Ferid Fercad - Wikipedia
Fərid Fərcad (fars. فرید فرجاد; 1938, Tehran) — Fars əslli[1] ABŞ vətəndaşı[2] olan skripka virtüözü. "skripkanı ağladan adam" kimi tanınır və dünyanın ən yaxşı skripka virtüözlerinden biri olaraq qəbul edilir.
Fərid Fərcad | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | 1938 |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, şahmatçı |
Fəaliyyət illəri | 1966-cı ildən |
Janr | klassik musiqi |
Musiqi aləti | skripka |
8 yaşından bəri skripka çalan İranlı bir musiqiçi olan Fərcad, 1938-ci ildə Tehranda doğulmuşdur. 1966-cı ildə, Tehran Musiqi Konservatoriyasının klassik musiqi üzərinə master etmiş, bundan sonrakı addımında Tehran Simfonik Orkestrında əhəmiyyətli vəzifələr boynuna götürmüşdür. Fars Xalq Musiqisi təcrübəsinə sahib olan Fərcad, skripka ilə Klassik Qərb musiqisi üzərində də işləmişdir. Bu işləri Fars musiqisinin inkişafında əhəmiyyətli bir yer tutmuşdur.
Fərcad Pəhləvi sülaləsinin dövründə doğulmuş, lakin 1979-cu ildəki İran İslam İnqilabı əvvəlində ölkəsindən ayrılaraq Kaliforniyaya yerləşmişdir. Bu ildən etibarən ABŞ vətəndaşlığına keçmiş və həyatını ABŞ-da davam etdirmişdir, lakin özünü ABŞ-lı deyil, İranlı və Fars olaraq xarakterizə etməkdədir. İnqilabdan sonra İranda musiqinin "haram" elan edilməsi və qadağan edilməsindən sonra Fərcadın və bir çox Fars musiqiçinin ölkəyə girməsi qadağan edilmişdir. Sənətçi illərdir Los Angelesdə yaşamaqdadır.
Fərcadın yalnız piano və skripka istifadə edərək meydana gətirdiyi Anroozha (O Günlər) adında beş albomdan ibarət olan bir albom ardıcıllığı vardır. Ayrıca Golha Orkestri adlı kollektiv iki albom da sənətçinin əsərləri arasındadır. Bu albomlarda Fərcad öz deyimiylə təbiətdəki hüznü notalara tökmüşdür. Albomlarının bu istiqamətdə meydana gəlməsinin səbəblərindən biri olaraq inqilabdan sonra ölkəsindən uzaqlaşması və ölkəsindən uzaqda yaşamaq məcburiyyətində qalmasını göstərmişdir.
Anroozha ardıcıllığının ilk dördündə Fərcada Abdi Yamini, beşinci albomda isə həyat yoldaşı Mitra Tavakkoli Fərcad piano ilə yoldaşlıq etmişdir.
Albomlar
redaktə- Anroozha 1 (1989)
- Dokhtare Booyr Ahmady
- Shekare Ahoo Va Jane Maryam
- Simin Bary
- Ahange Azari
- Goleh Sang
- Mara Beboos
- Daryache Noor
- Tak Derakhti
- Sari Galin
- Shaneh
- Anroozha 2 (1989)
- Sahel Va Darya
- Shabhaye Tehran
- Amad Nobahar
- Soghati
- Ahange Mahali
- Ghoghaye Setaregan
- Bazgashteh
- Leyli Menal
- Mahali
- Nefrin
- Aylirigh
- Mahali Dar Na Jan
- Anroozha 3 (1990)
- Hasood
- Magnoone
- Arshin Malalan
- Bordi Az Yadam
- Shab Bood Biaban Bood
- Dele Divaneh
- Masti
- Bekhatereh Tou
- Agrabe Zolfe Kaje
- Ahange Armani
- Anroozha 4 (1997)
- Taghtam Deh
- Goleh Pamchal
- Beyaad Giti
- Pari Kojai
- Robabeh Jaan
- Sang e Khaara
- Safar
- Aamad Amma
- Soratgar Naghash Chin
- Anroozha 5 (2007)
- Golha
- Soltane-e Ghalbha
- Isfahan
- Davighbayk
- Gnossienne
- Ashegh Shodam
- Goftegoo
- Ashegham Man
- Kordi
- Bahar
İstinadlar
redaktə- ↑ Tokay, Murat (20 mart 2010)"Farid Farjad: Türkiye'den başka hiçbir ülkede bu kadar sahiplenilmedim" (Türkcə) Arxivləşdirilib 2013-10-22 at the Wayback Machine İstanbul: zaman.com.tr.
- ↑ "Farjad: Türk vatandaşı olmak istiyorum" (Türkcə) Arxivləşdirilib 2021-09-23 at the Wayback Machine İstanbul: haber7.com
Həmçinin bax
redaktə- Last.fmdə Fərid Fərcad
- MySpacedə Fərid Fərcad