Gemile - Wikipedia
Gemile (türk. Gemile) — Türkiyənin sahilində, Fəthiyə şəhəri yaxınlığında yerləşən adadır. Adada IV və VI əsrlər arasında tikilmiş kilsələrin və tikililərin bir neçə xarabalığı yerləşir. Arxeoloqlar güman edirlər ki, ada müqəddəs Nikolay Çudotvoreçin ilkin basdırılma yeri ola bilər.
Gemile | |
---|---|
türk. Gemile | |
| |
Ümumi məlumatlar | |
Uzunluğu |
|
Eni | 0,4 km |
Əhalisi |
|
Yerləşməsi | |
36°33′12″ şm. e. 29°04′09″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəKiçik ada təxminən Fəthiyə şəhərindən 9 kilometr cənubda yerləşmişdir. Türkiyə sahilindən 200 metr məsafədə yerləşir. Gemile adası insan yaşamayan qayalıq adadır. Adanın şimal sahili boyunca kiçik liman yerləşir. Qalan sahil xətti qayalıqdır və sıldırımlıdır.
Görməli yerləri
redaktəAdada IV və VI əsrlər aralığında Bizans İmperiyası dövründə tikilmiş beş kilsənin xarabalıqları yerləşir.[1][2] 350 metrlik marşrutla kilsələr bir-biri ilə əlaqələnib. Adada kilsələrdən başqa həmçinin 40 tikilinin və 50 xristian qəbrinin xarabalıqları yerləşir.[1] Kilsələrdən biri adanın ən yüksək nöqtəsində, qayanın üzərində tikilmişdir. Kilsənin üzəri freskalarla və kilsə mozaikaları işlənib hazırlanmışdır.[3]
Arxeoloqlar güman edirlər ki, ada Müqəddəs Nikolayın ilkin basdırıldığı yer ola bilər. Adanın türk dilində adı Gemiler adasıdır. Tərcümədə "dənizçilərin adası" mənasını bildirir. Dənizçilərin himayəçisi hesab edilən Müqəddəs Nikolay da buraya gəlmişdir. Artıq orta əsrlərdə bu ada Müqəddəs Nikolayın adası kimi dəniz səyyahlarının arasında məşhur idi.[1] Mütəxəssislər hesab edirlər ki, Nikolay kilsənin yerləşdiyi qayalıqda dəfn olunmuşdur. Onun adına məbədin divarlarında dəfələrlə rast gəlinir. Müqəddəsin məzarı təxminən 650-ci illərə qədər adadakı kilsədə olmuşdur. Ərəb flotlarının hücumları zamanı isə məzar 25 kilometr şərqdə yerləşən Mira şəhərinə köçürülmüşdür.[1]
Turizm
redaktəAdaya hər il çoxlu turist səyahət edir. Turistlər Ölü dəniz vasitəsilə adaya gələ bilərlər. Adadakı limanda həmçinin şəxsi yaxtalar saxlanıla bilər. Adada yayda turistlərə xidmət edən kiçik restoranlar fəaliyyət göstərir.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 David Keys: Santa’s tomb is found off Turkey: Academics claim to have found where St Nicholas was buried. David Keys reports Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine
- ↑ Gerald Eskenazi: The Boating Report; Cruising Along the Turkish Coast, Comfortably Arxivləşdirilib 2017-03-28 at the Wayback Machine, New York Times, 28.
- ↑ Gemile Island Arxivləşdirilib 2013-08-07 at the Wayback Machine, музей Фетхие
- ↑ Пэм Невилл: Viewing history from the shoreline Arxivləşdirilib 2015-09-26 at the Wayback Machine, New Zealand Herald, 21.
Xarici keçidlər
redaktə- Father Christmas’ Mediterranian Island Escape,, BBC (ing.)