Ceyms Kuk - Wikipedia
Ceyms Kuk (27 oktyabr 1728[1][2] – 14 fevral 1779[3][4][…]) — ingilis dəniz səyyahı. Bütün materiklərə ayaq basmış ilk insan.
Ceyms Kuk | |
---|---|
ing. James Cook | |
Doğum tarixi | 27 oktyabr 1728[1][2] |
Vəfat tarixi | 14 fevral 1779[3][4][…] (50 yaşında) |
Vəfat səbəbi | bıçaq xəsarəti[d] |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], xəritəşünas, donanma zabiti[d], dənizçi[d], botanik |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Onun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilmişdir. Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti etmişdir.
Birinci ekspedisiya (1768–1771)
redaktəCeyms Kukun birinci ekspedisiyasının (1768–1771) qarşısına qoyulan əsas vəzifə Naməlum Cənub torpağını tapmaq idi. Bu ekspedisiya zamanı Cənub torpağının tapılması ilə ilk dəfə sübut edildi ki, Yeni Zelandiya cənub materikinin bir hissəsi olmayan və boğazla iki yerə ayrılan adalardan ibarətdir (sonralar bu boğaza C. Kukun adı verilir). O, Avstraliyanın şərq sahillərini öyrənib onu xəritəyə köçürdü. Yeni Qvineya adasının Avstraliyadan ayrı olduğu müəyyən edildi.
İkinci ekspedisiya (1772–1775)
redaktəİkinci ekspedisiya (1772–1775) zamanı Kuk Afrikanın cənub ucqarından cənuba doğru istiqamət götürərək dəniz səyahətləri tarixində ilk dəfə 17 yanvar 1773-cü ildə Cənub qütb dairəsini keçmişdir. Antarktida sahillərindəki buzlu sularda xeyli dolaşır və səhv olaraq burada qurunun Cənub torpaqlarının olmadığı qənaətinə gəlir. Bu ekspedisiya zamanı Cənub yarımkürəsinin mülayim enliklərində böyük quru sahəsinin olmadığını sübuta yetirmiş və Sakit okeanda bir sıra adanı öyrənmişdir. Həmin ilin yayında Cənub materikini tapmağa daha iki dəfə cəhd etmiş, 71º10' c.e.-nə çatmışdır.
Üçüncü ekspedisiya (1776–79)
redaktəKukun 1776-cı ildə təşkil olunan üçüncü ekspedisiyasının məqsədi Atlantik okeanından Sakit okeanına gedən yolun axtarışı olmuşdur. Bu axtarış zamanı onun gəmiləri Şimali Amerikanın Alyaska sahillərini tədqiq edir, burada tapdıqları buruna Prins Uelsin adını verirlər, lakin keçilməz buzlar onları dəniz yolu axtarışı fikrində daşınmağa məcbur edir və geri dönürlər. 1779-cu ildə geriyə dönən Kuk yolüstü Havay adalarını kəşf edir və baş verən münaqişə zamanı yerli sakinlər tərəfindən həmin ilin 22 fevralında öldürülür.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 (Marton 1728 - Hawaï 1779) // NMVW-collection website.
- ↑ 1 2 The Fine Art Archive.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 James Cook (nid.).