Gurcustanda Kend Teserrufati - Wikipedia
Gürcüstanda kənd təsərrüfatı — Gürcüstan iqtisadiyyatının bir hissəsini təşkil edən təsərrüfat sahələrindən biri. Ümumilikdə ölkə ərazisinin 16 % kənd təsərrüfatı üçün yararlıdır[1]
Gürcüstanda kənd təsərrüfatı məhsullarınln böyük qismi bağ sahələrində kənd tipli fermalarda istehsal edilir. Aqrar təsərrüfatların böyük əksəriyyətində işlər əl ilə görülür. İstehsalda kənd təsərrüfatının payı olduqca aşağıdır. Buna ramən ölkə əhalisinin 50 % kəndlərdə yaşayır. Bu istehsal cəmi ÜDM 12 % təşkil edir. 2007-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi həcmi 1,51 mld dollar təşkil etmişdir. 2008-ci ildə bu rəqəm 2,42 mld lari olmuşdur. Bitkiçilik məhsullarının həcmi 998 mln ları, heyvandarlıq məhsullarının istehsal həcmi 1,35 mld lari, kənd təsərrüfatı xidmətləri isə 65 mln lari[2] təşkil etmişdir.
Tarixi
redaktəSSRİ tərkibində
redaktəSovetləşmə dönəmində Gürçüstan kənd təsərrüfatı kollektivləşdirilmişdir. 1985-ci ildə ölkədə 594 sovxov və 719 kolxoz vardı. Burada kənd təsərrüfatının balansında 3,2 mln ha ərazi vardı. Bunun 2,0 mln ha örüş sahələri təşkil edir. Suvarılan torpaqlar 0,46 mln ha (1986), dəmyə isə 0,1536 mln ha ərazini əhatə edirdi.
Müstəqillk dönəmi
redaktəMüstəqilliyin ilk dönəmindən kənd əhalisinin sayı artmağa başlamışdır. 1990-cı ildə 25,5 %, 1995-ci ildı 30,6 %, 2004-cü ildə idə 54,4 % təşkil etmişdir.
Bitkiçilik
redaktəTütün istehsalı
redaktə2002-ci il məlumatına görə ölkədə min ha, 2003-cü ildə 0,8 min ha, 2008-ci ildə isə 0,0 ha tütün əkini sahəsi olmuşdur.
2002-ci ildə Gürcüstanda günəbaxan istehsalı 2,1 min ton, 2003-cü ildə 1,4 min ton, 2008-ci ildə isə 0,1 min ton olmuşdur.
Günəbaxan istehsalı
redaktə2002-ci il məlumatına görə ölkədə 41 min ha, 2003-cü ildə 46 min ha, 2008-ci ildə isə 30 min ha günəbaxan əkini sahəsi olmuşdur.
2002-ci ildə Gürcüstanda günəbaxan istehsalı 21 min ton, 2003-cü ildə 26 min ton, 2008-ci ildə isə 15 min ton olmuşdur.
Kartof istehsalı
redaktə2002-ci il məlumatına görə ölkədə 38 min ha, 2003-cü ildə 38 min ha, 2008-ci ildə isə 24 min ha kartof əkini sahəsi olmuşdur.
2002-ci ildə Gürcüstanda kartof istehsalı 415 min ton, 2003-cü ildə 425 min ton, 2008-ci ildə isə 193 min ton olmuşdur.
Tərəvəz istehsalı
redaktə2002-ci il məlumatına görə ölkədə 39 min ha, 2003-cü ildə 40 min ha, 2008-ci ildə isə 27 min ha tərəvəz əkini sahəsi olmuşdur.
2002-ci ildə Gürcüstanda tərəvəz istehsalı 406 min ton, 2003-cü ildə 430 min ton, 2008-ci ildə isə 165 min ton olmuşdur.
Yemiş istehsalı
redaktə2002-ci il məlumatına görə ölkədə 8 min ha, 2003-cü ildə 9 min ha, 2008-ci ildə isə 4 min ha yemiş əkini sahəsi olmuşdur.
2002-ci ildə Gürcüstanda yemiş istehsalı 125 min ton, 2003-cü ildə 125 min ton, 2008-ci ildə isə 53 min ton olmuşdur.
Çay istehsalı
redaktə1970-ci ildə ölkədə çay istehsalı özünün pik dönəminə çatmışdı. Həmin il 100 min ton çsy istehsal edilmişdi[3].
2002-ci ildə Gürcüstanda çay istehsalı 24 min ton, 2003-cü ildə 25,5 min ton, 2008-ci ildə isə 5,4 min ton olmuşdur.
Üzüm istehsalı
redaktə1985-ci ildə ölkədə üzüm sahələri 130 min ha ərazini əhatə etdiyi halda 2008-ci ildə bu rəqəm 38 min ha ərazini əhatə edirdi[4]
2002-ci ildə Gürcüstanda üzüm istehsalı 90 min ton, 2003-cü ildə 200 min ton, 2008-ci ildə isə 176 min ton olmuşdur.
Meyvə istehsalı
redaktə2002-ci ildə Gürcüstanda meyvələrin istehsalı 173 min ton, 2003-cü ildə 260 min ton, 2008-ci ildə isə 158 min ton olmuşdur.
Sintrus istehsalı
redaktə2002-ci ildə Gürcüstanda sitrus meyvələrinin istehsalı 33 min ton, 2003-cü ildə 59 min ton, 2008-ci ildə isə 55 min ton təşkil etmişdir.
2009-cu ildə respublikanın kənd təsərrüfatı naziri Bakur Kvezereli növbəti ildə sitrus isteksalının üç dəfə artırılaraq 140–150 min tona çatdırılması hədəfləndiyini bildirmişdir (onun sözlərinə əsas alıcılar Ukrayna və Belarusiyadır)[5].
İstinadlar
redaktə- ↑ Грузия (справочная информация) Arxivləşdirilib 2015-04-07 at the Wayback Machine // МИД РФ, 18 fevral 2009 (rus.)
- ↑ Статистический ежегодник Грузии, 2009 Arxivləşdirilib 2010-11-13 at the Wayback Machine // Geostat.ge
- ↑ Чайная соломинка для грузинских фермеров Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine 12.02.2009
- ↑ Винные реки Сакартвело сужаются в ручьи Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine 26.03.2009
- ↑ Грузия в 2009 г. может увеличить сбор цитрусовых в три раза [ölü keçid] // Интерфакс, 26 октября 2009