Donald Tredqold - Wikipedia
Donald Tredqold (ing. Donald W. Treadgold; 24 noyabr 1922, Silverton[d], Oreqon[2][1] – 13 dekabr 1994[1]) — ABŞ tarixçisi, slavyanşünas və sovetoloq. Slavyan, Şərqi Avropa və Avrasiya Araşdırmaları Assosiasiyasının prezidenti (1977).
Donald Tredqold | |
---|---|
ing. Donald W. Treadgold | |
Doğum tarixi | 24 noyabr 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 13 dekabr 1994[1] (72 yaşında) |
Elmi adı | |
Təhsili |
Fəaliyyəti
redaktə1943-cü ildə Oreqon Universitetini bitirib. 1943–1946-cı illərdə Avropada orduda xidmət edib, hərbi kəşfiyyatda kapitan rütbəsinə qədər yüksəlib. O, 1947-ci ildə Harvard Universitetində magistr dərəcəsi, üç il sonra isə Oksford Universitetində tarix üzrə doktorluq dərəcəsi alıb. 1949-cu ildə o, Vaşinqton Universitetinə daxil olub, 1993-cü ilin iyun ayının sonunda oradan ayrılıb. On il Tarix kafedrasına rəhbərlik etmişdir. Slavyan, Şərqi Avropa və Avrasiya Araşdırmaları Assosiasiyasının prezidenti (1977). 1968–1975-ci illərdə "Slavyan icmalı" (ing. Slavic Review) jurnalının redaktoru olmuşdur.
Əsərləri
redaktə- Lenin and His Rivals: The Strungle for Russia's Future 1898-1906 (1955);
- The Great Siberian Migration (1957; 1976, ikinci nəşri);
- Twentieth Century Russia (1959);
- The Development of the USSR (1964);
- Soviet and Chinese Communism (1967);
- The West in Russia and China (1973; 1985, ikinci nəşri);
- A History of Christianity (1979);
- Gorbachev and the Soviet Future (1988; həmmüəllif);
- Freedom: A History (1990);
- Byzantium and Its Army, 284-1081 (1995);
- The Treadgold Papers in Russian, East European, and Central Asian Studies (2003).