Filippinin Dovlet Qurulusu - Wikipedia
Filippinin dövlət quruluşu - 1987-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
Filippinin dövlət quruluşu | |||||
---|---|---|---|---|---|
Republika ng Pilipinas Republic of the Philippines | |||||
| |||||
Maka-Diyos, Makatao, Makakalikasan, at Makabansa» | |||||
Himn: Lupang Hinirang Chosen Land |
|||||
Paytaxt | Manila | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Dövlət quruluşu
redaktəMəhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1898) - 12 iyunda qeyd olunur. 11 fevral 1987-ci ildən qüvvədə olan ölkə Konstitusiyasına görə Filippinin idarəetmə sistemi Prezident hakimiyyətinin ABŞ modelinə uyğundur.
İnzibati ərazi bölgüsü
redaktəFilippin 3 adalar qrupunda (Luson, Visay və Mindanao) birləşən 17 regiona (İlokos, Kaqayan, Mərkəzi Luson, Kalabarson, Mimaropa, Bikol, Kordilyer inzibati regionu, Qərbi Visayi, Mərkəzi Visayi, Şərqi Visayi, Zamboanqa yarımadası, Şimali Mindanao, Karaqa, Davao, Sokksksarxen və Müsəlman Mindanao regionu), 80 əyalətə, 1494 bələdiyyəyə, 140 şəhərə və 41995 baranqaya (məntəqə) bölünür [1].
Dövlət başçısı
redaktəPrezident dövlətin və hökumətin başçısı, silahlı qüvvələrin ali baş komandanıdır. İcra hakimiyyətini həyata keçirən Nazirlər Kabinetinin üzvləri Təyinat Komissiyasının razılığı ilə ölkə Prezidenti tərəfindən təyin edilir. Dövlət başçısı və dövlətin idarəetməsində ona bilavasitə köməklik edən vitse-prezident azad, bərabər və gizli seçkilərdə ümumxalq səsverməsi yolu ilə 6 il müddətinə seçilirlər.
Prezident icra hakimiyyətinin bütün departament, büro və xidmətlərinin idarə edilməsində, habelə qanunların icrasının təmin olunmasında səlahiyyətlidir. Bundan əlavə, dövlət başçısı Konqresin əksər üzvlərinin razılığı ilə amnistiya aktını imzalaya və dövlətin səlahiyyətli nümayəndəsi olaraq Senatda ratifikasiya olunan müqavilələri bağlaya bilər.
Qanunverici hakimiyyət
redaktəQanunverici orqan olan Konqres 2 palatadan – 24 yerlik Senatdan və 286 yerlik Nümayəndələr Palatasından ibarətdir. Senata üzvlər proporsional nümayəndəlik sistemi üzrə 6 il müddətinə seçilir. Senatın ½-i hər 3 ildən bir yenilənir. Nümayəndələr Palatasının üzvləri ümumxalq səsverməsi yolu ilə 3 il müddətinə seçilirlər. Palatanın 229 üzvü bir mandatlı dairələr üzrə seçilir, digər deputatlar isə (hazırda 24 üzv) mürəkkəb partiya siyahıları sistemi üzrə dövlət başçısı tərəfindən təyin edilirlər.
Hər iki Palatanın üzvləri icraedici hakimiyyətə sorğu ilə müraciət etməkdə bərabər hüquqlara malik olsalar da, onların səlahiyyətləri arasında müəyyən fərqlər mövcuddur. Belə ki, maliyyə tutumlu qanun layihələri ilə bağlı təşəbbüs yalnız Aşağı Palataya, beynəlxalq müqavilə və sazişlərin ratifikasiyası isə Senata aiddir.
Ölkə Prezidenti Konqresdə qəbul edilən qanun layihələrinə veto qoymaq hüququna malik olsa da, Parlamentdə 2/3 səs çoxluğu ilə veto dəf edilə bilər.
Məhkəmə hakimiyyəti
redaktə15 üzvdən ibarət olan Ali Məhkəmə (eyni zamanda Konstitusiyaya nəzarət funksiyasını da həyata keçirir), Apelyasiya Məhkəməsi, regional məhkəmələr, Vergi Apelyasiya Məhkəməsi, habelə paytaxt və bələdiyyə məhkəmələri Filippində məhkəmə hakimiyyətini həyata keçirir.
Mənbə
redaktə- Филиппины в малайском мире. МИИ. Вып. V. — М., 1994. — 120 с.
- Сумленова Е. В. Острова cампагиты. М., 1995.
- Пугачёва Е. В., Серебрякова С. О. Филиппины. Путеводитель серии «Глазами очевидца». — М.: Ардженто Груп. 2006. — 208 с., илл. — ISBN 5-902839-06-8
- Новосад Е. В. Филиппины: сон наяву. // Государственное управление ресурсами, 2009, № 2, с. 90-113.
Həmçinin bax
redaktəXarici keçid
redaktə- Office of the President of the Philippines Arxivləşdirilib 2012-07-05 at the Wayback Machine
- 1987 Constitution of the Philippines
- 'We Say Mabuhay' – The Anthem of the President of the Philippines
- 'March of the President of the Philippines' (unofficial title) – song played when the President is given military honors by the AFP
İstinadlar
redaktə- ↑ Republic of the Philippines. National Statistics Office. "Population and Annual Growth Rates for The Philippines and Its Regions, Provinces, and Highly Urbanized Cities Based on 1990, 2000, and 2010 Censuses" (PDF). April 2012. 2018-12-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-04-04.