Elpida Karamandi - Wikipedia
Elpida Karamandi[1] (mak. Елпида Ставре Караманди, rum. Elpida Stavre Karamandi) — aromunəsilli makedon partizan, Yuqoslaviya Xalq Qurtuluş Müharibəsi iştirakçısı, Yuqoslaviyanın Xalq Qəhrəmanı.
Elpida Karamandi | |
---|---|
Doğum tarixi | 1 yanvar 1920 |
Doğum yeri |
|
Vəfat tarixi | 3 may 1942 (22 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | partizan |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktə1920-ci il yanvarın 1-də Florinada anadan olub. Kiçik yaşlarında anası ilə birlikdə Bitolaya köçür və orada orta məktəbi bitirir. Məktəbdə oxuyarkən siyasi fəaliyyətlə məşğul olur, ədəbi dərnəyin üzvü kimi fəaliyyət göstərir. O, təbliğat vərəqələri paylayır, tez-tez "Zbor" Yuqoslaviya Xalq Hərəkatı ilə münaqişəyə girir. O, Bitola gəncləri arasında ən məşhur siyasi fəallardan biri hesab olunurdu.
1938-ci ildə Karamandi Belqrada oxumağa gedir, sinif yoldaşları ilə birlikdə inqilabi hərəkata qoşulur. 1939-cu ildə Yuqoslaviya Kommunist Gəncləri İttifaqına qəbul olunub.
Partizan hərəkatı
redaktəAlmanların Yuqoslaviyaya hücumundan sonra partizan sıralarına qoşulur, 1941-ci ilin iyununda Yuqoslaviya Kommunistlər İttifaqına qəbul edilir. O, partiyanın tapşırıqlarını yerinə yetirən partizan qruplarına rəhbərlik edən Bitolanın partizan gizli dəstəsinin lideri olur. Bolqarıstan polisi tezliklə Elpidanı həbs edir, lakin uğursuz sorğu-suallardan sonra Elpidanı buraxırlar. Bununla belə onu izləməyə davam edirlər.
Karamandi qeyri leqal fəaliyyətə keçməyə məcbur oldu ki, bu da onun imkanlarını məhdudlaşdırır. 1942-ci ilin yanvarında Kommunist Gənclər İttifaqının Makedoniya rayon komitəsinə daxil olur. Aprel ayında Bitola partizan dəstəsi "Pelister"ə qoşulur.
Əsirlik və işgəncə
redaktə3 may 1942-ci ildə Bolqarıstan ordusu və polis bölmələri tərəfindən mühasirəyə alınır. Mübarizə zamanı Elpida əlamətdar şücaət göstərmiş, bolqar ordusunun bir neçə əsgər və zabitini məhv etmiş, lakin pulemyotçu tərəfindən ağır yaralanmış və əsir düşmüşdür. Çoxsaylı yaralar və döyülmələr nəticəsində o, döyüş yoldaşlarına xəyanət etmədən dünyasını dəyişib.
O, ölümündən sonra 11 oktyabr 1951-ci ildə Yuqoslaviyanın Xalq Qəhrəmanı adına layiq görülüb[2].
İstinadlar
redaktə- ↑ Загинати во Народноослободителната и Антифашистичка војна на Македонија од 1941 до 1945 година, стр 1 Arxivləşdirilib 2013-12-25 at the Wayback Machine (maked.)
- ↑ "Колектив, Значајни личности за Битола, НУУБ „Св. Климент Охридски", Битоля, 2007, стр.88". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-29.
Mənbə
redaktə- Cyber Macedonia: Elpida Karamandi (ing.)
- Narodni heroji Jugoslavije (xorv.)
- Битола турист инфо (maked.)