Diyarbekir Qalasi - Wikipedia
Diyarbəkir qalası ― Türkiyədə, Diyarbəkir ilinin Sur ilçəsində yerləşən qala. Diyarbəki qalası "daxili qala" və "xarici qala" adlandırılan iki hissədən ibarətdir.[1]
Diyarbəkir qalası | |
Diyarbakır Fortress and Hevsel Gardens Cultural Landscape [* 1] | |
Ölkə | |
---|---|
Tip | Mədəni |
Kriteriya | (iv) |
Keçid | 1488 |
Daxil edilməsi | 2015 (39 sessiya) |
|
|
Qalanın əsas qapıları Dağ qapısı, Urfa qapısı, Mardin qapısı və Yeni qapıdır.[1] Eramızın dördüncü əsrinin ortalarında imperator II Konstansi tərəfindən inşa edilmiş qalanın divarları köhnə Roma şəhəri Amidadan gətirilmişdir. Erməni tarixçi Movses Xorenlinin fikrincə, Amid-Diyarbəkir bölgəsinin istehkamları və güclü divarları eramızdan əvvəl VI əsrin ortalarında Yervanduni (Orontid) sülaləsinin kralı Tiqranesin hakimiyyəti dövründə inşa edilmişdir. Bu divarlar Böyük Çin səddindən sonra dünyanın ən geniş və ən uzun müdafiə divarlarıdır.[2][3]
UNESCO tikilini 2000-ci il tarixli siyahısına əlavə etmiş[1] və qala 2015-ci ildə Hevsel bağları ilə birlikdə Ümumdünya İrsi siyahısına daxil edilmişdir.
Qalanın divarları 2023-cü ildə Kahramanmaraş zəlzələlərində ziyan görmüşdür.
Qoruma
redaktəQala divarlarının Feridun Çelikin bələdiyyə başçılığı dövründə başlayan böyük bərpası 2000–2007-ci illərdə davam etmişdir. Bu dövrdə birbaşa divar üzərində tikilmiş binalar yıxıldı, divarlar təmizləndi və divarların yanında park quruldu.[4] Divarlar və qala özü vaxtilə Böyük Çin səddi ilə müqayisə olunsa da,[5] 2015-ci il ərzində baş verən müharibələr nəticəsində qala divarları məscid, iki kilsə və bir çox mülki şəxsin evləri ilə birlikdə çökdü və bəzi hissələri tamamilə məhv oldu.[6]
Müharibə müddətində Türkiyə hökuməti və UNESCO birlikdə şəhərin bir hissəsinin dağıdılması ilə başlayaraq iki il ərzində başa çatdırmaq niyyətində olduqları yenidənqurma və qoruma səylərinə başladı.[6][7] 4 iyul 2015-ci il tarixində UNESCO Qala və Hevsel bağlarını UNESCO-nun Ümumdünya irsi siyahısına əlavə etdi.[8] Bu dövrdə Türkiyənin Baş naziri şəhər divarlarını Parisin divarlarına bənzər formada, turizm cazibəsi olaraq yenidən qurma planlarından bəhs etmiş və bu Diyarbakırda xeyli mübahisəyə səbəb olmuşdu. Bəzi yerli sakinlər qədim mədəniyyət irslərini itirəcəklərini iddia edirdirlər.[6]
Memarlıq
redaktəDiyarbəkir qalası daş və qara bazaltdan tikilmiş və saysız-hesabsız təmir işlərindən keçmişdir. Strukturun 2000 il ərzində nisbətən bütöv qalmasının səbəbi bazaltın son dərəcə davamlı olmasıdır. Diyarbakır şəhərinin tarixindən xəbər verən yazıları ehtiva edən daxili divarlar müdafiə funksiyasını yerinə yetirmişdir.[9]
Tikinti
redaktəDiyarbəkir qalası ilk dəfə 297-ci ildə Romalılar tərəfindən inşa edilmişdir. 349-cu ildə İmperator II Konstansinin əmri ilə divarlar əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Divarlar növbəti 1 500 il ərzində daha da genişləndirildi və ətrafdakı vulkanik qayalardan istifadə edilərək möhkəmləndirildi. Divarlarda dörd əsas qapı və 82 saat qülləsi var.[10] Diyarbəkirdəki qüllələr əsasən Romalılar tərəfindən tikilmiş və 15 və 16-cı əsrlərdə şəhəri ələ keçirən Osmanlılar tərəfindən yenidən qurulmuşdur. Səfəvilərin Diyarbəkirdə məğlubiyyəti zamanı Osmanlılar toplardan istifadə edərək divarları dağıtmış[10] və bu səbəbdən yenidən tikilməli olmuşdur. Bu gün divarların böyük hissəsi qüsursuzdur və köhnə şəhərin ətrafında 3 mil uzunluğunda dairə təşkil edir. Divarların hündürlüyü 33 futdan çox, qalınlığı isə 10–16 futdur.[10] 1930-cu ildə divarın bir hissəsi yıxılmışdır.[11]
Tarix
redaktəDiyarbəkir qalası uzunluğu 53 metrə qədər olan Diyarbəkir şəhər divarları da daxil olmaqla, Roma və Osmanlı dövrlərində tikilmiş, istifadə edilmiş və yenidən qurulmuşdur. Divarlar Hurri, Midiya, Erməni, Roma, Sasani, Bizans, Mərvani, Əyyubi və Osmanlı dövrlərinə aid qalıqlar da daxil olmaqla müxtəlif tarixi dövrlərə aid təxminən 63 kitabəni ehtiva edir.[12] Bu yaxınlarda Türk ordusu ilə Kürd partizanları arasında baş vermiş müharibə qala və ətrafındakı abidələrə ziyan vurması ilə nəticələnmiş və hökumətin Diyarbəkir bölgəsinə turist cəlb etmək məqsədi ilə tarixi qalanı qorumaq planlarını pozmuşdur.[13]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 "Diyarbakır Kalesi ve Surları (Diyarbakır)" Arxiv surəti 1 sentyabr 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-09-01 at the Wayback Machine. (ing.)
- ↑ "Diyarbakır Surları" Arxiv surəti 23 may 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-05-23 at the Wayback Machine.
- ↑ "Surlar" Arxiv surəti 2 sentyabr 2018 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2018-09-02 at the Wayback Machine.
- ↑ Watts, Nicole F. Activists in Office: Kurdish Politics and Protest in Turkey (ingilis). University of Washington Press. 2011-07-01. 155. ISBN 9780295800820.
- ↑ "Diyarbakir". allaboutturkey.com. 2019-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
- ↑ 1 2 3 "Heartbreak in Turkey's Diyarbakır as development transforms ancient Sur". al-monitor.com. November 21, 2017. August 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 27, 2021.
- ↑ "Historic Structures damaged in Diyarbakır". hurriyetdailynews.com. October 7, 2015. February 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 27, 2021.
- ↑ Centre, UNESCO World Heritage. "Sites in Denmark, France and Turkey inscribed on UNESCO's World Heritage List". UNESCO World Heritage Centre (ingilis). 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.
- ↑ Halifeoglu, Fatma Meral. "Castle architecture in Anatolia: Fortifications of Diyarbakir". Frontiers of Architectural Research (ingilis). 2 (2). 2013-06-01: 209–221. doi:10.1016/j.foar.2013.04.003. ISSN 2095-2635.
- ↑ 1 2 3 "Diyarbakir City Walls - The Kurdish Project". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
- ↑ Centre, UNESCO World Heritage. "Diyarbakır Fortress and Hevsel Gardens Cultural Landscape". UNESCO World Heritage Centre (ingilis). 2020-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.
- ↑ "Diyarbakır Fortress and Hevsel Gardens Cultural Landscape (2015) | EBRULI TOURISM- IZMIR-TURKEY". www.ebruliturizm.com (ingilis). 2019-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-14.
- ↑ "no return from damage". Rudaw. July 14, 2016. February 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 14, 2018.