Entoni Sirli - Wikipedia
Ser Entoni Şirli (d. 1565, İngiltərə krallığı — ö. 1635, Madrid, İspaniya krallığı) — ingilis səyyahlarından biri. Səfəvi imperiyasında da fəaliyyət göstərmiş, I Abbasla yaxın olmuşdur. 1603-cü ildə onun kral I Ceyms tərəfindən həbs edilməsi İngiltərə Nümayəndələr Palatasının özünün imtiyazlarından biri olan və üzvlərinin həbs edilməməsini nəzərdə tutan qanunu qəbul etməsinə yol açdı. Bu qanun Üzr istəmə və Məmnuniyyət Forması (ingiliscə:The Form of Apology and Satisfaction).
Entoni Şirli | |
---|---|
Sir Anthony Shirley | |
1599 – 1602 | |
Monarx | I Abbas |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Viston, Qərbi Sasseks, İngiltərə |
Vəfat tarixi | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], yazıçı, əsgər, şair, səyyah |
Atası | Tomas Şirli |
Anası | Enn Kemp |
Rütbəsi | Admiral |
Elmi fəaliyyəti | |
Elm sahəsi | səyahət[1], ədəbiyyat[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Ailəsi
redaktəEntoni Şirli Ser Tomas Şirli ilə Ser Tomas Kempenin qızı Enn Kempenin evliliyindən dünyaya gəlmişdir. O, Tomas Şirlinin böyük, Ser Robert Şirlinin kiçik qardaşıdır. Onların sağ qalmağı bacarmış 6 bacısı da olmuşdur.[2][3][4][5]
Fəaliyyəti
redaktəOksford Universitetində təhsil alan Şirli ingilis ordusu tərkibində Niderlandda döyüşmüş və Fransannı şimalına edilən 1591-ci il yürüşündə iştirak etmişdir. Şato-Laudran döyüşündə fərqlənən Entoni Şirli daha sonra həyat yoldaşı Frances Vernon ilə qohum olan 2-ci Esseks qrafı Robert Devereuxun tabeliyində döyüşdü; Təxminən bu zaman o, Navarralı Henri (Fransa kralı IV Henrix) tərəfindən cəngavər rütbəsinə layiq görüldü, bu, öz suvereninin narazılığına və qısamüddətli həbsə səbəb olan bir hadisə idi.
1596-cı ildə o, Afrikanın qərb sahilləri boyunca, sonra isə Mərkəzi Amerikaya bir yağmaı ekspedisiyasına qatıldı, o cümlədən bir il sonra İspan Yamaykasına basqın etdi.[6] Entoni Standenə görə, o, Plymouthdan 21 may 1596-cı ildə Esseks qrafının maliyyə yardımı ilə dənizə çıxmışdır, lakin o, daha böyük donanmaya sahib olacağını gözləyirdi.[7] Meydana çıxmış qiyama görə, o, 1597-ci ildə Londona yalnız bir gəmi ilə geri dönmüşdür.
1598-ci ildə o, bir neçə ingilis könüllü ilə İtaliyada Ferrara mülkü üzərində meydana çıxmış mübahisələrə qatılmaq üçün oraya getmişdir, lakin Entoni Venesiyaya çatdığı zaman artıq bu mübahisə həll edilmişdi, buna görə də, o, digərləri ilə birlikdə Səfəvi imperiyasına getmək qərarına gəlirlər. Bu qərarın verilməsinin iki səbəbi va idi. Çünki o, İngiltərə ilə Səfəvilər arasında ticarəti inkişaf etdirmək və qızılbaşları osmanlılara qarşı qızışdırmaq istəyirdi. İstanbulda və Hələbdə pul qazanan Entoni Səfəvi imperiyasında şah tərəfindən çox yaxşı qəbul edildi. Şah I Abbas ona digər xristian tacirlərə verilən bütün hüquqları verdi.
Həmçinin Entoninin qardaşı Robert Şirli 1598-ci ildə Səfəvilər imperiyası ordusunun daha da modernləşdirilməsi və mövcud düşmənlərlə effektiv mübarizə aparılması üçün imperiyaya dəvət edilmişdi. Robert Şirli Səfəvilər imperiyasına böyük qardaşı Entoni Şirli ilə birlikdə gəldi və Entoni imperiyanı tərk edən zaman, Robert 14 nəfər ingilis zabiti ilə birlikdə burada qaldı. 1607-ci ilin fevral ayında Robert Şirli yerli xristian-çərkəz zadəganlarından birinin qızı olan Tereza Sapsonia ilə evlənir.[8] Karmelitlər ordeni tərəfindən vəftiz edildikdən sonra Sapsonia Tereza adını götürmüşdür.[9] Tereza Sapsonia qərb mənbələrində daha çox Xanım Tereza Sapsonia Şirli kimi xatırlanır.
Avropaya Səfəvi elçiliyinin rəhbəri kimi səfəri
redaktəSer Entoni Şirlinin Şah I Abbası inandırması nəticəsində Səfəvi imperiyası 1599-cu ildə Avropa saraylarına böyük elçilik heyəti göndərmişdir. Səfarət heyəti bir səfirdən və onun 4 katibindən ibarət idi. Heyətin səfiri Hüseynəli bəy Bayat, onun birinci katibi Oruc bəy, onun oğlu Sultanəli bəy, Hüseyn Əli bəyin qardaşı oğlu Əliqulu bəy və başqa iki nəfərdən ibarət idi. Heyətə ingilis macərapərəst Ser Antoni Şirli idi.[10][11] O, 1599-cu ilin mayında 25 nəfər başqa ingilislə birlikdə Venesiyadan gəlmiş və Şah I Abbasın sevimlisi olmuşdu.[10] Buna qədər də, İngiltərə ilə Səfəvilər arasında bir neçə əlaqə olmuşdu. Bu əlaqə Kraliça I Yelizavetanın 1562-ci ildə göndərilmiş səfiri Entoni Cenkinson vasitəsiylə olmuşdur.[11]
Heyətin 8 Avropa sarayına səfər etmələri planlanırdı. Bundan başqa, bir xüsusi səfər də planlanmışdı. Beləki, bir nəfər rus çarı Boris Qodunovun sarayında daimi Səfəvi səfiri kimi qalmaq üçün ora gedəcəkdi.[11] Heyət yalnız 3 alman dövləti, italyan və ispan sarayları ilə görüşə bildi. Əvvəlcədən ziyarət etmək üçün nəzərdə tutulmuş Fransa, İngiltərə, Şotlandiya və Polşa saraylarına getmək planı isə yolda olarkən ləğv edildi.[12]
1599-cu ilin iyulunda heyət Həştərxana yola düşdü.[11] Onlar 1599-cu ilin noyabrında Moskvaya çatdılar.[13] Uzun səfərdən sonra, 1600-cü ildə Bohemiyaya, Praqaya çatan heyət, orada imperator Rudolfla görüşüb, qışı oada keçirdilər. 1601-ci ilin yazında Münhenə yola düşən heyət orada keçmiş Bavariya hersoqu II Uilyam ilə görüş keçirdi. Daha sonra İtaliyaya gedib, orada Mantuada Mantua və Montferratın hersoqu olan Vencenzo Qonzaga ilə görüşüldü, lakin səfirlik Osmanlı imperiyasının səfirliyi ilə görüşdüyünü bildirərək Səfəvi elçilərini qəbul etməkdən imtina edən Venesiya doju ilə görüşə bilmədi.[14] Heyətin sonuncu tapşırığı İspan kralı ilə görüşmək idi. İspaniyaya gedən heyət orada III Flipplə görüşdü və ondan Hörmüzə gedə bilmək üçün icazə istədilər. Kral onları Portuqaliya üzərindən dəniz vasitəsiylə İran körfəzinə aparacaq nəqliyyat vasitəsi təmin etdi.[15] Lakin son insidentdə səfirliyin üzvlərindən biri, dindar molla Meridada bir ispan tərəfindən bıçaqlanaraq öldürüldü.[16] Təzminat almaq üçün müzakirələrdən sonra səfirlik 1602-ci ilin əvvəlində Lissabondan Səfəvi imperiyasına yola düşdü.[17]
Avropaya geri dönüşü
redaktəBundan sonra o, şahın nümayəndəsi kimi Avropaya geri döndü və Moskvanı, Praqanı, Romanı ziyarət etdi, lakin ingilis hökuməti ona öz ölkəsinə gəlməyi qadağan etdi. Onun ekspedisiyasının iki üzvü Londona qayıdıb, burada "Ser Entoni Şirlinin Səyahətinin Əsl Hesabatı" (ingiliscə:The True Report of Sir Anthony Shirley's Journey) adlı anonim kitabçanı nəşr etdirdilər. Həmçinin aktyor Vill Kempenin Ser Entoni ilə Romada görüşməsi nəticəsində Şekspirin "On İkinci Gecə" (ingiliscə:Twelfth Night, (1601–02)) əsərində Sofidən (ingiliscə:Sophy)- yəni, Səfəvi şahından bəhs edildi.[18]
1605-ci ildə o, bir müddət Venesiyada həbsdə saxlanıldı və buradan çıxdıqdan sonra Praqaya gedərək Müqəddəs Roma imperatoru II Rudolf tərəfindən Mərakeşə xüsusi missiya ilə göndərildi. Bundan sonra o, Lissabona və Madridə getdi. Bu yerlərdə çox yaxşı qarşılanan Entoni Şirli İspan kralı tərəfindən donanmanın admiralı təyin edildi. İspan admiralı kimi onun xidmət yeri isə Levant ticarət yolları olacaqdı. lakin onun geniş hazırlıqlarının yeganə nəticəsi Mitylen adasına qarşı uğursuz ekspedisiya oldu. Bundan sonra o, komandanlıqdan məhrum edildi. Müqəddəs Roma İmperiyasının qrafı olan Şirli 1635-ci ildən bir müddət sonra Madriddə vəfat etdi.
Şirli 1613-cü ildə özünün Səfəvi imperiyasında başına gələn sərgüzəştlərdən bəhs edən "Ser Entoni Şirli: onun Persiyaya səyahətlərin əlaqəsi" (ingiliscə:Sir Anthony Sherley: his Relation of his Travels into Persia) əsərini yazdı. Bu əsərin əlyazması Oksfordun Bodleyan kitabxanasında saxlamaqdadır. Şirlinin Farsdakı sərgüzəştləri haqqında beş və ya daha çox məlumat mövcuddur və onun 1596-cı ildəki ekspedisiyası haqqında məlumat Riçard Hakluytun Səyahətlər və Kəşflər (1809–1812) (ingiliscə:Voyages and Discoveries) kitabında dərc edilmişdir.
Həmçinin bu mövzu ilə bağlı yazılan əsərlər bunlardır:
- The Three Brothers; Travels and Adventures of Sir Anthony, Sir Robert and Sir Thomas Sherley in Persia, Russia, Turkey and Spain (London, 1825);
- EP Shirley, The Sherley Brothers (1848) və Stemmata Shirleiana (1841, yenidən 1873).
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Pennington, 2004
- ↑ Raiswell I, 2004
- ↑ Raiswell II, 2004
- ↑ Raiswell III, 2004
- ↑ Black, 1975. səh. 43
- ↑ Birch, 1754. səh. 10
- ↑ William Bayne Fisher, Peter Jackson, Lawrence Lockhart. The Cambridge History of Iran, Volume 6 pp 390. Cambridge University Press, 6 feb. 1986 ISBN 0521200946
- ↑ Karen Hearn Van Dyck and Britain pp 54 Tate Pub., 2009 ISBN 1854378589
- ↑ 1 2 Le Strange, Don Juan of Persia, 2004-12-22, səh. 1, ISBN 978-0-415-34488-3, 2022-01-18 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-31
- ↑ 1 2 3 4 Le Strange, Don Juan of Persia, səh. 3
- ↑ Brothers, Harper, Don Juan, 2007, səh. 7, ISBN 978-1-4067-6357-7, 2022-01-18 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-31
- ↑ Le Strange, Don Juan of Persia, səh. 4
- ↑ Le Strange, Don Juan of Persia, səh. 6
- ↑ Le Strange, Don Juan of Persia, səh. 8
- ↑ Le Strange, Don Juan of Persia, 8–9
- ↑ Le Strange, Don Juan of Persia, səh. 9
- ↑ Mahood. səh. 21
Mənbə
redaktə- C.V. Black. A History of Jamaica. 1975.
- Thomas Birch. Memoirs of the Reign of Queen Elizabeth. 2. London. 1754.
- Molly Maureen Mahood. Twelfth Night - Introduction. Penguin Classics.
- O'Sullivan, Dan. An Elizabethan Adventurer: The Remarkable Life of Sir Anthony Sherley. Pen and Sword History. 2021. ISBN 9781399007450.
- Janet Pennington. Sherley, Sir Thomas (c.1542–1612). Oxford Dictionary of National Biography - Oxford University Press. 2004.
- Richard Raiswell. Sherley, Sir Thomas (1564–1633/4). Oxford: Oxford Dictionary of National Biography (online ed.). Oxford University Press. 2004.
- Richard Raiswell. Sherley, Anthony, Count Sherley in the nobility of the Holy Roman empire (1565–1636?). Oxford: Oxford Dictionary of National Biography (online ed.). Oxford University Press. 2004.
- Richard Raiswell. Shirley, Sir Robert, Count Shirley in the papal nobility (c.1581–1628). Oxford: Oxford Dictionary of National Biography (online ed.). Oxford University Press. 2004.