Emili Dikinson - Wikipedia
Emili Dikinson (ing. Emily Elizabeth Dickinson; 10 dekabr 1830[1][2][…] – 15 may 1886[1][2][…]) —Amerika şairi.
Emili Dikinson | |
---|---|
ing. Emily Elizabeth Dickinson | |
Doğum tarixi | |
Doğum yeri | Amarest, Massaçusets |
Vəfat tarixi | (55 yaşında) |
Fəaliyyəti | yazıçı, şair, gardener |
emilydickinson.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəEmili Elizabet Dikinson (Emily Elizabeth Dickinson)- 10 Dekabr, 1830-cu ildə anadan olmuş Amerikalı şairədir. Atası öz ətrafında olduqca tanınmış bir vəkil və siyasətçi olan Edward Dickinson (1803–1874), anası isə Emily Norcross Dickinsondur (1804–1882). Emilinin babası Samuel Fowler də, təhsil sahəsində böyük töhfələr vermiş biri kimi qeyd edilir. Belə ki O, bir neçə məktəbin qurulmasında rol oynamışdır. Olduqca ziyalı və təhsilə əhəmiyyət verən bir ailədə dünyaya gəlməsi, Emilinin və ailənin digər 2 övladının da təhsilinin, dövrün standart təhsil səviyyəsindən yüksək olmasınına kömək etmişdir. William Austin Dickinson vəkil (1829–1895), Lavinia Norcross Dickinson isə şairə kimi fəaliyyət göstərirdi (1833–1899). Həmçinin Emili də, o zamana görə yüksək sayılacaq bir təhsilə yiyələnmişdi. Amherst akademiyası, eyni zamanda Mount Holyoke Qadın seminariyası onun təhsil aldığı mərkəzlər idi. Şeir sənətinə olan marağı və ruhunda var olan istedadı onu kiçik yaşlarından müxtəlif şeirlər qələmə almağa yönəldirdi. Dövrün bir çox şairlərinin əksinə, yaradıcılığı boyunca tanınmışlıq və şöhrət ondan yan keçmişdir. Belə ki, sağlığında, anonim adı altında sədəcə 7 şeiri işıq üzü görmüşdür. Emilinin varlığı üzərindəki bu kölgə, onun öz iradəsiylə seçdiyi həyat tərzindən qaynaqlanırdı. Belə ki O, bir çoxlarının əksinə öz yaradıcılığını göz önünə sərməyə çalışmamış, daha çox öz daxili dünyası üçün yazıb yaratmışdır. Odur ki, gənc yaşda evinə qapanaraq, könüllü məhkumiyyət həyatı yaşamış və ömrü boyunca da, çox nadir hallarda evindən bayıra çıxmışdır. Şairənin, vəfatından sonra bacısı tərəfindən qıfıllı bir sandıqcada 2000-ə yaxın şeir nüsxələri aşkarlanmışdır. Bu əlyazmalar daha sonra, 1890-cı ildə tək cild halında bir şeir kitabı olaraq nəşr edilmişdir. Məhz bu kitab Emiliyə layiqi olduğu oxucu sevgisini və şöhrəti qazandırmışdır. Təəssüf ki, bu zaman artıq onun vəfatından 4 il keçirdi. Gözəl zahiri görünüşü, bariz ədəbi istedadı və yaşadığı zamanda tanına bilmə imkanı olmasına baxmayaraq, onun nə üçün qapalı həyat tərzini seçdiyi yəqin olaraq bilinmir. Bu yöndə bir çox fərziyələr irəli sürülsə də, daha çox nakam bir məhəbbət hekayəsi ehtimalı üzərində durulmuş, Emilinin həyatı boyunca evlənməməsi də bu ehtimalı qüvvətləndirmişdir, fəqət səbəb hər nə olursa olsun, bu sadəcə əhəmiyyətsiz bir təfərruatdır. Əsas olan şairənin ortaya qoyduğu özünəməxsus və fərqli bir dərinliyə səhib əsərləridir. Görünür O, ruhunun azadlığını cisminin dustaqlığında görürmüş. Odur ki, dünyaya qapılarnı açmaq yerinə, öz qapalı otağında yeni bir dünya yaradıb, orada yaşamağı seçdi. Ta ki, 15 may 1886-cı ildə, 55 yaşında olarkən bu otağa ölüm girənədək.
Yaradıcılığı
redaktəSağlığında cəmi 7 şeiri çap olunan şairənin yaradıcılığı indi tanınmış universitetlərdə müzakirə və dərs mövzusudur.
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Emily Dickinson // Internet Broadway Database (ing.). 2000.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Dickinson Electronic Archives
- Profile and poems of Emily Dickinson, including audio files, at the Poetry Foundation.
- Emily Dickinson Lexicon
- Emily Dickinson at Modern American Poetry
- Emily Dickinson International Society
- Emily Dickinson Museum The Homestead and the Evergreens, Amherst, Massachusetts
- Emily Dickinson Collection, Amherst College Archives and Special Collections
- Emily Dickinson Collection Arxivləşdirilib 2011-08-07 at the Wayback Machine at Houghton Library Arxivləşdirilib 2011-11-21 at the Wayback Machine, Harvard University