Etrit Berisa - Wikipedia
Etrit Berişa (10 mart 1989[1][2], Priştina) — Albaniyalı peşəkar futbolçu. İtaliyanın "Torino" klubunun və Albaniya milli futbol komandasının qapıçısı.
Etrit Berişa | |
---|---|
alb. Etrit Berisha | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 10 mart 1989[1][2] (35 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 194 sm |
Çəkisi | 92 kq |
Mövqeyi | qapıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Karyera
redaktəBerişa karyerasına Pristinanın yerli "KF 2 Korriku" klubunun gənclər komandasında başlayıb. 2008-ci ildə İsveçə köçən Etrit, burada "Kalmar" klubunun gənclər komandasına qoşulur. O, 2010-cu ildə "Kalmar"ın əsas komandsına dəvət edilir və tezliklə klubda debüt edir. Etrit Berişa debüt mövsümündə 14 liqada oyununda çıxış edərək özünü əsas komanda oyunçusu kimi göstərir. O, İsveç mepionatının 2011-ci il mövsümundə, klubun əsas qapıçısı kimi mövqeyini möhkəmləndirir.
Növbətii mövsüm o, qapıçı olmasına baxmayaraq, meydanda qollarda vurur. O, ilk peşəkar qolunu 12 iyul 2012-ci ildə Şimali İrlandiyanın "Cliftonville" komandasına qarşı Avropa Liqasının seçmə oyununda penaltidən vurur və cəmi bir neçə ay sonra İsveç çempionatında "Helsinqborq" klubuyla görüşdə daha bir dəfə penaltidən fərqlənir. Mövsümdə o penaltidən iki dəfə qol vuran və komandasının liqada dördüncü yeri tutmasına kömək edən qapıçı olaraq, 2013-cü il mövsümundə, İsveç çempionatında ilin qapıçısı mükafatını qazanır. "Kalmar"da keçirdiyi 4 ildə 105 dəfə meydana çıxır və 4 qol vurur.
2013-cü ilin yayında İtaliyanın "Kyevo" klubu Berişa ilə əvvəlcədən müqavilə bağladıqlarını açıqlayır, lakin Berişa digər İtaliya klubu "Latsio" ilə dörd illik müqavilə imzalayır. 2 sentyabr 2013-cü ildə Etrit Berişanın "Latsio"la müqaviləsi rəsmiləşir.[3] "Latsio"da o, İtaliya milli komandasının qapıçısı Federioka Marketti ilə əsas heyətə düşmək uğrunda mubarizə aparır. O zaman "Latsio"nun baş məşqçisi olan Stefano Pioli daha çox Federiko Markettiyə şans verir.
"Latsio"nun direktorları Markettini əsas qapıçı kimi saxlamaq qərarından sonra Berişa, oynamaq şansı qazanmaq üçun "Atalanta" klubuna keçməyə qərar verir.[4][5] "Atalanta"da ilk mövsümdə o, çox yaxşı bir mövsüm keçirdir, İtaliya çempionatında 26 oyunda meydana ççıxır və 11 qol buraxır. Onun mövsüm ərzində göstərdiyi heyrətamiz performans, "Atalanta"nın çempionatda 5-ci yerə yüksəlməsi və 2017–18 mövsümundə UEFA Avropa Liqasına vəsiqə qazanmasına kömək olur.[6] 6 iyul 2019-cu ildə Berişa satın almaq öhdəliyi ilə "SPAL" klubuna icarəyə verilir.[7]
3 iyul 2021-ci ildə Berişa "Torino" ilə üç illik müqavilə imzaladı. Transfer, sonradan "Torino"nun oyunçunu almaq öhdəliyi ilə bir mövsümlük icarə kimi baş tutur.[8]
Berişa Kosovodandır, lakin alban etnik mənsubiyyətinə görə Albaniyanı təmsil edə bilir və o, ilk dəfə 2012-ci ildə italiyalı baş məşqçi Canni De Byazi tərəfindən Albaniya milli komandasına çağırılıb və orada 27 may 2012-ci ildə İrana qarşı oyunda millidə debüt edib.
Karyera statistikası
redaktəKlub | Mövsüm | Liqa | Ölkə kuboku | Avropa | Digər | Toplam | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Kalmar | 2010 | Allsvenskan | 14 | 0 | 1 | 0 | — | — | 15 | 0 | ||
2011 | 25 | 0 | 3 | 0 | — | — | 28 | 0 | ||||
2012 | 30 | 1 | 4 | 0 | — | — | 34 | 1 | ||||
2013 | 22 | 2 | 0 | 0 | 6 | 1 | — | 28 | 3 | |||
Toplam | 91 | 3 | 8 | 0 | 6 | 1 | — | 105 | 4 | |||
Latsio | 2013–14 | A Seriyası | 17 | 0 | 2 | 0 | 4 | 0 | — | 23 | 0 | |
2014–15 | 10 | 0 | 7 | 0 | — | — | 17 | 0 | ||||
2015–16 | 11 | 0 | 2 | 0 | 7 | 0 | 0 | 0 | 20 | 0 | ||
Toplam | 38 | 0 | 11 | 0 | 11 | 0 | 0 | 0 | 60 | 0 | ||
Atalanta | 2016–17 | A Seriyası | 26 | 0 | 1 | 0 | — | — | 27 | 0 | ||
2017–18 | 31 | 0 | 3 | 0 | 8 | 0 | — | 42 | 0 | |||
2018–19 | 18 | 0 | 2 | 0 | 2 | 0 | — | 22 | 0 | |||
Toplam | 75 | 0 | 6 | 0 | 10 | 0 | — | 91 | 0 | |||
SPAL | 2019–20 | A Seriyası | 26 | 0 | 3 | 0 | — | — | 29 | 0 | ||
2020–21 | B Seriyası | 25 | 0 | 2 | 0 | — | — | 27 | 0 | |||
Toplam | 51 | 0 | 5 | 0 | — | — | 56 | 0 | ||||
Torino | 2021–22 | A Seriyası | 10 | 0 | 1 | 0 | — | — | 11 | 0 | ||
Karyerasında Toplam | 265 | 3 | 31 | 0 | 27 | 1 | 0 | 0 | 323 | 4 |
Uğurları
redaktəKalmar[10]
- Allsvenskan çempionu: 2008
- İsveç superkuboku: 2009
Fərdi
- Allsvenskan ilin qapıçısı: 2013
- İtaliya A Seriyası mövsümun legioner qapıçısı: 2013–14
İstinadlar
redaktə- ↑ 1 2 Etrit Berisha // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 Etrit Berisha // FBref (çd.).
- ↑ "Lazio, preso il portiere Etrit Berisha Bizzarri verso la cessione" (italyan). Il Messaggero. 2 September 2013. 16 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2023.
- ↑ "Etrit Berisha all'Atalanta" [Etrit Berisha to Atalanta] (italyan). Atlanta B.C. 31 avqust 2016. 3 sentyabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2023.
- ↑ "Comunicato 31.08.2016" (italyan). S.S. Lazio. 31 aqust 2016. 2019-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2023.
- ↑ "Atalanta në Ligën e Europës, Berisha: I solla fat unë, ashtu si Shqipërisë" [Atalanta in the European League, Berisha: I brought luck, just like Albania] (alban). Panorama Sport. 21 May 2017. 31 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2023.
- ↑ "UFFICIALE: SPAL, preso Berisha in prestito con obbligo di riscatto". 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2023.
- ↑ "Berisha signs with Toro". Torino. 3 iyul 2021. 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2023.
- ↑ Etrit Berişa National-Football-Teams.com'da
- ↑ 1 2 Soccerway.com saytında profili (ing.)
- ↑ UEFA.com saytında statistika (ing.)