Ermenistan Demir Yollari - Wikipedia
Ermənistan dəmir yolları (erm. Հայկական երկաթուղի) dəmir yolu şəbəkəsi olaraq Ermənistanın 10 mərzindən 9-nu əhatə edir. Hazırda "Cənubi-Qafqaz dəmir yolu" idarəsinin nəzarətindədir (erm. Հարավկովկասյան Երկաթուղի).
Yaradılma tarixi
redaktə1991-ci ildə təşkil olunan Ermənistan dəmir yolları əsasən Cənubi Qafqaz dəmir yolları ilə Azərbaycan dəmir yollarının balansında olan dəmir yol xəttlərinin hesabına yaradılmışdır. Dəmir yollarının Azərbaycan, Gürcüstan və Türkiyə çıxışı vardır. Dəmir yolu xətti əvvəllər üç istiqamətdən hərəkət edərək Rusiyaya çıxış əldə edə bilirdi. Abxaziya ilə yaranan konflikdən sonra Gürcüstan vastəsi ilə Rusiyaya çıxış qapanmışdır. Ermənistanla Azərbaycan arasında hələ 1988-ci ildən başlanan konflikdən etibarən isə Dilican Qazax istiqamətində dəmir yolu 1989-cu ildən tamamən fəaliyyətini dayandırmışdır. Bu xətt demək olar ki, bütünlüklə sökülmüşdür. Ermənistanın cənubundan keçən Mincivan-Mehri-Culfa dəmir yolu Qarabağ müharibəsi zamanı öz fəaliyyətini tamamən dayandırır. Bir müddət sonra Azərbaycan vəsaiti hesabına inşa edilmiş bu xəttin Metri isiqamətindən keçən hissəsi tamamən sökülmüşdür. Üstəlik Qafandan Mincivan istiqamətində gələn xəttdə tamamən fəaliyyətini dayandırmışdır. Sədərəkdən İrəvan istiqamətində mövcud olmuş xətt isə əhəmiyyətini Ermənistanın işğalçı siyasəti səbəbindən itirmişdir.
Bu günkü vəziyyət
redaktəCənubi Qafqaz dəmir yolları ASC
redaktə13 fevral 2008-ci ildə İrəvanda "Ermənistan dəmir yolları" MMC 100% Rusiya dəmir yolları MMC törəmə qolu olan Cənubi Qafqaz dəmir yolları ASC balansına verilmişdir. Bu şirkət bir sıra öhdəliklər götürmüşdür:
- — Uzunmüddətli effektivliyi və maliyyə qayanaqlığının artırılması;
- — Xidmətlərin keyfiyyətinin artırılması;
- — Ermənistan ərazisində nəqliytatın imkanlarının artırılması;
- — Avropa və Asiya üzrə maşrutların genişləndirilməsi. Yük daşımanın artırılması, mövcud infrastrukturun yeniilənməsi, təhlükəsizliyin təmin edilməsi. Ümumilikdə Cənubi Qafqaz dəmir yolları şirkətində 4200 nəfər çalışır[1]. Şirkətdə orta əmək haqqı 115 min dramdır.
Şəhər ətrafı xətlər
redaktə8 dekabr 2015 ilə olan məlumata görə Ermənistanda aşağıdanı Elektrik vaqonlar fəaliyyət göstərir:
- İrəvan — Gümrü (3 çüt)
- İrəvan — Araz (1 çüt)
- İrəvan — Ararat (1 çüt)
- İrəvan — Erask (1 çüt). Bu xəttlər günlük fəaliyyət göstərir və dörd vaqondan ibarət olurlar.
Statistik informasiya
redaktə2008-ci ilə olan məlumata görə şirkət itkilərlə işləyir[2].
Ermənistanda ümumi dəmir yollarının uzunluğu 1328,6 km, əsas yolların uzunluğu isə 780 km təşkil edir. İllik yük daşıma qabiliyəti 50 milyon tondur. 5,5 milyon sərnişinə xidmət edə bilər.
"Cənubi Qafqaz dəmir yolları" ASC balansında olan 728 kilometrlik dəmir yolu tamamən elektrikləşdirilmişdir.
Şirkətin balansında 75 stansiya vardır. Ölkəyə dörd keçid mövcud olsa da, cəmi biri açıqdır:
- Ayrım — Sadaxlı (Gürcüstan)
- Axuryan — Doğuqapı (Türkiyə) — işləmir,
- Erasx — Vəlidağ Azərbaycan — 1989-cu ildən fəaliyyəti dayandırılmış və tamamən sökülmüşdür.
- İcevan — Barxudarlı Azərbaycan — 1989-cu ildən fəaliyyəti dayandırılmış və tamamən sökülmüşdür.
Dəmir yolu xəttləri və imkanları:
- əsas yolların uzunluğu 780 km, 2,56 % yol iki xətlidir;
- Elektrikləşdirilmiş dəmir dəmir yolu xətti 98 %; 3,3;
- yük vaqonlarının sayı 2035;
- elektrovozlar 49 (ВЛ8–18, ВЛ10–31)
- sərnişin vaqonlarının sayı 158;
- teplovozların sayı 55.
Ermənistan — İran müştərək layihə
redaktəHədəf İran və Ermənistan dəmir yollarının birləşdirilməsidir. İran öz məhsullarını Qara dənizə çıxarmaq üçün alternativ yollar axtardığından bu variatı işləyib hazırlamışlar[3] Bu xəttin uzunluğundan asılı olaraq kayihənin qiyməti $1 – 2 milyard qiymətləndirilir[3][4][5][6][7][8][9]
İstinadlar
redaktə- ↑ "«Cənubi Qafqaz dəmir yolları» ASC: Ermənistanın ümummilli nəqliyyat komoaniyası". 2013-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-25.
- ↑ "«Cənubi Qafqaz dəmir yolları» monopoliyadır". ИА Regnum. 2009-03-07. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-08.
- ↑ 1 2 "İran və Ermənistan dəmir yollarını birləşdirir". 2009-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-25.
- ↑ "Dəmir yolunun tikinti ilə bağlı erməni-rus-iran üçtətəfli işçi qrupu iyulda görüşür". 2013-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-25.
- ↑ "İran-Ermənistan dəmiryolu xətti 1-2 milyard $ olaraq qiymətləndirilir". 2012-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-25.
- ↑ "Ermənistan-İran dəmir yolunun tikintisi ilə əlaqədar işlər iyundan başlanacaq". 2013-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-25.
- ↑ "Rusiya Ermənistan İran dəmir yollarını birləşdirəcək". 2013-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-25.
- ↑ На подготовку железнодорожной магистрали Иран-Армения уже получено $1,5 млн Arxivləşdirilib 2011-08-20 at the Wayback Machine (rus.)
- ↑ "«Asiyaya pəncərə»". 2011-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-25.