Gmr Jurnal - Wikipedia
"GMR" — ABŞ və Kanada aylıq videooyun jurnalı. "Ziff Davis" tərəfindən nəşr olunurdu. "GMR" 2003-cü ilin fevralında fəaliyyətə başlamış, ilk vaxtlarda yalnız Electronics Boutique (EB) videooyun mağazalar şəbəkəsində satılmışdır. Jurnalın fəaliyyəti düz iki il davam etmişdir.
GMR | |
---|---|
Təsis tarixi | 2003 |
Nəşrini dayandırıb | 2005 |
Ölkə | |
Dil | ingilis dili[1] |
ISSN | 1544-6816 |
gmr.1up.com |
Jurnal "Electronics Boutique" tərəfindən maliyyələşdirildiyi üçün "Gamestop" şirkəti "EB Games" ilə birləşdirildiksən sonra jurnalın dövriyyəsi dayandırılmışdır. Buna səbəb "Gamestop"un öz jurnalı olan "Game Informer" idi.
Ninja Gaiden qalmaqalı
redaktə"GMR" 2003-cü ilin avqust nömrəsinin çıxarılmasından sonra nüfuzuna xələl dəymişdir. Bu, zamanlar çox gözlənilən "Xbox" döyüş oyunu "Ninja Gaiden" üçün eksklüziv ilk resenziya kimi təqdim edilmişdir. Oyun nömrənin üz qabığında nümayiş etdirilmişdi və ona əla rəy verilmişdi, lakin çox keçməmiş, oyunun istehsalçısı onun buraxılışını 2004-cü ilin əvvəlinə qədər təxirə salmışdır. Beləliklə, "GMR" tərəfindən yayımlanmış resenziya oyunun istehsalda olan versiyasına əsaslandığı üçün etibarsız sayılmışdır.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 1544-6816
- ↑ Ninja Gaiden Review. August 2003. 42–45.
Xarici keçidlər
redaktə- web.archive.org/web/20060708203454/http://gmr.1up.com/ — Rəsmi saytı