Fazil Qaraoglu - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Fazil Qaraoğlu (tam adı: Fazil Qara oğlu İsmayılov; 1947, Qaradonlu, İmişli rayonu) — Quran kitabını ilk dəfə iki dilə həm Azərbaycan, həm də rus dilinə çevirən tək mütərcim, professor.[mənbə göstərin]
Fazil Qaraoğlu | |
---|---|
Fazil Qara oğlu İsmayılov | |
Doğum tarixi | 1947 |
Doğum yeri | |
İş yeri | |
Təhsili |
Fəaliyyəti
redaktəQuran kitabını ilk dəfə hər iki dilə — həm Azərbaycan, həm də rus dilinə çevirən tək tərcüməçidir.[1][2] "Tarixi həqiqətlər", "Erməni saxtakarlığını ifşa edən əsər", "Soyqırım yalanını təsdiq edən ermənilər və ruslar", "Soyqırım yalanını təsdiq edən ermənilər və ruslar, "Ağlasığmaz xəyanət", "Erməni məsələsi və türk-müsəlman soyqırımı", "Erməni məsələsinə dair tarixi həqiqətlər", "Vətənə, xalqa həsr olunmuş ömür", "Peyğəmbərimiz Hz. Məhəmmədin həyatı",[3] "Mikologiya elmi bizə nələr deyir" əsərlər ilə yanaşı "Ermənilər və həqiqətlər sənədlərdə"[4][5] mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cilddə kitab yazıb və nəşr etdirib.[6][7]
Haqqında
redaktəOn dörd il Ankarada Qazi Universitetində çalışıb. Prezident Ərdoğanın şəxsi tapşırığı ilə Osmanlı arxivlərində araşdırma aparmaq icazəsi alıb. Fazil Qaraoğlu bu vaxta qədər Türkiyə Böyük Millət Məclisində çıxış edən ikinci vətəndaşımızdır.
Kitabları
redaktə- Коран. Перевод проф. Ф. Караоглы. [б.м.]: Управления по делам религии Турецкой Республики, 1994.[8]
- Qurani-Kərim və açıqlamalı məali. Azərbaycan dilinə tərc. ed. F. Qaraoğlu. Ankara: Baskı-Cild, 2003.
- Peyğəmbərimiz Hz. Məhəmmədin həyatı. Bakı: [s. n.], 2006.
- Türk-islam dünyası. Prof. Fazil Qaraoğlunun bəzi tərcümələri. I Cild. İslama giriş. Bakı: Nurlar, 2007; II Cild. İslam əxlaqı. Bakı: Nurlar, 2007.
- Ermənilər və həqiqətlər (rəsmi sənədlərlə). C. 1. Bakı: Nurlar, 2007; C. 2. Bakı: Nurlar, 2008; C. 3. Bakı: Nurlar, 2009; C. 4. Bakı: [n.y.], 2010; C. 5 ?; C. 6. Bakı: Elm, 2013; C. 7. ?
- Türk millətinin tarixi, qurduğu dövlətlər və ata-babaları. Bakı: Nurlar, 2007.
- Peyğəmbərimiz Hz. Məhəmmədin həyatı. Bakı: Qanun, 2011. (ikinci nəşri)
- Qurani-Kərim və açıqlamalı məali. Azərbaycan dilinə tərc. ed. F. Qaraoğlu. Bakı: Qanun, 2021. (ikinci nəşri)
- Qurani-Kərim və açıqlamalı məali. Azərbaycan dilinə tərc. ed. F. Qaraoğlu. Bakı: Qanun, 2023. (üçüncü nəşri)
Ailəsi barəsində
redaktəMəlumatlara görə bir qızı var, o da Fransada yaşayır.[9]
Mükafatları
redaktə- Böyük Millət Məclisinin xüsusi təşəkkürnaməsi.
- Tərcümə etdiyi "Quran" kitabından 500 nüsxə Heydər Əliyev Fonduna bağışladığı üçün Anar Ələkbərovdan xüsusi təşəkkür məktubu alıb.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Beynəlxalq Mədəniyyət və Sosial Araşdırmalar Jurnalı (IntJCSS)". Dergipark.org.tr (türk).
- ↑ "Fazil Qaraoğlunun Quran Tərcüməsi". Gloqur.de (ingilis). 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
- ↑ "Peyğəmbərimiz Hz. Məhəmmədin həyatı [Mətn] /F. Qaraoğlu". Anl.az. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
- ↑ "Fazil Qaraoğlunun "Ermənilər və həqiqətlər (rəsmi sənədlərlə)" kitabının təqdimat mərasimi keçirilmişdir". Azertag.az.
- ↑ "Prof. Fazil Qaraoğlu. Rəsmi Sənədlərlə" (PDF). Kitabxana.net. 2023-11-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-02.
- ↑ "Azərbaycan Milli Elmlər Akadamiyası Naxçıvan Bölməsi – 31 Mart Soyqırım günü ("Ermənilər və həqiqətlər: rəsmi sənədlərlə")". e-kitab.ameanb.nmr.az. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
- ↑ "AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanası 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sərgi təşkil edib". Science.gov.az.
- ↑ "Коран / пер. Ф. Караоглы". Rusiya Dövlət Kitabxanası. 2024-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
- ↑ Vahid, Nəzrin. "Küçəyə atılan professor: "Hər kəs məni imkanlı biri kimi tanıyır"". Oxu.az. 2024-04-01. 2024-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |