Faylin Birge Istifadesi - Wikipedia
Faylın_birgə_istifadəsi - Haqqında Məlumat
Faylın birgə istifadəsi (ing. file sharing) – hesablama şəbəkəsində mərkəzi kompüterdə və ya ümumi serverdə saxlanılan və birdən artıq istifadəçi tərəfindən sorğulanan, baxılan və dəyişdirilən fayllarla iş. Müxtəlif proqramlarda və ya müxtəlif kompüterlərdə işlədilən faylın birgə istifadəsi üçün münasib formata çevrilməsi lazım ola bilər. Əgər bir fayl çoxlu insan tərəfindən birgə istifadə olunursa, ona erişimi parollar vasitəsilə qoruma, erişim hüququnun yoxlanması və ya faylın kilidlənməsi kimi üsullarla tənzimləmək olar ki, bu da faylın eyni zamanda bir neçə şəxs tərəfindən dəyişdirilməsinin qarşısını alır[1].
Ədəbiyyat
redaktə- ↑ İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.