Georgi Leonidze Adina Gurcustan Dovlet Edebiyyati Muzeyi - Wikipedia
Georgi Leonidze adına Gürcüstan Dövlət Ədəbiyyatı Muzeyi (gürc. საქართველოს გიორგი ლეონიძის სახელობის ქართული ლიტერატურის სახელმწიფო მუზეუმი) — 1930-cu ildə Tbilisi Teatr Muzeyinin, daha sonra isə Moskvada məşhur Andrey Rublov muzeyinin yaradıcısı olan David Arsenişvilinin təşəbbüsü ilə yaradılmış muzey.[1]
Georgi Leonidze adına Gürcüstan Dövlət Ədəbiyyatı Muzeyi | |
---|---|
საქართველოს გიორგი ლეონიძის სახელობის ქართული ლიტერატურის სახელმწიფო მუზეუმი | |
Əsası qoyulub | 1930 |
Ölkə | Gürcüstan |
Yerləşir | Tiflis |
41°41′58″ şm. e. 44°47′56″ ş. u.HGYO | |
literaturemuseum.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu muzeyin yaradılmasının ən böyük təşəbbüskarı gürcü şairi Titsian Tabidze idi. O, 1919-cu ildən bəri simvolist yazıçılar qrupu – “Mavi buynuzlar” ilə birlikdə ədəbiyyat muzeyinin yaradılmasının tərəfdarı idi. Titsian Tabidze İvan Enikolofovla birlikdə həm də muzeyin ilk sədri olub.[2]
Tarixi
redaktəMuzeyin ilk binası Tbilisidə Mtatsminda təpələrində yerləşən, Gürcüstanın ən görkəmli yazıçı və şairlərinin panteonu olan Mtatsminda Panteonu evi olub. Əvvəlcə muzey oradakı məşhur şəxsiyyətlərin sənədlərini və əlyazmalarını qorumaq üçün yaradılmışdır. Beləliklə, qurumun ilk adı Mtatsminda Yazıçılar Muzeyi olub. Lakin sonralar, 1938-ci ildə kolleksiya gürcü ədəbiyyatının XIX-XX əsrlərinə aid müxtəlif növ sənədlərlə tamamlandıqda və böyüdükdə, muzey yeni binasına: indiyədək yerləşdiyi Giorgi Çanturiya küçəsi 8 ünvanındakı tutduğu tarixi binaya köçdü ( XIX əsrin sonlarında tikilmiş, əvvəllər Qafqaz canişi müavininin iqamətgahı olmuşdu) və adı dəyişdirilərək Dövlət Ədəbiyyat Muzeyi oldu.
Muzey 1967-ci ildən 1939-1951-ci illərdə muzeyin direktoru olmuş Georgi Leonidzenin adını daşıyır. Muzeyin həyətində Leonidzenin büstü də qoyulub.[3]
Arxivi
redaktəƏdəbiyyat arxivi kimi fəaliyyət göstərən Ədəbiyyat Muzeyi gürcü ədəbiyyatının, əsasən, son iki əsrin ən zəngin kolleksiyasını (demək olar ki, 130000 əlyazma, 27000-ə yaxın fotoşəkil, 2000-dən çox rəsm və qrafika və s.) təşkil edir. Burada İlya Çavçavadze, Akaki Sereteli, Vaja Pşavela, İvane Maçebeli, Aleksandr Kazbeqi, Qalaktion Tabidze, Titsian Tabidze və bir çox başqaları kimi ən görkəmli gürcü yazıçılarının əşyaları saxlanılır. Burada, həmçinin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, rus yazıçısı Boris Pasternakın və Gürcüstanda yaşamış alman yazıçısı Artur Leistin də əsərləri var.
1940-1952, 1982-2005-ci illərdə Ədəbiyyat Muzeyi gürcü ədəbiyyatının "Ədəbiyyat salnaməsi" silsilə tədqiqat kitablarını nəşr etmişdir (Gürcücə: 'Literaturis Matiane" / "ლიტერატურის მატიანე" ).
Bugünkü fəaliyyəti
redaktəMuzeyin daimi sərgisi yoxdur, lakin burada müxtəlif qısa və uzunmüddətli sərgilər, tamaşalar və film nümayişləri keçirilir. İldə bir neçə tədbir keçirilir, davam edən və gələcək tədbirlər onun muzeyin facebook səhifəsində qeyd olunur. Nəşriyyat bu gün də muzeyin ən mühüm fəaliyyət istiqamətlərindən biridir. Muzedə təşkil olunan sərgilər adətən çərşənbə axşamından şənbəyə qədər, səhər 10:00-dan axşam 18:00-a qədər açıq olur.
Muzeyin direktorları
redaktə- Georgi Leonidze 1931–1953
- Vaso Egnataşvili 1953–1956
- Vano Kakabadze 1956–1976
- İza Orconokidze 1976–1982
- Georgi Natroşvili 1982–1988
- Revaz Tvaradze - 1988
- İza Orconokidze 1989–1990
- Quram Şaradze 1991, 5–27 yanvar
- İza Orconokidze 1991–2010, fevral
- Laşa Bakradze martdan–2010
İstinadlar
redaktə- ↑ "Giorgi Leonidze State Museum of Georgian Literature". Georgian Museums. 3 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2023.
- ↑ «Shugliashvili D.», Georgian National Literature Museum, «Soviet Art», 1956, N1 / «შუღლიაშვილი დ.» საქართველოს სახელმწიფო ლიტერატურული მუზეუმი, «საბჭოთა ხელოვნება», 1956, № 1;
- ↑ Бюст Леонидзе[ölü keçid]
Ədəbiyyat
redaktə- «Tchitchinadze S.», Guide to the Georgian National Literature Museum’s Literary Exposition, Tbilisi, 1959 / «ჭიჭინაძე ს.» საქართველოს სახელმწიფო ლიტერატურული მუზეუმის XIX საუკუნის ქართიული ლიტერატურის ექსპოზიციის მეგზური, თბილისი, 1959;
- «Miqadze G», Volum VI, P.259, Tbilisi, 1983 / «მიქაძე გ.» ტომი VI, გვ. 259, თბილისი, 1983.
- «საქართველოს მუზეუმები, გზამკვლევი/Georgian Museums, guide» საქართველოს კულტურის, ძეგლთა დაცვის და სპორტის სამინისტრო/ Ministry of Culture, Monuments Protection and Sport of Georgia. თბილისი/ Tbilisi 2006. გვ34/p34.