Eri Golu - Wikipedia
Eri gölü (ing. Erie [ˈɪri], fr. Érié) — Kanada və ABŞ arasında, Böyük göllər sisteminə daxil göldür. 25 700 km² sahəyə malik olaraq, Göllərin dünyada sahəsinə görə sıralamasında 11-ci yeri tutur. Gölün qərb-cənun-qərb, şərq-şimal-şərq istiqamətində eni 388 kmdən 98 km qədərdir. Gölün sahillərində Miçiqan, Ohayo, Pensilvaniya və Nyu-York ştatları yerləşir.
Eri gölü | |
---|---|
ing. Erie | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 174 m |
Eni | 92 km |
Uzunluğu |
|
Sahil uzunluğu | 1370 km |
Sahəsi | 25,7 min. |
Həcmi | 480 km³ |
Dərin yeri | 64 m |
Orta dərinliyi | 19 m |
Yerləşməsi | |
42°09′03″ şm. e. 81°22′16″ q. u.HGYO | |
Ölkələr | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gölün cənub-qərbində çoxlu ssayda adalar vardır. Suyun temperaturu qışda 0—2 °S, yayda isə 24 °S təşkil edir. Göl dekabrdan mart ayına qədər don olur. Gölə Detroyt, Qrand, Reyzin, Huron, Momi, Sandaski və Kuyahoqa çayları axır. Göldən Niaqara çayı başlayır və Ontario gölünə tökülür. Gölün sahilində Eri, Port-Stenli, Tolido, Monro və Klivlend şəhərləri vardır. Gölün adı erielhonan qəbilələrinin dilində "uzun quyruq" mənasını verir (Puma).
Coğrafiya və hidroqrafiya
redaktəEri gölü dəniz səviyyəsindən təxminən 571 fut (174 m) hündürlükdə yerləşir. Göl 241 mil (388 km) uzunluğu və 57 mil (92 km) genişliyi ilə 25,874 km2 sahəyə malikdir. 63 fut (19 m) orta dərinliyi və 210 fut (64 m) maksimal dərinliyi ilə Böyük göllər içində ən dayazıdır.
Eri gölünün su səviyyəsi digər Böyük Göllərdə olduğu kimi mövsümlərlə də dəyişir. Ümumiyyətlə, ən aşağı səviyyələr yanvar və fevral aylarında, ən yüksəki isə iyun və ya iyulda olur. Orta illik səviyyə uzunmüddətli yağışdan asılı olaraq dəyişir.
Tarix
redaktəAvropalıların əraziyə ilk gəlişinə qədər burada Eri qəbilələri məskən olmuşdular. Fransa və irokenoz müharibəsi zamanı qəbilələr məhv edilir və onların yerinə ottava, ocibe, viandot və minqo qəbilələri köçürülür. Əraziyə gələn ilk avropalı Lui Jole (1669) olmuşdur. Bir müddət sonra ilk fransız məntəqəlıri salınır.
Ekologiya
redaktəGölün özünə məxsus xüsusiyyəti vardır. Belə ki, soyuq hava kütlələri suyu olan gölün üzərindən keçərək qar effekti yaradır.[1] Gölün bu təsiri ancaq göl donarkən baş verir. Böyük göllər arasında ən kiçiyi olması onun digərinə nisbətən daha tez donmasına səbəb olur.[2]
Gölün mikroiqlimi kənt təsərrüfatının inşafına böyük təsir göstərir. Gölün şimal sahilinə zəngin meyvəçilik və tərəvəzçilik rayonunu təşkil edir. Ohaio, Pensilvaniya və Nyu-York ştatları əsas üzümçülük rayonudur.
1960—1970 ci illərdə göldə fosforitlərin miqdarının artımı müşahidə edilmişdir. Buna səbəb göldə olan yosunların məhvi olmuşdur. Bu minvalla göl tədricən ölü gölə çevrilirdi. Bu hall 1970-ci illərin sonlarına qədər davam etmişdir. Sahil xətdinin çirklənməsi aradan qaldırmağa başlanmışdır.
ABŞ və Kanada arasında (1972) imzalanmış müqaviləyə görə fosforitlərin axının azaltmışdır.[3]
İstinadlar
redaktə- ↑ Chris Capella. "Answers: 10 snowiest 'cities' aren't all in New York" (ingilis). USATODAY.com. 2012-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 октября 2008.
- ↑ "What's the physics behind "lake effect snow"?" (ingilis). 2012-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2008.
- ↑ "Lake Erie 'Dead Zone'" (ingilis). 2012-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2008.
Mənbə
redaktə- "Lake Erie Islands Directory" (ingilis). 2012-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 октября 2008.
- "EPA's Great Lakes Atlas" (ingilis). 2012-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 октября 2008.