Darquba - Wikipedia
Darquba - Haqqında Məlumat
Darquba — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kərgəlan inzibati ərazi vahidində kənd.[1]
Darquba | |
---|---|
38°42′ şm. e. 48°50′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lənkəran rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Coğrafi mövqeyi
redaktəDarquba kəndi Bəşərü çayının sahilində, Lənkəran ovalığında yerləşir.
Əhalisi
redaktəƏhalisi 1006 nəfərdir.[2]
Toponimiyası
redaktəKəndin adı XIX əsrə aid sənədlərdə Darğakənd, 1917-ci ildə Darğaoba, 1933-cü ildə isə Darquba variantında qeydə alınmışdır. Talış dilində Daqova kimi tələffüz edilir. Oykonim darğa (etnonim) və oba (el, nəsil, kənd) komponentlərindən düzəlib, "darğalar kəndi" deməkdir. Etnotoponimdir.[3]
Din
redaktəKənddə Darquba kənd məscidi dini icması fəaliyyət göstərir.[4]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)