Ertzuhi Doyusu - Wikipedia
Ertzuhi döyüşü — XII əsrdə Gürcüstan çarlığı ilə Böyük Səlcuqlu imperiyası arasında hal-hazırkı Gürcüstan Respublikasının şərqində yerləşən Ertzuhi yaşayış məskəninin yaxınlığında baş vermiş döyüş nəzərdə tutulur.[1]
Ertzuhi döyüşü | |||
---|---|---|---|
Səlcuqlu İmperiyası-Gürcüstan müharibələri | |||
Tarix | 1104 | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Döyüş Gürcüstan çarı IV Davidin Böyük Səlcuqlu imperiyasının vassal dövləti olan Kaxetiya-Heretiya knyazlığına hücum edib, öz dövlətinə birləşdirməsindən sonra baş vermişdir. Böyük Səlcuqlu imperiyasının hökmdarı olan Sultan Börkiyaruq buna cavab olaraq, Gürcüstan çarlığı üzərinə yürüşə çıxmış və döyüş Gürcüstan Respublikasının şərqində yerləşən Ertzuhi yaşayış məskəninin yaxınlığında baş vermişdir.[2]
Haqqında
redaktəBöyük Səlcuqlu dövləti XI əsrin birinci yarısında yaranmışdır. Tədircən böyük coğrafiyda yerləşən əraziləri öz imperiyasına birləşdirən Səlcuq türkləri Cənubi Qafqaz dövlətlərini də özlərinə tabe etdilər. Bu dövlətlərin bəziləri birbaşa mərkəzə tabe edilsə də, bəzilərinin daxili müstəqilliyinə toxunulmadı və onlar yalnız vassal asılılığa salındılar.
Kaxetiya-Heretiya çarlığı 1080-ci illərdən bəri Böyük Səlcuqlu imperiyasının vassal dövləti idi. Lakin 1104-cü ildə gürcü dövlət rəhbəri Kral IV David (1089-1125) Səlcuqlu dövlətindəki daxili çəkişmələrdən istifadə edərək Səlcuqlu vassalı olan Kaxetiya-Heretiya dövləti ərazisinə uğurlu yürüş etdi və krallığı öz knyazlığı (saeristavo) halına saldı. Kaxetiya-Heretiya kralı II Ağsartan gürcü zadəganları olan Baramisdze və Arşiani tərəfində əsir alındı və Kutaisiyə aparılaraq orada həbs edildi.
Döyüş
redaktəSəlcuqlu sultanı Börkiyaruq (1092-1105) Kaxetiya və Heretiyanı yenidən nəzarət altına almaq üçün Gürcüstana böyük ordu göndərdi. Döyüş Gürcüstan çarlığının cənub-şərq hissəsində yerləşən Ertzuhi yaxınlığında baş tutdu. Kral IV Davidin birbaşa iştirak etdiyi döyüşdə səlcuqlular məğlub edildi.
Folklor
redaktəGürcü salnamələrindən olan "Kartlis Tskhovreba"-nin yazdığına görə, Kral IV David döyüşdən sonra zirehini təmizlədiyi zaman yığılmış qan yerə tökülmüşdür. Onu seyr edənlər kralın yaralandığını düşünsələr də, sonradan məlum olmuşdur ki, tökülən qan kralın döyüşdə öldürdüyü düşmənlərinə aid qandır.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Battle of Ertsukhi". military.wikia.org. 2021-10-18 tarixində arxivləşdirilib.
- ↑ "Battle of Ertsukhi". timesofindia.indiatimes.com. 2020-12-11 tarixində arxivləşdirilib.
- ↑ "Kartlis Tskhovreba" (PDF). 2015-02-04 tarixində orijinalından (PDF) arxivləşdirilib.The Georgian Chronicles, Chapter 6, pg 346.