Eva Yanikovski - Wikipedia
Eva Yanikovski (mac. Janikovszky Éva; tam adı Eva Etelka Nametta Kuçeş 23 aprel 1926, Seqed — 14 iyul 2003, Budapeşt) — Macarıstan yazıçısı. Xüsusi şöhrətini o, uşaqlar üçün yazdığı kitablar sayəsində qazanmışdır. Onun əsərləri 30-dan çox müxtəlif dilə tərcümə edilmişdir.[1]
Eva Yanikovski | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Seqed, Macarıstan |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Budapeşt, Macarıstan |
Dəfn yeri | |
Vətəndaşlığı | Macarıstan |
Fəaliyyəti | yazıçı, uşaq ədəbiyyatı yazıçısı |
Mükafatları | Koşuta Mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəEva Yanilovski 23 aprel 1926-cı ildə Seqed şəhərində anadan olmuşdur.[2] 1944-cü ildən 1948-ci ilə qədər Seqed Universitetində fəlsəfə, 1948-ci ildən 1950-ci ilə qədər Budapeştdə Eötvöş Lorand Universitetində fəlsəfə, psixologiya və siyasi iqtisadiyyat üzrə təhsil almışdır. 1950-ci ildə pedaqoq diplomunu almışdır. 1950-ci ildən 1953-cü ilə qədər Eva Təhsil Nazirliyində dərsliklər bölməsində referent işləmişdir. Eva dörd il ərzində gənclər kitab nəşriyyatında (Ifjúsági Könyvkiadó) redaktor kimi çalışmışdır. Sonra Eva Mor Ferensinin nəşriyyatının baş redaktoru olmuşdur. Evanın birinci kitabı olan Csip-Csup 1957-ci ildə nəşr olunmuşdur. Onun əsərlərinin mövzusu əksər hallarda uşaqların münasibətlərinə aiddir və gündəlik həyəcanların və münaqişələrin fonunda böyüklərin münasibətidir. Bundan başqa, o filmlərə ssenariləri yazır, jurnallarda işləyir,radio və televiziya verilişlərində çıxış edirdi. Onun kitablarından bəziləri əsasında animasiya və televiziya filmləri çəkilmişdir. Yanikovskinin çox kitabları Laslo Reber (1920 — 2001) qrafikiylə təsvir edilmişdir.
Eva Yanikovski 14 iyul 2003-cü ildə vəfat etmişdir. Budapeştdə Farkaşreti qəbiristanlığında dəfn edilmişdir.
Şəxsi həyatı
redaktə1952-ci ildə o, həkim Bel Yanikovski ilə ailə həyatı qurmuşdur. 1955-ci ildə onların Yanoş adlı oğulları dünyaya gəlmişdir.
Tanınması
redaktəYanikovski yazdığı əsərlərinə görə uşaq ədəbiyyatı sahəsində Almaniya mükafatı olan Koşuta adına mükafata layiq görülmüşdür. Erjebetvaroşanın (Budapeşt rayonu) fəxri vətəndaşıdır. 2003-cü ildə onun şərəfinə Budapeştdə məktəb adlandırılmışdır.[3] 2004-cü ildə Eva Yanikovski fondu təsis edilmişdir.
Əsərləri
redaktə- Csip-Csup, 1957
- Szalmaláng, 1960
- Aranyeső, 1962
- Te is tudod?, 1962
- Ha én felnőtt volnék, 1965
- Akár hiszed, akár nem, 1966
- Jó nekem, 1967
- Felelj szépen, ха kérdeznek, 1968
- Bertalan és Barnabás, 1969
- Málnaszörp és szalmaszál, 1970
- Velem mindig csökkenés valami, 1972
- Kire ütött ez a gyerek?, 1974
- Már óvodás vagyok1975 года
- A nagy zuhé, 1976
- A lemez két oldala, 1978
- Már megint, 1978
- Аз úgy вольт …, 1980
- Már iskolás vagyok, 1983
- Örülj, hogy fiú!, В 1983 году
- Örülj, hogy lány!, В 1983 году
- A Hét bőr, 1985
- My Own Budapest Guide, 1991
- Felnőtteknek írtam, 1997
- Mosolyogni tessék!, В 1998 году
- Cvikkedli, 1999
- Ájlávjú, 2000
- Ru szép ez az élet!, 2001
- Ráadás, 2002
İstinadlar
redaktə- ↑ "What Are Hungarian Books for Children Like Today?". 2009-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-07.
- ↑ Tradíciók - Hírességeink - Janikovszky Éva Arxivləşdirilib 2014-12-09 at the Wayback Machine, tomorkenygimn.hu
- ↑ "A Janikovszky Éva Általános Iskola és Gimnázium honlapja". 2014-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-07.
Xarici keçidlər
redaktə- Сайт о Еве Яниковски (mac.)