Dinamo Xokkey Klubu Riqa - Wikipedia
«Dinamo» Riqa hokkey klubu (latış. «Dinamo» Rīga) — Latviyanın Riqa şəhərində fəaliyyət göstərmiş hokkey klubu. Klub 1946-cı ildə təşkil edilmişdir. 1995-ci ildə isə fəaliyyətini dayandırmışdır.
Riqada şayba ilə hokkeyin tarixi
redaktəLatviyada hokkey ənənləələri XX əsrin əvvəllərində meydana gəlmişdir. Riqada Rudiya imperiyası tarixində ilk dəfə 1908-ci ildə kanada hokkeyi üzrə «Yunion» və Atıcı parkı[1] arasında görüş baş tutmuşdur. 1930/1931-il mövsümündə isə Latviyanın ilk çempionatı keçirilmişdir. Burada «Yunion», «Vanderer» və «Yuniversitates Sport» klubları iştirak edirdi.
Klubun tarixi
redaktə1946-ci ildə hokkey üzrə SSRİ cempionatında Riqada Dinamo klubu təşkil edilmişdir. İlk yarışında klub dördüncü yeri tutmuşdur. 1947/1948 mövsümlərdə klub ilk üçlükdən kənarda qalır. Sonrakı on il ərzində klub «Dauqava» adı ilə turnirin orta səviyyəli klubu olmuşdur. 1957/1958 mövsümündə çempionatda sonuncu yeri tutur. 1958/1959 mövsümü ikinci qrupda keçirməli olur. Uzun zaman ikinci divizyonun güclü komandalarından biri idi.
1968-ci ildən «Dinamo» klubunu Viktor Vasileviç Tixonov təyin edilir. Onun rəhbərliyi altında 1973-cü ildə klub güçlülər liqasına qayıdır. 1976/1977 mövsümündə SSRİ çempionatında dördüncü yeri tutur. Bundan sonra Tixonov MOİK-dan təklif alaraq klubu tərk edir. 1987/1988 mövsümündə isə klub Vladimir Vladimiroviç Yorzinovun rəhbərliyi ilə ikinci yeri tutur.
SSRİ dağıldıqdan sonra klub «Riqa» adı ilə MDB çempiontında iştirak etmişdir. Bundan sonra bir neçə beynəlxalq yarışlarda iştirak etmişdir. Klub 1995-ci ildə fəaliyyətini dayandırmışdır.
Klubun adı
redaktəKlub dəfələrlə adını dəyişmişdir. Bununla belə mövcudluğu dövrünün böyük qismini «Dinamo» olaraq adlandırılmışdır. 1949—1958 və 1960—1963 illər ərzində «Dauqava», 1958—1960-ci illər ərzində «RVZ» və «Vaqonqayırma», 1963—1991-ci illər ərzində isə «Dinamo» adı ilə fəaliyyət göstərmişdir. 1991 - 1995-ci illər ərzində klub «Riqa», «Riqa Stars» və «Pardauqava» adları ilə fəaliyyət göstərirdi.
Nəticələri
redaktəBaş məşqçiləri
redaktə- Yanis Dobelis (1946—49)
- Edvards Klavs (1949—61)
- Anatoli Yeqorov (1961—62)
- Georgi Kiriloviç Firsov (1962—63)
- Viktor Vasilyeviç Tixonov (1968—77)
- Evald Qrabovski (1977—80, 1989—91)
- Vladimir Vladimiroviç Yorzinov (1980—89)
- Yevgeni Banov (1992)
- Yoris Reps (1992—94)
- Mixail Beskaşnov (1994—95)
- Leonid Arkadyeviç Berensev (1995)
Görüşlər
redaktəMövsüm | Klub | Hesab | |
---|---|---|---|
1988 | Kalqari Fleymz | 2—2 | |
1988 | Edmontob Oylers | 1—2 | |
1988 | Vankuver Kenans | 1—6 | |
1988 | Los-Ancelos Kinqs | 5—3 | |
1989 | Çikaqo Blekhoxs | 1—4 | |
1989 | Sent-Luis Blyoz | 0—5 | |
1989 | Minnesota Nort Straz | 2—1 | |
1989 | Vaşinqton Kepitalz | 1—2 | |
1990 | Monreal Kanadiens | 2—4 |
Mənbə
redaktə- Пять плюс один. Советская эпоха — «Динамо» Рига (rus.)
- Тайны советского хоккея. Рижский период Виктора Тихонова Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (rus.)
- «ЧАСОВЫМ ТЫ ПОСТАВЛЕН У ВОРОТ» Первопроходец Харий Меллупс[ölü keçid] (rus.)
- История «Динамо» Рига (rus.)
- Вспоминая историю рижского «Динамо», пишем новую (rus.)
İstinadlar
redaktə- ↑ "1946—1956. Лучшие в мире с первой попытки". 2012-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-17.