Dyoma Cayi - Wikipedia
Dyoma (başq. Dim dinlə; həmçinin başq. Күгиҙел[1]) —Başqırdıstan və Orenburq vilayəti ilə axaraq Ağidel çayına tökülən çay.
Dyoma çayı | |
---|---|
başq. Дим | |
Ölkələr | |
Mənsəbi | Ağidel |
Uzunluğu | 535 km |
Meyilliyi | 35 m/km |
Su sərfi | 35 m³/s |
Hövzəsinin sahəsi | 12800 km² |
|
|
DSR[rus.] | 10010201312111100024137 |
Vikianbarda əlaqəli mediafayllar |
Etimalogiya
redaktəА. А. Kamalovun fərziyyəsinə görə Dyoma sözü başqısdcada Dim sözündən götürülmüş, «çayın dərin yeri»[2][3] mənasını verir. Çayın digər adı Kuk-idel (başq. Күгиҙел) olaraq adı çəkilir. Mənası «göy çay» mənasını verir. Bu isə «rəng + çay» sistemi üzrə müşahidə edilən digər adlardan fərqlənir. Belə ki, Başqısdıstan ərazisində Ağ çay və Qara çay çay adı ilə çaylar olsa da, səma rənginə uyğun digərinə rast gəlinmir. Bununla belə digər türk ölkələrinin ərazisində o cümlədən vətənimizdə bu adlı çay vardır[4]
Axını
redaktəÇay başlanğıcını Obşiy Sırt yüksəkliyindən, Başqırdstanın Fyodorov rayonu Alyomşkin kəndinin 2 km şimal-şərqindən başlayır. Çay sonradan Oreberq vilayəti ərazisinə keçir. Uzunluğu 535 km, hövzəsinin sahəsi 12 800 km² təşkil edir. Mənsəbdə su sərfiyyatı 35 m³/san-dir. Çay sonradan düzənlik ərazisinə keçir. Burada Davlekanovo şəhəri yerləşir.
Oberburq vilayətində çaya 28 axar tökülür. Onların 11 uzunluğu 10 kilometri keçir. Əsas qolları: Balşoy İzyak (496-cı km. uzunluğu 58 km), Tyater (465-ci km, uzunluğu 91 km), Sadak (407-ci km, 74 km)
Çay Belaya çayına sağdan Ufa yaxınlığında yerləşən Dyomski rayonu ərazisində tökülür.
Qolları
redaktəMənsəbi
redaktəÇayın hazırkı mənsəbi insanlar tərəfindən yönləndirilmişdir. XIX əsrin sonlarında Belsko dəmiryolu körpüsünün inşası məqsədi ilə axının istiqaməti dəyişdirilmişdir.
Köhnə mənsəb körpüdən 6–7 km aralıda, Zaton rayonunun Romanovka kəndi yaxınlığında yerləşirdi. Köhnə mənsəbə gedən yataqda haxırda çoxlu göllər vardır (Axmazlar)[5].
-
Belaya çayının hövzəsi
İstinadlar
redaktə- ↑ Статья в Башкирской энциклопедии Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine (başq.)
- ↑ Словарь топонимов Республики Башкортостан. Уфа: Китап, 2002. — 256 с. — С.63.
- ↑ Матвеев А. К. Географические названия Урала: Топонимический словарь. — Екатеринбург: ИД «Сократ», 2008. — 352 с.— С.77.
- ↑ Ономастика Востока. Институт востоковедения АН СССР, Институт этнографии имени Н. Н. Миклухо-Маклая, Изд-во «Наука», Глав. ред. восточной лит-ры, 1980, стр. 99
- ↑ "Vadim Maruşin. Ufa yaxın və uzaq". 2019-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-03.
Mənbə
redaktə- Балков В. А. Водные ресурсы Башкирии. Уфа, 1978.
- Dyoma[ölü keçid]
- Başqırtıstan: Qısa ensiklopediya Arxivləşdirilib 2013-09-06 at the Wayback Machine
- Başqırt eksiklopediyası Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine (başq.)