Frederik Bastiat - Wikipedia
Klod Frederik Bastiat (30 iyun 1801[2][3], Bayonna[d] – 24 dekabr 1850[2][3][…], Roma)— Fransız klassik liberal nəzəriyyəçisi, siyasi iqtisadçı və Fransa Assambleyasının üzvü olub.
Frederik Bastiat | |
---|---|
fr. Frédéric Bastiat | |
Doğum adı | Claude Frédéric Bastiat |
Doğum tarixi | 30 iyun 1801[2][3] |
Doğum yeri |
|
Vəfat tarixi | 24 dekabr 1850[2][3][…] (49 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Elm sahələri | siyasət[1], iqtisadiyyat[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəKlod Frederik Bastiat 30 iyun 1801-ci ildə Fransanın Akvitaniya əyalətində, Bayonna şəhərində doğulmuşdur. Doqquz yaşında yetim qalan Frederik atasının valideynlərinin(nənə-babası) himayəsində böyümüşdür. 17 yaşında o, məktəbi tərk etmiş və vaxtının çoxunu ailə biznesinin ixracatçısı olaraq işə sərf etmişdir. İqtisadçı Tomas Dilorenzo bildirir ki, bu ailə biznesi təcrübəsi Bastiatın sonrakı yaradıcılığında mühüm rol oynamışdır. Çünki bu, gənc Frederikə bazarda ticarət qaydalarının müəyyən təsirlərini birbaşa yerində öyrənməyə imkan yaratmışdır.
Onun intellektual maraq dairəsi müxtəlif idi, bura fəlsəfə, tarix, siyasət, din, səyahət, şairlik, siyasi iqtisad və bioqrafiya daxil idi.
Onun iqtisadçı kimi ictimai karyerası yalnız 1844-cü ildə başladı və 1850-ci ildə ölümüylə başa çatdı. Bastiat ehtimala görə Fransa boyunca dolaşıb öz ideyalarını təbliğ etdiyi müddətdə vərəm xəstəliyinə tutulmuşdur. Bu xəstəlik onun gələcək nitqlərini də etməyə imkan vermədi(xüsusən, onun 1848 və 1849-cu ildə seçildiyi qanunvericilik assambleyasında) və həyatına son qoydu. Bastiat 24 dekabr 1850-ci ildə Romada vəfat etdi.
Yaradıcılığı
redaktəBastiat iqtisad və siyasi iqtisad haqqında bir çox əsərin müəllifidir ki, bu əsərlər onun aydın təşkilatçılıq, güclü arqumentləşdirmə bacarığının və iti ağlının ümumi ifadəsidir. Onun ən məşhur əsərlərindən biri "İqtisadi sofizm" statist siyasətini hədəf alan bir çox qəti ifadə olunmuş ittihamlarla zəngindir. Bastiat bu əsəri İngiltərədə yaşayarkən, Fransa Respublikasının quruluşunu formalaşdıranların yanlışlıqla tələyə düşməməsi tövsiyəsi ilə yazmışdı.
"İqtisadi sofizm" əsərində "Şam düzəldənlərin xahişi" adlanan məşhur satirik bir məcaz var. Müəllif şam düzəldənlər gildiyasının tələbini Fransa hökumətinə çatdıraraq, onların məhsulları ilə ədalətsiz rəqabət aparan Günəşin qarşısını almağı xahiş edir. O həmçinin "daha çətin vasitələr daha çox iş və daha çox iş daha çox sərvət deməkdir" mülahizələrinə əsaslanaraq, zarafatla hər kəsin sağ əlinin istifadəsinin qadağan olunmasına "vəkillik edir". Conatan Sviftin "Sanballı təklif"inə və ya Bencamin Franklinin quldarlıq əleyhinə əsərlərinə çox bənzər olaraq, Bastiatın arqumenti də məntiqi nəticələrlə proteksionizmin cəfəngliyini açıqlayaraq , ağılla onun əsas nöqsanlarını diqqətə çatdırır,
amma Bastiatın ən məşhur əsəri ilk dəfə pamflet olaraq 1850-ci ildə çap olunmuş "Hüquq" dur. O, inkişaf yolu ilə ədalət qanunları sistemini müəyyən edir və sonra belə qanunların azad cəmiyyəti necə irəli apardığını açıqlayır.
O eyni zamnda Pier-Jozef Proudhon ilə 1849-cu və 1850-ci illər arasında maraqların qanuniliyi mövzusunda apardığı məşhur debatı ilə xatırlanır.
Bastiatın yaradıcılığı Fransada yaxşı tanınmayıb və onlara fransız dilində nadir hallarda təsadüf olunur. Müəllif Amerikada daha yaxşı tanınmaqdadır.
Baxışları
redaktəBastiat qeyd edirdi ki, dövlətin yeganə məqsədi fərdlərin həyatını, azadlıq və mülkiyyətini qorumaqdır. Bu tərifdən Bastiat belə nəticəyə gəlirdi ki, əgər qanun bu çox şeyin ziddinə sosialist siyasətini təbliğ edirsə, o, həyatı, azadlığı və mülkiyyəti qoruya bilməz. Beləliklə, o deyir ki, hüquq mahiyyətini itirərək mənfurlaşmış və düşünülən şeyi qorumaq əvəzinə, onun əleyhinə çevrilmişdir.
Öz "İqtisadi harmoniyalar " əsərində Bastiat yazır: Biz şübhə edə bilmərik ki, şəxsi maraq insan təbiətinin hərəkətverici qüvvəsidir. Aydın başa düşülməlidir ki, bu söz burada insan təbiətindən gələn, "eqoizm" sözü kimi mühakiməyə zidd olmayan, ümumi, təkzibedilməz faktı müəyyən etmək üçün işlənir.
Bastiatın iqtisadiyyat sahəsinə ən mühüm töhfələri onun təsirlə bağlı xəbərdarlığıdır. Ona görə, yaxşı iqtisadi qərarlar yalnız "tam mənzərəni" nəzərə almaqla verilə bilər. Belə ki, iqtisadi həqiqətlər yalnız zəruri nəticələri, iqtisadi qərarda mənfəət və öhdəlikləri nəzərdən keçirməklə deyil, həmçinin uzunmüddətli nəticələri təhlil etməklə əldə olunmalıdır.
Bundan əlavə, həmin qərarın təsiri yalnız konkret bir insan qrupu(deyək ki, şam düzəldənlər) və ya konkret bir sənaye(deyək ki, şamlar) üzərində deyil, bütövlükdə cəmiyyətdə bütün insanlar və sənayelər üzərində yoxlanmalıdır. Bastiatın məşhur deyimiylə, "iqtisadçı "görünəni də, görünməyəni də" nəzərə almalıdır." Bastiatın "qaydası" sonradan Henri Hazlitin "İqtisadiyyat üzrə bir dərs" əsərində izah olundu və inkişaf etdirildi. Hazlit Bastiatın dəqiq "Sındırılan pəncərə xətası" misalına müraciət etdi və onun iqtisadi uydurmaların geniş çeşidinə necə tətbiq olunduğunun göstərilməsi üzərinə qayıtdı.
O, interventionizm və statizmin əsaslarını pozmaq üçün həm də məntiq və yumordan istifadə edirdi. O göstərdi ki, müharibə və ya təbii fəlakətlər yolu ilə gələn dağıdıcılıq sərvət yarada bilməz, ticarəti məhdudlaşdırmaq mülkiyyəti artıra bilməz və başqalarının hesabına müəyyən şəxslərə qazandırmaq üçün gücdən istifadə olunması hər kəsin vicdanından ədalət və ədalətsizlik arasındakı fərqi aradan qaldırar.
Bastiat göstərdi ki, mülkiyyətə və azad mübadiləyə hörmət həm ölkə daxilində, həm də xaricdə azadlığın, çiçəklənmənin, sosial inkişafın və sülhün təməlidir. Bizim mülkiyyətimiz hər zaman oğrulardan gələn təhlükənin riski altındadır. Biz qapımızı bağlayır və özümüzü ümumi oğrulardan müdafiəni polisə həvalə edirik, amma qanunu soyğunçuluq məqsədilə tətbiq edən ən böyük oğrulardan qorunmaq olduqca çətindir.
Bu məqsədlə bizim ictimai maarifləndirməyə və mənəvi sayıqlığa ehtiyacımız var: səsvermə qutularından oğurluq cibgirlikdən heç də yaxşı sayıla bilməz.
Hayekin Bastiat haqqında söylədikləri: "Heç nə bunu hazırkı cildin ilk məqaləsinin məşhur sərlövhəsi qədər gözəl təsvir etmir. "Siyasi iqtisadda nələr görünür, nələr görünmür!" Hələ heç kim bir fraza ilə məqsədyönlü iqtisadi siyasətin əsas çətinliyini belə dəqiq ifadə etməmişdir və mən iqtisadi azadlıq üçün həlledici arqumenti əlavə etmək istərdim. Bu bir neçə sözün içərisində saxlanan ideya cümləni açmaq üçün məni "dahi" sözünü istifadə etməyə təhrik edir. Bu, həqiqətən ətrafında libertarian iqtisadi siyasətin tam sistemi şərh oluna bilən bir mətndir. Və o yalnız bu cildin ilk məqaləsinin sərlövhəsindən ibarət olsa da, hamı üçün aparıcı ideya təmin edir. Bastiat öz dövrünün məlum nöqsanlarını yalana çıxarmaqda bunun mənasına dönə-dönə aydınlıq gətirir."
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Claude, Frédéric Bastiat // Sycomore (fr.). / Assemblée nationale