Fethi Heper - Wikipedia
Fethi Heper (3 fevral 1944[1], Əskişəhər) — Türkiyənin keçmiş milli futbolçusu və maliyyə professorudur. O, Əskişəhərspor forması ilə iki dəfə Super Liqanın bombardiri olub.
Fethi Heper | |
---|---|
Ümumi məlumatlar | |
Tam adı | Fethi Heper |
Doğum tarixi | 3 fevral 1944[1] (80 yaş) |
Doğum yeri | Eskişehir, Türkiye |
Vətəndaşlığı | |
Təhsili | |
Boyu | 1.77 m (5 ft 9 1⁄2 düym) |
Mövqeyi | hücumçu |
70-ci illərdə Eskişehirspor Super Liqanın zirvəsində oynayarkən, Eskişehirspor azarkeşlərinin ən çox işlətdiyi şüar Fethi- Nihat — Ender ağlara göndər şüarıdır. O, havada və sinəsində hava toplarını idarə etdiyi üçün ' Cengel' ləqəbi ilə tanınırdı. O, türk futbolunun önəmli futbolçularından Metin Oktayla ana tərəfdən qohum olub.[2] Futbolçu karyerası ilə yanaşı, akademik təhsilini davam etdirərək 1967-ci ildə Əskişəhər İqtisadiyyat və Ticarət Elmləri Akademiyasında bakalavr təhsilini, 1978-ci ildə isə doktoranturasını tamamlayıb. 1981-ci ildə maliyyə ixtisası üzrə dosent, 1988-ci ildə professor elmi adlarını almışdır. Daha sonra Türkiyə Futbol Federasiyasına 2012-ci ildə keçirilən seçkilərdə Yıldırım Dəmirörən sədr seçilərək öz siyahısından seçkilərə qatıldığı üçün Milli Komandalar Komitəsində məsul idarə heyətində yerini aldı.[3]
Fethi Heper peşəkar futbolçudan professorluğa yüksələn ilk və yeganə türk futbolçudur.[4][5]
Futbol karyerası
redaktəKlub karyerası
redaktəFutbola doğma şəhəri Əskişəhərdə başlayıb, daha sonra 1960-cı ildə iki böyük qardaşının futbol oynadığı Əskişəhər Gənclər Klubunda oynamağa başlayıb. Gənc yaşına baxmayaraq, Fethi Heper iki dəfə bu komandanın bombardiri olmağı bacarıb. Bu illərdə böyük qardaşı tərəfindən "Qalatasaray" a aparılıb və "Qalatasaray"ın baş məşqçisi Gündüz Kılıça yeni futbolçu kimi təqdim olunub, amma onu "Qalatasaray"a aparmırlar.[2] Daha sonra 1962–63 mövsümündə Əskişəhər Ticarət Elmlər Akademiyasının futbol komandasında həvəskar səviyyədə futbol oynadı. Bu komanda ilə 1963-cü ildə Türkiyə Akademiyaları arasında təşkil edilən futbol çempionatının qalibi olub. O , bu uğurdan sonra qurulan "Əskişəhərspor"un qurucu komandasına daxil edilib.[6] Sonra bütün futbolçu karyerasını "Əskişəhərspor" forması altında keçirdi. O, 70-ci illərdə uğurdan uğura qaçan "Əskişəhərspor" komandasının ən önəmli futbolçularından sayılırdı.
1974-cü ilə qədər Türkiyə birinci liqasında peşəkar formada çıxış edən Heper 1969–70 (13 qol) və 1971–72 (20 qol) dövrlərində bombardir olub. O, ilk dəfə 16 yaşında 5 dəfə milli formada çıxış edib.
O , UEFA kubokunda vurduğu 6 qolla bombardirlər siyahısında 3-cü olub. Fethi Heperin Mikkeliyə (Fin) vurduğu 4 qol türk futbolçunun beynəlxalq matçda vurduğu ən çox qoldur.[7] 2008-ci ildə Fənərbaxça ilə MTK arasında keçirilən matçda Semih Şentürk 4 qol vurana qədər bu rekordu təkrarlamaq mümkün deyildi. Havadakı topları sinəsində idarə etdiyi üçün Heper "Dəmir Köynək Fəthi" kimi tanınırdı.
Nailiyyətlər
redaktə- Fərdi
- Super Liqanın bombardiri : 1969–70 (13 qol), 1971–72 (20 qol)
Kitabları
redaktə- Sosial struktur və vergi strukturları arasında əlaqələr (1978)
- Türkiyədə sərvət vergisi (1981)
Mənbə
redaktə- ↑ 1 2 Fethi Heper // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 "ES ES ES, Kİ Kİ Kİ, ES Kİ ES Kİ, ES/ ESKİŞEHİR, ESKİŞEHİR, ES ES ES!". 25 Mart 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Kasım 2011.
- ↑ "TFF Yönetim Kurulu". 15 Mart 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Mart 2012.
- ↑ "Futbolcuydu, profesör oldu". www.milliyet.com.tr. 2 Kasım 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Kasım 2022.
- ↑ "Profesyonel Futbolculuktan Profesörlüğe Giden Yol "Fethi Heper"". Univerlist (Türkçe). 3 Ağustos 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Kasım 2022.
- ↑ "Kuruluş Yılları..." 26 Ağustos 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Kasım 2011.
- ↑ "MP Mikkeli-Eskişehirspor 29 Eylül 1971 maç raporu - Kicker.de". 10 Şubat 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 Kasım 2011.