Elf Dilleri Orta Dunya - Wikipedia
Elf dilləri – Con Tolkin tərəfindən Orta Dünya kainatı üçün yaradılmış süni dillər. Elflər tərəfindən danışılır. Qulağa melodik gəlməsi ilə populyar olmuşdur.[1]
Elf dilləri bir dil ailəsidir. Bu dil ailəsinin 15 dili var və onlar arasında əhəmiyyətli fərqliliklər var. Elf dil ailəsindəki bütün dillər ibtidai kvendi adlı qədim elf dilindən törənmişdir. Elflər fərqli coğrafiyaya yayıldıqca yeni dialekt və dillər ortaya çıxmışdır. Hətta Elf dilləri ailəsi ağacı belə mövcuddur və bu dillərin qohumluq əlaqələrini göstərir. Məlum olan elf dilləri Avarin, Kvenya, Telerin, Nandorin, Sindarin, Qoldoqrin və İlkorindir. Xüsusilə Kvenya[ing.] və Sindarin[ing.] dilləri daha populyardır. Bütün bu dillərin özünməxsus dialektləri var. Tolkin həmçinin elf dilləri üçün 7 yazı sistemi yaratmışdır və bunlardan 3-ü daha populyardır: Sarati, Tenqvar və Kirt.[1]
Sindarin Beleriandın boz elflərinin dilidir. Kvenya isə daha qədim dildir. Hətta Sindarin ondan törəmişdir. Dənizarxasında yaşayan elflər antik zamanlarda əsasən kvenyaca danışmışdırlar.[1]
Elf dillərində cümlələrin quruluşu ingilis dilində olduğu kimi mübtəda + xəbər + tamamlıq şəklindədir. Eyni zamanda cümlənin xəbəri mənsubiyyətə görə dəyişir. Cümlə üzvlərinin yerini dəyişmək cümlənin mənasını dəyişmir. Kvenya dilində cəm və tək anlayışı ilə yanaşı, cəm və cüt anlayışı da var. Sifətlər isə həm qaydasız, həm qaydalı ola bilər. Fellərin mənsubiyyət və hala görə dəyişməsi isə həmişə qaydalıdır.[1]
Elf dili söz ehtiyatına görə zəngin dildir. 2008-ci ilin məlumatına görə bu dildəki sözlərin sayı 25.000-dən çoxdur.[1]
Tenqvar Feanor tərəfindən ixtira olunmuş bir yazı sistemidir. Əvvəlcə təkcə Kvenya dili üçün istifadə olunsa da, digər elf dillərinin nümayəndələri də bu əlifbanı seçmişdirlər. Hətta Sauron Tək üzüyün üstünə yazı yazarkən Tenqvardan istifadə etmişdir. Tenqvar 26 hərfdən ibarət əlifbadır. Ərəb dilində olduğu kimi saitlər yoxdur. Saitlər xüsusi işarələrlə göstərilir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "Fantastik Dünyaların Fantastik Dilleri". Kayıp Rıhtım (türkcə). 7 yanvar 2018. 2019-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2019.