Evqlenakimiler Destesi - Wikipedia
Evqlenakimilər dəstəsi (lat. Euglenida ) — Qamçılılar sinfinə aid olan dəstə.
Evqlenakimilər | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Evqlenakimilər |
||||
Beynəlxalq elmi adı | ||||
Euglenida | ||||
|
Haqqında
redaktəEvqlenakimilər dəstəsi — Bu dəstə bədənin ön tərəfində bir qamçı olan, əsasən şirin sularda yaşayan qamçılıları birləşdirir. Evqlenakimilərin bədəni pellikula ilə örtülüdür. Pellikula bəzi növlərdə yaşıl evqlenada olduğu kimi elastiki, bəzilərində isə möhkəm olub, bədənə sabit forma verir. Evqlenakimilər yaşıl bədənə, çoxlu xromatoforlara malikdirlər. Onlar üçün holofit qidalanma, bəzi rəngli formalar üçün miksotrof qidalanma xasdır. Bütün rəngli evqlenakimilər qırmızı gözcüyə — stiqmaya malikdir.[1] Rəngsiz növlər saprofit, bir çoxu isə holozoy üsulla qidalanır. Holozoy üsulla qidalanan evqlenakimilər xüsusi orqanoidlər: hüceyrə ağzı — sitostom, sitoplazmanın dərinləşməsindən əmələ gələn udlaq yerləşir. Rəngli evqlenakimilərdə bu orqanoidlər müşahidə olunmur. Adətən bir yumulan vakuola malikdirlər. Evqlenakimilər çirkli su hövzələrində geniş yayılmışdır, bəzən onlara torpaqda da rast gəlinir. Bir çoxu müxtəlif heyvanların bağırsağında parazitlik edir.[2]
Mənbə
redaktəB. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh