D1 Avtomagistrali Slovakiya - Wikipedia
D1 avtomobil yolu (sloven. Diaľnica D1) — Slovakiyada avtomobil yolu. Magistral Bratislavadan başlayıt, Trnava, Trençin, Puxov, Jilina, Martin, Poprad, Preşov, Koşitse və Mixalovtse şəhərlərindən keçir, Slovakiya–Ukrayna sərhədində sona çatır. Yolun 515,621 km-dən artıq 365,789 km-i tikilib ki, bu da yolun 71%-nin hazır olması deməkdir.
Avtomobil yolu | |
D1 avtomobil yolu | |
---|---|
Ölkə | Slovakiya |
Regionlar | |
Yol nömrəsi | D1 |
Uzunluğu | 515,261 km |
Başlayır | Slovakiya |
Bitir | Ukrayna |
Örtüyü | asfalt |
Tikilmə tarixi | 1930—2020 |
Sürət | 110 km/san |
Vəziyyəti | İstifadəyə açıq |
Vikianbarda əlaqəli mediafayllar |
O, D2 (Bratislava), D3 (Jilina) və D4 (Bratislava) avtomagistrallarını, həmçinin R1 (Trnava), R2 (Trençin), R3 (Martin), R4 (Preşov) və R6 (Puxov) avtomobil yollarının üzərindən keçir; Avropa E50, E58, E75 və E571 marşrutlarının bir hissəsidir.
Avtomobil yolu ödənişlidir və avtomobilin qabaq şüşəsində avtomobil üçün giriş icazə vərəqəsinin olması tələb edilir (Bratislavanın bir sıra zonaları istisna olmaqla).
Tarixçəsi
redaktəAvtomobil yolunun inşası haqqında ilk planlar 1930-cu illərdə ortaya çıxdı. Müharibəyə qədər Slovakiyada heç nə tikilməmişdi. Müharibə başladıqdan sonra bu iş təxirə salındı. Müharibənin bitməsindən sonra tikinti bir müddətlik yenə donduruldu və yalnız 1960-cı illərdə yenidən inşası bərpa edildi. Avtomobil yolunun Çexiya hissəsində tikinti 1967-ci ildə, Slovakiya hissəsində isə 1973-cü ildə başlamışdır.
1972-ci ildə Bratislava—Senets (o zaman D61) sahəsində tikinti işlərinə başlanılmış, 1970-ci illərdə isə yolu Trnavaya qədər tikmişlər (36 km uzunluğunda). 1980-ci ildə Presşov—Kosice sahəsi əlavə edildi.
Əsas ötürücüləri
redaktəD1 avtomobil yolunun əsas ötürücüləri | ||||
---|---|---|---|---|
(0) | Bratislava — Peçna | İstismar | ||
(15) | İvanka — Dunai | Planlaşdırılır | ||
(50) | Trnava | İstismar | ||
(119) | Xoxolna — Velçiça | Planlaşdırılır | ||
(159) | Beluşa | İstismar | ||
(187) | Dolnı — Xriçov | İstismar | ||
(218) | Martin | İstismar | ||
(242) | Rujomberok (qərb) | Planlaşdırılır | ||
(248) | Rujomberok — Martinçek | Planlaşdırılır | ||
(400) | Preşov (qərb) | Planlaşdırılır | ||
(433) | Koşiçe — Olşanı | Planlaşdırılır |
Körpülər
redaktəSlovakiyada D1 avtomobil yolunda yerləşən körpü və keçidlər:
- Osvişte (567 m)
- Körpü (1080 m)
- Privoz (1756 m)
- Beçkov (336 m)
- Dritoma (238 m)
- Suçanka (486 m)
- Uyazad (490 m)
- Koçkovskiy kanalı (187 m)
- Nosiçkiy kanalı (227 m)
- Ladçe (189 m)
- Prujinka (902 m)
- Sverpereç-1 (480 m)
- Sverpereç-2 (315 m)
- Kunoveç
- Qalanoveç
- Matuşka
- Povajska-Bistrka kanalı (1444 m)
- Qriçovski kanalı (1695 m)
- Vritjer
- Plevdnik-Dnirova
- Predmder
- Doln-Qriçov (1804 m)
- Letavska-Luça (1091 m)
- Dubna-Skala
- Turçanske-Skanal (422 m)
- Turanı
- Krepelyanı
- Kralyovanı
- Stankovanı
- Qubova-1
- Qubova-2
- Liskova
- Potruden (1038 m)
- Yaminçek (179 m)
- Bela (308 m)
- Dovaloveç (534 m)
- Xıbiça (571 m / 565 m)
- Vıxodna (380 m)
- Yanoşikoav-Studinçka (381 m)
- Belyanski keçidi (347 m)
- Qara Yarok (184 m)
- Vajeç (638 m)
- Ştrba
- Pod-Skalkou
- Levoça
- Spişki-Xrvov
- Bexarovçe
- Studeneç (102 m)
- Ponqarçovçe (343 m)
- Friçovçe (407 m)
- Mala-Svinka (255 m)
- Malı-Şariş (494 m)
Tunellər
redaktəSlovakiyada D1 avtomobil yolunda yerləşən tunellər:
- Ovçiarsko tuneli (2275 m, 7/2014 tarixindən etibarən təmirdə, 2018-ci ildə açlımışdır)
- Zilina tuneli (651 m, 7/2014 tarixindən etibarən təmirdə, 2018-ci ildə açılmışdır)
- Vişnove tuneli (7460 m, 2015-ci ildən etibarən təmirdə, 2019-cu ildə açılmışdır)
- Korbielka tuneli (5 859 m, planlaşdırılır, 2024-də açılacağı gözlənilir)
- Havran tuneli (2702 m, planlaşdırılır, 2024-də açılacağı gözlənilir)
- Cebrat tuneli (2080 m, işlər dayandırılıb, ilk dəfə 2020-ci ildə açılacağı gözlənilirdi)
- Luçivna tuneli (250 m, 2007-ci ilin noyabr ayında açılmışdır)
- Borik tuneli (999 m, 2009-cu ildə açılmışdır)
- Sibenik tuneli (600 m, 2015-ci ildə açılmışdır)
- Branisko tuneli (4975 m, 2015-ci ildə 2 xəttli açılmışdır)
- Presov tuneli (2244 m, planlaşdırılır, 2019-cu ildə açılmışdır)
- Dargov tuneli (1050 m, planlaşdırılır, açılma ili mövcud deyil)
Qalereya
redaktə-
Dubniça bölgəsindən keçən D1 avtomobil yolunun bir hissəsi
-
D1 avtomobil yolunda, bölgələrin istiqamətini göstərən yol işarəsi
-
Beluşa şəhərinə gedən D1 avtomobil yolunun bir hissəsi
-
Sverpeç şəhərindən keçən D1 avtomobil yolu
-
D1 avtomobil yolunun açılması münasibətilə keçirilən marafon
-
D1 avtomobil yolunda keçirilən velosiped marafonu
-
D1 avtomobil yolunda keçirilmiş ilk marafonlardan biri