Dinacpur Daire Banqlades - Wikipedia
Dinacpur (benq. দিনাজপুর জেলা, ing. Dinajpur District) — Banqladeşin şimal-qərbində, Ranqpur vilayətində dairə. 1786-cı ildə təşkil olunmuşdur. İnzibati mərkəzi — Dinacpur şəhəridir. Dairənin sahəsi — 3438 km²-dir. 2001-ci il siyahıya alınmasına görə dairə əhalisinin sayı 2 617 942 nəfərdir. Yaşlı əhalinin savadlılıq səviyyəsi 27,4 faizdir, bu isə Banqladeş üzrə orta səviyyədən (43,1%) aşağıdır. Əhalinin dini tərkibi: müsəlmanlar — 76,65%, induizm dininə sitayiş edənlər — 20,58%, xristianlar — 0,8 %.
Dairə | |
Dinacpur | |
---|---|
দিনাজপুর জেলা | |
25°37′48″ şm. e. 88°39′00″ ş. u.HGYO | |
Ölkə | Banqladeş |
İnzibati bölgüsü | alt dairələr |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1786 |
Sahəsi | 3438 km² |
Saat qurşağı | UTC+6 |
Əhalisi | |
Əhalisi | 2 617 942 nəfər (2001) |
Sıxlığı | 761 nəf./km² |
Rəsmi dili | Benqal dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 5200 |
Digər | |
dcdinajpur.gov.bd | |
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati ərazi bölgüsü
redaktəDinacpur əyaləti 13 alt dairədən ibarətdir.
Altdairələr (Mərkəz)
- Birampur (Birampur)
- Birqanc (Birqanc)
- Biral (Biral)
- Boçaqanc (Boçaqanc)
- Çirirbandar (Çirirbandar)
- Pxulbari (Pxulbari)
- Qxoraqxat (Qxoraqxat)
- Xakimpur (Xakimpur)
- Kaxarole (Kaxarole)
- Kxansama (Kxansama)
- Dinacpur-Sadar (Dinacpur)
- Navabqanc (Navabqanc)
- Parbatipur (Parbatipur)
Tarixi
redaktəTarixi mənbələrə görə Dinacpur bizim eranın III–XIII əsrlərində mövcud olmuş qədim Pundravardhana dövlətinin tərkibinə daxil olmuşdur. 1204-cü ildə Qutbəddin Aybəkin sərkərdələrindən olan Bəxtiyar Hilci bu əraziləri ələ keçirərək Lahnavati dövlətinin əsasını qoymuşdur. Lahnavati dövlətinin paytaxtlarından biri olan Bangarh şəhərinin qalıqları Dinacpur şəhərindən cəmi 11 km cənubda yerləşir.
XVII əsrdə bu əraziləri ələ keçirən ingilislər 1786-cı ildə Dinacpurda inzibati nəzarət idarəsini yaratdılar.[1] Britaniya ağalığının ilk dövrlərində Dinacpurun tərkibinə Baqura, Malda, Racşahlar, Ranqpur və Purney əraziləri daxil idi. İngilislər 1795–1800-cü illərdə inzibati idarəetmənin səmərəliliyini yüksəltmək və asayişi gücləndirmək məqsədilə Dinacpura məxsus ərazilərin xeyli hissəsini Purneyə, Ranqpura və Racşahlara verdi. 1864–1865-ci, 1868-ci və 1870-ci illərdə Dinacpur torpaqlarının bir hissəsi Baqura və Maldaya verildi. Nəhayət, 1897–1898-ci illərdə bütün Tana-Mahadevpur ərazisi Racşahların sərəncamına keçdi. 1947-ci ildə Hindistanın bölüşdürülməsi zamanı Dinacpur Qərbi Benqaliyanın tərkibinə daxil edilmişdir.
İqtisadiyyatı
redaktəDinacpur dairəsində iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Bölgə əhalisinin əsas məşğuliyyəti taxılçılıq, çəltikçilik, tərəvəzçilik, meyvəçilikdir. Dinacpur öz manqosu ilə də məşhurdur. Düyü emalı Dinacpurun əsas sənaye sahələrindən biridir.
Dinacpurun yeraltı sərvətləri içərisində əsas yerlərdən birini də daş kömür hasilatı tutur. Banqladeşdə hazırda fəaliyyət göstərən 5 daş kömür yatağından üçü Dinacpur ərazisində yerləşir. Bölgədə daı kömür hasilatının həcmi gündə 1500 ton təşkil edir. 2006-cı ildə Dinacpurda açıq qazma mədəninin yaradılması planı dairə əhalisinin kütləvi etiraz aksiyalarına səbəb olmuşdur.
Coğrafiyası
redaktəDinacpur ərazisindən keçən əsas çaylar Depa, Punarbhaba və Atrai çaylarıdır.
Xarici keçid
redaktə- Округ Динаджпур в Банглапедии. (ing.)
İstinadlar
redaktə- ↑ Arifur Rahman; Sanzida Murshed. Coal // Banglapedia: National Encyclopedia of Bangladesh (Second). Asiatic Society of Bangladesh. 2012. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-07.