Don Comcexulu - Wikipedia
Don çömçəxulu (lat. Benthophilus durrelli) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Növün latın adı ingilis naturalisti və yazıçısı Cerald Durrellin şərəfinə adlandırılmışdır.
Don çömçəxulu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Don çömçəxulu |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Təsviri
redaktə2004-cü ilə qədər Ulduzlu çömçəxul olaraq hesab edilirdi. Halbuki analoji növün bel üzgəci don çömçəxuluna nisbətdə daha arxada yerləşir.
Uzunluğu 6,6 sm təşkil edir. Ətraflarında üç tünd ləkə vardır. Onlardan birincisi belində yerləşir. Ensiz, yarımdairəvi formadadır. Bel üzgəcində çoxlu ləkələr olur. onurğasında fəqərələrinin sayı 28-29-dir.
Arealı və yaşayış ərazisi
redaktəDon çömçəxulu Rusiyanın avropa hissəinin endemik canlısıdır. Təbii arealı Don çayının aşağı axarları, Simlyansk su anbarından Taqanroq körfəzinə, Manış çayı da daxil olmaqla Manıç-Qudilo gölü. Əsasən çşirinsulu əraziləri, çay mənsəblərini üstün tuturlar. hansı ki, burada suyun duzluğu 3 ‰ təşkil edir. Azov dənizinə daxil olmurlar. Volqa-Don kanalı istifadəyə verildikdən sonra Volqa çayına krevetlərin araxasınca köç etmişlər. Kama çayının yuxarı axarlarına kimi yayılmışlar. Dib balıqları olduğundan lilli və qumlu dibi olan ərazilərdə yaşayır.
Xüsusiyyətləri
redaktəKürüləmə dövrü may-avqust ayları baş tutur. kürüləmədən sonra balıqlar ölür. Kiçik molyusklar, xərçəngkimilər və həşərat qurdları ilə qidalanır. Orta ömür müddəti bir ilə yaxındır.