Gazi Yasargil - Wikipedia
Mahmud Gazi Yaşargil (türk. Mahmut Gazi Yaşargil; 6 iyul 1925[2][3], Lice[d], Diyarbəkir ili) — Türk alim və neyrocərrah. Müasir mikroneyrocərrahiyyənin qurucularından biri. Yaşargil epilepsiya və beyin şişlərini öz ixtirası alətləri ilə müalicə edirdi. 1953–1993-cü illərdə Sürix Universitetində professor və Neyrocərrahiyyə kafedrasının müdiri olub. 1999-cu ildə Neyrocərrahların illik Konqresində o, "1950–1999-cu illərdə Əsrin Ən Yaxşı Neyrocərrahı" seçilmişdir
Gazi Yaşargil | |
---|---|
türk. Gazi Yaşargil | |
Doğum adı | Mahmut Gazi Yaşargil |
Doğum tarixi | 6 iyul 1925[2][3] (99 yaş) |
Doğum yeri |
|
Elm sahələri | Neyrocərahiyyə[1], Mikrocərrahiyyə[1], baş və boyun şişləri[d][1] |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəxsi həyat
redaktəO, 1973-cü ildən onun tibb bacısı köməkçisi olan və hələ də ona cərrahiyyə əməliyyatlarında kömək edən Dayan Bader-Gibson Yaşargil ilə evlidir.
Təhsil və karyera
redaktə1931–1943-cü illərdə Atatürk Liseyini və Türkiyənin Ankara Universitetini bitirdikdən sonra Almaniyaya, Yena Fridrix Şiller Universitetində tibb təhsili almaq üçün gedir. Serebrovaskulyar neyrocərrahiyyədə istifadə üçün mikrocərrahi üsulların qurulmasında onun dühası əvvəllər əməliyyat olunmayan xəstələrin müalicəsində nəticələr əldə etməyə kömək etmişdir.
1969-cu ildə Yaşargil müəllimi professor Kraienbühlün rəhbərliyi ilə Sürix Universitetində dosent, 1973-cü ildə professor və neyrocərrahiyyə kafedrasının müdiri vəzifələrində çalışıb. Sonrakı 20 il ərzində o, 1993-cü ildə təqaüdə çıxana qədər 7500 neyrocərrahiyyə əməliyyatı həyata keçirərək mikrometodların laboratoriya təcrübələri və klinik tədqiqatları aparıb. 1994-cü ildə Yaşargil Litl Rokdakı Arkanzas Universitetinin Tibb Kollecində neyrocərrahiyyə professoru vəzifəsinə təyinat alır və hələ də mikroneyrocərrahiyyə üzrə tədqiqatlar və tədris işləri ilə məşğuldur.
Yaşargil Harvi Kuşinqlə yanaşı, 20-ci əsrin ən böyük neyrocərrahlarından biri kimi tanınıb. Sürixdəki tədqiqat laboratoriyasında o, dünyanın hər yerindən və bütün cərrahiyyə ixtisaslarını təmsil edən 3000-ə yaxın həmkarına təlim keçmişdir. O, üç nəsil neyrocərrahlara neyrocərrahiyyədə yeni imkanları müəyyən etməyə kömək etmiş və sonra onlara necə nail olunacağını nümayiş etdirmişdir. Yaşargil Türkiyə cəmiyyətində böyük hörmətə malikdir və türk gəncləri üçün örnək rolunu oynayır.
1973–1975 İsveçrə Neyrocərrahiyyə Cəmiyyətinin prezidenti olmuşdur.
Mükafatlar
redaktə2000 — Türkiyə Respublikasının "Üstün xidmətlərinə görə" Dövlət Medalı[4].
Nəşrləri
redaktəYaşargilin 330-dan çox məqaləsi və 13 monoqrafiyası çap olunub. Mikroneyrocərrahiyyə üzrə altı cildlik nəşrlər (1984–1996, Georg Thieme Verlag Stuttgart-Nyu York) geniş təcrübənin hərtərəfli icmalı və neyrocərrahiyyə üzrə ədəbiyyata böyük töhfədir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Yasargil, Mahmut Gazi // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 Mahmut Gazi Yaşargil // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Mahmut Gazi Yasargil // Historische Lexikon der Schweiz, Dictionnaire historique de la Suisse, Dizionario storico della Svizzera (alm.). Bern: 1998.
- ↑ "Mahmut Gazi Yaşargil | Eurasia Academy". eurasia-academy.org. 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.