Durres Gozeli Mozaika - Wikipedia
Dürres Gözəli mozaikası (alb. Bukuroshja e Durrësit, ing. The Beauty of Durrës) — Albaniyada tapılan ən qədim, bizim eramızdan əvvəl 4-cü əsrə aid polixrom mozaikadır.[1][2] Sahəsi 9 kvadrat metr olan bu mozaika ellips formasındadır. Üzərində tünd fonda güllər və digər bitkilərlə əhatələnən qadın başı təsvir olunub.[3] 1918-ci ildə kəşf olunub və 1982-ci ildən Tirana şəhərində yerləşən Albaniya Milli Tarix Muzeyində sərgilənir.
Dürres Gözəli | ||
---|---|---|
| ||
Ölçüləri | 300 sm × 510 sm | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMozaika eramızdan əvvəl IV əsrin ikinci yarısında Durresdə yaradılmışdır.[1] Mozaika 1916-cı ildə, Birinci Dünya Müharibəsinin ortalarında, Dürresin Avstriya-Macarıstan qüvvələri tərəfindən işğal edildiyi zaman aşkar edilmişdir. Avstriya-Macarıstan ordusunun hava hücumu üçün sığınacaqların tikintisi işləri zamanı hərbi mühəndislər, Durres şəhərinin günümüzdə mərkəzində yerləşən "Varoş" küçəsində bir evin bünövrəsində qazıntı işləri zamanı təqribən 3.8 metr dərinlikdə mozaika ilə qarşılaşdılar. 1918-ci iin aprel ayında Avstriyalı arxeoloq Kamillo Praşniker[ing.] sığınacağın tikintisi bitməmişdən öncə həmin mozaikanı araşdırdı. O 1920-ci ildə çap olunmuş öz "Mozaika və Mallakastra: Mərkəzi Albaniyada Arxeoloji Araşdırmalar" (alm. Muzakhia und Malakastra: archäologische Untersuchungen in Mittelalbanien) məqaləsində mozikanın quruluşundan bəhs etmişdir.[4]
Müharibə bitdikdən sonra mozaikanın ötrülmüş və gözdən itmişdi. 1947-ci ildə Durresli arxeoloq Vangjel Toçi tərəfindən yenidən kəşf edildi. Bu mozaika yalnız 1959-cu ildən sonra geniş ictimaiyyətə tanındı.[5] 1982-ci ildə mozaika DÜrresdən Tirandakı Milli Tarix Muzeyinin əsas zalına köçürüldü. Günümüzdə də orada sərgilənir.[1]
Mozaikanın təsviri
redaktə2400 ildən çox yaşı olan bu mozaika təxminən 9 kvadrat metr sahəni əhatə edir. Mozaika emal olunmamış rəngli çınqıllardan hazırlanmışdır və günümüzdə də öz vəziyyətini qoruyub saxlayır. Elliptik formadadır, ən genişdə yerində təqribən 5,1 metr, ən dar yerində isə təxminən 3 metr enindədir.[6] Öz janrında dünyanın ən ifadəli mozaikalarından biri hesab olunur. Dizayn baxımdan bir vaxtlar Qədim Makedoniyanın bir hissəsi olan Pellada aşkar edilmiş eyni dövrün mozaikalarına bənzəyir.[6][7]
Qadın portreti
redaktəMozaikada kimin təsvir olunduğu ilə bağlı ən azı iki nəzəriyyə var. Tarixçi və arxeoloq Moikom Zeqonun fikrincə, mozaikada təsvir edilən qadın Apuliyada tapılan arxetip amfora qabların üstündə həkk olunmuş qadınla eynidir. Onun sözlərinə görə, Durres Gözəlliyi körpələrin sağlam doğulmasına kömək edən doğuş ilahəsi olan Eileithyianın[ing.] təsviridir. Arxeoloq Afrim Hoti qadının ov ilahəsi Artemidanın rəfiqəsi Aurora olduğu qənaətindədir.[2]
Fonun dizaynı
redaktəQadın fiqurunu əhatə edən dizayn öz kompozisiyasına görə unikaldır və mozaikanın fonu qara rəngdədir. Qadın fiqurunun ətrafı sünbül və zanbaq kimi bir neçə növ bitkilərlə, həmçinin budaqlar, qönçələr və ləçəklər kimi digər çiçək elementləri ilə əhatə olunmuşdur.[1]
Mədəniyyətidə və müasir cəmiyyətdə
redaktəDürres Gözəli təsvir olunmuş sikkə
redaktə2004-cü ildə Albaniya Milli Bankı həm üz, həm də arxa tərəfdə Dürresin Gözəlliyi və onun dekorativ elementləri təsvir olunmuş sikkə buraxmışdır.[1] Nominal dəyəri 50 lek olan 24.25 millimetr diametrində və 5,50 qram ağırlığında olan bu sikkə əlvan metallardan hazırlanmışdır. 75%-i misdən 25%-i isə nikedən ibarət luan bu sikkə 200000 nüsxədə buraxılmışdır.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "Coin with the theme of "Albanian Antiquity" (The Beauty of Durres)". 22.06.2011 tarixində arxivləşdirilib.
- ↑ 1 2 Fjalori Enciklopedik Shqiptar, Akademia e Shkencave — Tiranë, 1984 (MOZAIKU I DURRËSIT ME PORTRETIN E NJE GRUAJE, page 726)
- ↑ Fjalori Enciklopedik Shqiptar, Akademia e Shkencave — Tiranë, 1984 (MOZAIKU I DURRËSIT ME PORTRETIN E NJE GRUAJE, səh. 726)
- ↑ "Praschniker, Camillo (1920). "Muzakhia und Malakastra: archäologische Untersuchungen in Mittelalbanien"". 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
- ↑ "ARISTOKRACIA E MOZAIKËVE TË DURRËSIT". 24.07.2011 tarixində arxivləşdirilib.
- ↑ 1 2 Hoti, Afrim. DURRËSI, Epidamni-Dyrrahu. Cetis Tirana. 2003. səh. 81. ISBN 99927-801-3-4.
- ↑ Apollon Baçe, Aleksandër Meksi, Emin Riza, Gjerak Karaiskaj, Pirro Thomo — Historia e Arkitekturës Shqiptare (History of Albanian Architecture — pages 87–88 (in Albanian)) Publisher: Ministria e Arsimit dhe e Kulturës, Instituti i Monumenteve të Kulturës, Tirana 1980