Erzyan Dili Gunu - Wikipedia
Erzyan dili günü (erz. э́рзянь кель Чи) — müasir erzyanların milli bayramı. Fin-uqor dil ailəsi fin-voljsk dil qrupuna daxil olan mordov dillərindən biri, erzyanların dili Mokşan və rus dili ilə yanaşı Mordoviyanın üç dövlət dilindən biridir. Erzyanca danışanların sayının 517 575 nəfər olması bildirilir. Təkcə Rusiyada 440 000 nəfər erzyanca danışan olması güman edirlir.[1] Təxminən 28 % erzyanlar Mordoviya Respublikası ərazisində, digərləri isə keçmiş SSRİ ərazisində yaşayır. 1993-cü ildə Erzyan dili günü Erzya Dilinin Qurtuluş Fondu (Saransk) tərəfindən təsis edilmişdir. Dil gününün məhs bu günə salınmasının səbəbi 16 apreldə ilk erzyalı professor Anatoli Ryabovun doğum günü olmasıdır[2]. Hazırda Erzyan dili günü təkcə Erzya dilinin Rus və Mokşan dilləri ilə bərabər dövlət dili olduğu Mordoviyada deyil, həm də erzyaların kompakt şəkildə yaşadığı Nijeqorod, Samara, Moskva, Çelyabinsk, Murmask vilayətlərində də qeyd edilir. Üstəlik artıq bu bayram ənənəvi olaraq xarici ölkələrdə də qeyd edilir: Estoniya[3][4] (Erzya cəmiyyəti «Syatko»[5]), Finlandiya. Moskvada tədbirin təşkilatçıları «Erzyan vayqel» QHT ("Erziyanın səsi")[6][7], Sankt-Peterburqda Petreburq və Leninqrad vilayətində yaşayan eyzyaları birləşdirən «Ele» təşkilatı[8] olmuşdur
Tədbirin rəsmi proqramı aydın şəkildə müəyyənləşdirilmir və adətən məktəblərdə və uşaq bağçalarında açıq dərslər şəklində keçirilir. Məşhur yazıçılar, şairlər, mədəniyyət xadimləri dəvət edilir və konsertlər verilir. Tədbirlərin əsas məqsədi Erzya dili və ədəbiyyatın, eləcə də digər milli nailiyyətlərin nümayiş olunmasıdır. Tədbirin keçirildiyi zallarda adətən Erzya dilində yazılar olan Anatoli Ryabovun portreti qoyulur, zal gülllər və Erzyan bayrağı ilə bəzədilir. Tədbirin rəsmi hissəsi «Tyoştya» mahnısı ilə başlayır. Adətən Saranskda bu mahnını balacalardan ibarət olan «Torama» ansamblı ifa edir[9]. Sonra şam yandırılır - ştolol. Şamın yandırılması haqqı tanınmış və məşhur bir insana həvalə edilir. Bundan sonra Erzya Ağsaqqallar Şurasının (erz. Эрзянь атянь эзем) sədrliyinə namizədlər seçilir.
Mənbə
redaktə- Чамзинский район. Официальный сайт. //День эрзянского языка (rus.)
- Сельское поселение Балыклыкульский сельсовет. // Эрзянь келень чи — День эрзянского языка. Arxivləşdirilib 2019-03-21 at the Wayback Machine (rus.)
- Администрация Бессоновского района // День эрзянского языка в Пазелской школе. Arxivləşdirilib 2019-03-21 at the Wayback Machine (rus.)
- МБОУ "ЛОБАСКИНСКАЯ СРЕДНЯЯ ШКОЛА // Фотогалерея [ölü keçid] (rus.)
- Региональная мордовская национально-культурная автономия Пензенской области. //В селе Пазелки прошел День эрзянского языка (rus.)
- АДМИНИСТРАЦИЯ БОЛЬШЕБОЛДИНСКОГО РАЙОНА // В Большеболдинском районе провели День эрзянского языка Arxivləşdirilib 2019-03-21 at the Wayback Machine (rus.)
- Эрзянь мастор. //ДЕНЬ ЭРЗЯНСКОГО ЯЗЫКА В ПИКШЕНИ (rus.)
- ИА «Башинформ». // В селе Федоровка отметили День эрзянского языка (rus.)
- Kультурная столица финно-угорского мира 2015. // Эрзянский ансамбль «Пизёлне» посетил финно-угорскую культурную столицу Arxivləşdirilib 2017-10-28 at the Wayback Machine (rus.)
İstinadlar
redaktə- ↑ "Ethnologue". 2012-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-21.
- ↑ finugor.ru. 16 aprel Erzyan dili günü kimi qeyd edilir — Erzyan kelen çi Arxivləşdirilib 2019-09-14 at the Wayback Machine (rus.)
- ↑ FOTKI. День эрзянского языка (Мордовия) Объединение финно-угорских народов. Erzyan Language Day. Erza keele peäev. Arxivləşdirilib 2019-03-21 at the Wayback Machine (rus.), (ing.), (est.)
- ↑ MariUver// День эрзянского языка — десять лет в Эстонии Arxivləşdirilib 2011-05-20 at the Wayback Machine (rus.)
- ↑ Stolitsa.ee. Estoniyada Erzyan dili günü qeyd edilir Arxivləşdirilib 2019-02-14 at the Wayback Machine (rus.)
- ↑ Центр Льва Гумилёва. В Москве провели День эрзянского языка Arxivləşdirilib 2017-05-29 at the Wayback Machine (rus.)
- ↑ ГБУК г. Москвы ЦУНБ им. Н. А. Некрасова. День эрзянского языка Arxivləşdirilib 2017-04-22 at the Wayback Machine (rus.)
- ↑ "«Erzäks.ru» //Тердема Эрзянь келень Чинтень Петра ошов". 2019-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-21.
- ↑ finugor.ru. День эрзянского языка эрзяне отпраздновали без официальной «мордвы» Arxivləşdirilib 2017-09-23 at the Wayback Machine (rus.)