, Bouls 1994-cü ildə Robertsi döyməkdə və boğmaqda günahını boynuna aldı.[11]
Bouls üç qətldə təqsirli bilindi və edam cəzasına məhkum edildi, lakin hökm onlar məhkəmənin hakim heyətinin Boulsun homoseksuallara olan nifrəti və qurbanının gey olduğunu eşidib səhvə yol verdiyini müəyyənləşdirən anda Florida Ali Məhkməsi tərəfindən ləğv edildi.[12] O, 1999-cu ildə yenidən ölüm cəzası aldı.[13]
Ona yeni hökm oxundu və Bouls 22 avqust 2019-cu ildə Starkada Florida Dövlət Həbsxanasında ölümcül inyeksiya ilə edam edildi.[14][15] Bouls son yemək olaraq, çizburger, frenç frayz, bekon yedi.[16]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Gary Ray Bowles: Florida executes killer who preyed on gay men.
- ↑ http://articles.orlandosentinel.com/1997-08-07/news/9708061295_1_bowles-nora-roberts-sentences.
- ↑ "Inmate Population Information Detail – Inmate 086158" (ingilis). dc.state.fl.us. 14 sentyabr 2017 tarixində arxivləşdirilib.
- ↑ "Execution set for US killer who preyed on gay men" (ingilis). BBC News. August 22, 2019. 22 avqust 2019 tarixində arxivləşdirilib.
- ↑ Thomas, Rachel L. (August 22, 2019). "'I-95 Killer' Gary Ray Bowles, serial killer who targeted gay men, to be executed Aug. 22" (ingilis). MSN News. 23 avqust 2019 tarixində arxivləşdirilib.
- ↑ Associated Press. "Gary Ray Bowles, a serial killer who preyed on gay men, executed in Florida" (ingilis). nypost.com. 23 avqust 2019 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 Rachael Bell. "Gary Ray Bowles" (ingilis). trutv.com. 29 may 2008 tarixində arxivləşdirilib.
- ↑ "Gary Ray Bowles – murder suspect – VICAP Alert" (ingilis). findarticles.com. 6 mart 2016 tarixində arxivləşdirilib.
- ↑ 1 2 Parsons, Vic (August 20, 2019). "Man who murdered six gay men in 1994 to be executed this week" (ingilis). pinknews.co.uk. 20 avqust 2019 tarixində arxivləşdirilib.
- ↑ "Gary Bowles" (ingilis). prisonboundserialkillers.com. 4 sentyabr 2009 tarixində arxivləşdirilib.
- ↑ 1 2 Purvette A. Bryant of The Sentinel Staff. "Bowles Pleads Guilty, Gets Life For Murder Of Daytona Beach Man" (ingilis). orlandosentinel.com. 12 iyul 2019 tarixində arxivləşdirilib.
- ↑ Press, Brendan Farrington. "GARY RAY BOWLES v. SECRETARY FOR THE DEPARTMENT OF CORRECTIONS FLORIDA ATTORNEY GENERAL" (ingilis). caselaw.findlaw.com. 12 mart 2012 tarixində arxivləşdirilib.
- ↑ "Gary Ray Bowles vs State of Florida" (ingilis). wfsu.org. 28 fevral 2001 tarixində arxivləşdirilib.
- ↑ Press, Brendan Farrington. "Jacksonville serial killer Gary Ray Bowles executed by lethal injection" (ingilis). jacksonville.com. 23 avqust 2019 tarixində arxivləşdirilib.
- ↑ "The Latest: Serial killer who preyed on gay men executed" (ingilis). news.yahoo.com. 22 avqust 2019 tarixində arxivləşdirilib.
- ↑ Jolly, Bradley; Murphy, Neil (August 22, 2019). "Bowles Pleads Guilty, Gets Life For Murder Of Daytona Beach Man" (ingilis). mirror.co.uk. 22 avqust 2019 tarixində arxivləşdirilib.