Deniz Duasi - Wikipedia
Dəniz duası — Xalid Hüseyninin 2018-ci ildə nəşr olunan kitabı.
Dəniz duası | |
---|---|
ing. Sea prayer | |
| |
Müəllif | Xalid Hüseyni |
Janr | Müasir nəsr |
Orijinalın dili | ingiliscə |
Orijinalın nəşr ili | 2018 |
Tərcüməçi | Firudin Ağazadə |
Nəşriyyat | Qanun Nəşriyyatı |
Cild | bərk |
Səhifə | 48 |
ISBN | 9789952365856 |
Məzmun
redaktəAy işığına bələnmiş dəniz sahilində səhərin açılmasını və qayığın gəlməsini gözləyən bir ata uyumaqda olan körpə oğlunu əzizləyir, nəvaziş göstərir. Ötüb keçən uzun yay günlərini, Suriyadakı baba ocağındakı evlərini ona xatırladır, həyətdə sübhün havasında titrəyən zeytun ağaclarının xışıltısını, keçi mələrtisini, mətbəxdən gələn qab-qacaq səslərini yada salır. Nigaran ata yatan oğluna Homs şəhərinin qarışıq, izdihamlı küçələrini, məscidini, bazarını xatırladır, sonra bomba səslərindən baş götürüb qaçdıqlarını nağıl edir. Gün doğandan sonra evlərindən didərgin düşmüş o insanlar götürə bildikləri pal-paltarları ilə yeni sığınacaq, təzə məskən axtarışında qorxunc dəniz səfərinə çıxacaq.[1]
İstinadlar
redaktə- ↑ "dəniz duası". 2022-03-14 tarixində arxivləşdirilib.
Xarici keçidlər
redaktə- Xalid Hüseyninin rəsmi veb-saytı (ing.)
- Dəniz duası kitabı (ing.)