Cim Kamminqs - Wikipedia
Ceyms Cona (Cim) Kamminqs (ing. James Jonah «Jim» Cummings; 3 noyabr 1952[1]) — ABŞ səs aktyoru. Filmoqrafiyasında 500-dən çox layihəsi var. İki Enni mükafatının qalibi, iki dəfə Emmi mükafatına namizəd.
Cim Kamminqs | |
---|---|
ing. Jim Cummings | |
Doğum adı | James Jonah Cummings |
Doğum tarixi | 3 noyabr 1952[1] (72 yaş) |
Uşaqları | 4 |
Fəaliyyəti | aktyor, dublyaj aktyoru, müğənni, səsləndirmə aktyoru[d] |
Fəaliyyət illəri | 1984-cü ildən |
IMDb | ID0191906 |
Vikianbarda əlaqəli mediafayllar |
"Vinni-Puxun Yeni macəraları"ndan (1988–1991) bəri əksər "Disney" layihələrində Vinni-Pux və Tiggerin səs aktyoru olmuşdur. O, "Ələddin ", "Kral şir", "Pokahontas", "Balto", "Anastasiya", "Şrek", "Qnomeo və Cülyetta" kimi tammetrajlı cizgi filmlərinin işində iştirak etmişdir.
Həyatı
redaktəKamminqs Nyu-Orleana köçdükdən sonra karnaval kortejlərini boyamış, çay estakadasında işləmiş və yerli rok qrupunda ifa etmişdir. O, evləndikdən sonra Kaliforniyanın Anahaym şəhərinə köçmüş, 1980-ci illərin əvvəllərində burada bir video mağazası işlətmişdir. 1984-cü ilin sonlarında səs aktyoru kimi debüt etmişdir. Kamminqin 2011-ci ildə boşandığı Stefani Kamminqsdən iki qızı var.[2]
İstinadlar
redaktə- ↑ 1 2 Jim Cummings // SNAC (ing.). 2010.
- ↑ "At work, Jim Cummings is quite the characters" (ingilis). www.vcstar.com. 2016-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-11.