Feaklar - Wikipedia
Feaklar və ya fiakiyalılar (q.yun. Φαίᾱκες, Φαίηκες, lat. Phaeaces) — qədim yunan mifologiyasında Sxeriya adasında yaşayan xalq.[1] Feaklar Homerin "Odisseya"sında xatırlanır. Onlar hiperboreyalılar, efioplar və lotofaqlar kimi tanrılara yaxın olan mübarək xalqlardan biri hesab olunurdular. Bu insanların Poseydon tərəfindən himayə edildiyinə inanılırdı. Feaklar Zevs, Afina, Hermes və qədim yunan panteonunun digər tanrılarına inanırdılar. Feaklar yaxşı dənizçilər idilər, onların gəmiləri fırtınada və ya dumanda itməməyə imkan verən naviqasiya sistemi ilə təchiz edilmişdi.
Adlarını Kerika və Poseydonun oğlu və Alkinusun [2] atası Feakdan almışdılar.[3] Homerin "Odisseya"sına görə, feakların gəmilərinin sükanları yox idi, çünki onlar sükançıların fikirlərini başa düşə bilirdilər və özləri zehni olaraq göstərilən marşrutlar üzrə üzürdülər.[4]
İstinadlar
redaktə- ↑ Страбон. VI, с. 407
- ↑ Диодор Сицилийский. Историческая библиотека. IV, 72
- ↑ Диодор Сицилийский. Историческая библиотека. IV, 72
- ↑ Гомер. Одиссея. VIII, 555—560