Bursa - Wikipedia
Bursa (türk. Bursa) — Türkiyənin Bursa ilinin inzibati mərkəzi. Əhali sayına görə Türkiyənin ən böyük 4-cü şəhəridir. Osmanlı imperiyasının ilk paytaxtı olmuşdur.
Bursa | |
---|---|
Bursa | |
40°11′29″ şm. e. 29°04′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 202 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 100 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 224 |
Poçt indeksi | 16000 |
Digər | |
bursa.bel.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəOsmanlı imperiyasının ikinci paytaxtıdır[1] Bursa. 130 il Osmanlıya paytaxtlıq edən şəhər altı sultanın məzarını qoruyur. Şəhərin düz mərkəzində imperiyanın qurucusu Osman Qazinin at üstündə əzəmətli heykəli ucalır. Şəhərdə həmçinin onun adını daşıyan mavzoley var. Şəhərin ilkin görkəmi uzaq keçmişlərdən bu yana böyük mədəniyyətlərin beşiyi olan bir şəhəri tanıdır ziyarətçiyə. Asiya və Avropa arasında bir bölgədə yerləşməsi səbəbindəndir ki, hər iki qitənin mədəniyyətindən yararlanıb. Bu üzdən şəhərdə Roma, Bizans, Səlcuq və Osmanlı mədəniyyətlərinin izləri qalmaqdadır. Təbiət zənginliyi, tarixə tanışlığı və bir çox mədəniyyətlərə ev sahibliyi etməsi ilə Uludağın ətəklərində qurulmuş bir şəhərdir Bursa. Tarixi kimlik və memarlıq baxımından şəhər açıq hava altında muzeyi xatırladır.
Bursa önəmli termal şəhəridir. Roma və Osmanlı dönəmindən qalan termal qaynaqları indi daha çox üzə çıxarmaq, dünyaya tanıtmaq üçün cəhdlər göstərilir. Səfərimiz boyunca gəzdiyimiz otellərdə, xəstəxanalarda termal qaynaqların möcüzəsi ilə tanış olacaqdıq…
Türkiyə iqtisadiyyatında sənaye mərkəzi kimi tanınan Bursa eyni zamanda önəmli turizm mərkəzi sayılır. Üç milyona yaxın əhalisi ilə Türkiyənin 4-cü böyük şəhəridir. İpək yolu üzərində yerləşməsi Bursanı dünyanın başlıca ticarət, sənaye və mədəniyyət şəhəri kimi tanıdıb. Türklər bu şəhəri əzizləyərək "Yaşıl Bursa" adlandırırlar. Şəhər buna görə, yaşı qərinələrlə ölçülən nadir ağaclara və bitkilərə — bir sözlə, zəngin floraya borcludur. Məhz bu şəhərin mədəniyyətinə, tarixinə və təbii zənginliyinə görə Bursaya ziyarət edənlərin sayı ildən-ilə çoxalır.
Əzəmətli İldırım minarəsi İldırım Bəyazid tərəfindən 1390-cı illərdə tikilib və Bursanın ən görkəmli abidələrindən sayılır. Memarlıq anlamında Osmanlı dövlətinin mədəniyyətini və sənət tarixini özündə yaşadan önəmli yerdir. Cami, mədrəsə, imarət, xəstəxana, saray, məktəb, mətbəx, hamam və sonradan əlavə edilən türbədən ibarət olan İldırım qülləsi bəylikdən dövlətə keçidin ən mühüm nümunələrindən sayılır. "Ulu Cami" isə 1396–1399-cu illər arasında inşa edilib.
Erkən Osmanlı memarlığının Bursada yaşayan ən görkəmli abidələrindən biri Yaşıl Məsciddir. 1422-ci ildə Sultan II Murad zamanında tamamlanıb. Əmir Sultan minarəsi də məşhur dini ziyarət yeridir. Hazırda ən çox ziyarət edilən məsçid və türbələr arasında İstanbuldakı Eyüp Sultan türbəsindən sonra ikinci yerdədir.
Muradiyyə qülləsi Bursada Osmanlı sultanları tərəfindən tikilən son minarədir. Bursa həmçinin öz bazarları (çarşı) ilə məşhurdur. Qapalı Çarşı, Açıq Çarşı, Uzun Çarşı və Xanlar bölgəsi adları ilə tanınan çarşılar həm yerlilərin, həm də şəhərin qonaqlarının ən çox üz tutduqları yerdir. Bu bazarlarda şəhər sənayesinin rəngarəng məhsulları ilə qarşılaşmaq mümkündür. Zamanla genişlənən çarşı bölgəsi bu gün önəmli ticarət mərkəzinə çevrilib. İstanbulla müqayisədə qiymətlər də münasibdir.
Bursaya gələn ziyarətçilər muzeylərə baş çəkməsələr geri dönməzlər. Bursa Şəhər Muzeyi, Hünkar Köşkü Muzeyi, Türk İslam Əsərləri Muzeyi, Tofaş Bursa Anadolu Arabaları Muzeyi, Atatürk Evi Muzeyi, Bursa Osmançılıq Muzeyi, Arxeoloji Muzey, Basın Muzeyi, Karaköz Evi Muzeyi və s. maraqlı və nadir eksponatları ilə diqqət çəkir.
Bursa bir çox şəhərlərin yaşadığı tramvay "nostaljisi"nə də son qoyub. Şəhərin küçələrində insanları daşıyan qırmızı tramvaylar elə Bursada istehsal olunur. Küçələri bəzəyən tramvay şəkilləri ilə şəhərin bu nəqliyyat növündən qürur duyduğunu bildirir.
Bursa toxuculuq sektorunun tarixi 1500 illik bir dövrü əhatə edir. Osmanlı imperatorluğu zamanında da ipəkçilik, toxuculuq mərkəzi olmaqda davam edən şəhər ümumilikdə Türkiyənin toxuculuq paytaxtıdır. Şəhərin küçələrində, bazarlarda, mağazalarda toxuculuq fabriklərinin çeşidli məhsullarına rast gəlinir. Bursada qida sənayesi ilə bağlı fəaliyyət göstərən firmalar da çoxdur. Meyvə suyu, alkoqolsuz içkilər, konserv və s. də rəqabət qabiliyyətlidir. Dünyanın ən böyük 10 qida firmasından 3-ü Bursada istehsalla məşğuldur.
Bursada tibbi və sağlamlıq turizmi son 10 ildə sürətlə inkişaf edib. Dünyanın hər yerindən insanlar müalicə və müayinə olunmaq, həmçinin istirahət etmək üçün Bursanı seçirlər. Termal suların möcüzəsinə inanalar əliboş qayıtmırlar. Osmanlı imperatorluğunun ilk xəstəxanası və tibb fakültəsi Bursada qurulub. Mövcud sağlamlıq şərtlərini bir araya gətirməklə və xidmət genişliyi ilə Bursa Türkiyənin sağlamlıq üzrə xidmət bölgələrindən biri kimi tanınır.
Uludağ
redaktəBursaya yolu düşənlər qədim dövrlərdən bəri maraq doğuran Uludağa tələsirlər. Adına əfsanələr qoşulan Uludağ ilin bütün fəsillərində ziyarətçilərə qucaq açır. Uludağın çəkici özəlliklərindən biri də Osmanlı memarlığının beşiyi olaraq qəbul edilən Bursaya yaxınlığıdır. Ta Bizans dövründən gündəlik həyatdan və qələbəlikdən uzaqlaşaraq öz-özü ilə baş-başa qalmaq istəyən zahidlərin rəğbət etdiyi yer olub Uludağ. Osmanlılar zamanında "Keşiş Dağı" adlandırılan Uludağ günümüzdə Türkiyənin ən çox ziyarət edilən turizm məskənidir. Həmçinin qış idman növünün mərkəzi kimi tanınır.
Səfər boyunca bizi müşayiət edən Bursa vilayətinin Mədəniyyət və Turizm şöbəsinin müdiri Doğan Çiçək dedi ki, qış ayları deyilən kimi ilk ağıla gələn yer Uludağ olur. Dekabrdan aprel ayının sonlarına qədər başı qarlı təpələri ilə xizəkçilərin sevimli məkanına çevrilir Uludağ. İnsanlar qış idmanının qəlbi sayılan bu yerlərdə xizəkləri və idman paltarlarını kirayələyə və öyrənmək üçün müəllimlərdən dərs ala bilir. "Qar cənnəti" adlandırılan Uludağda cürbəcür əyləncələr üçün şərait var. Qarlı ormanlar arasında gəzinti də mümkündür. Uludağ sadəcə, bir idman mərkəzi deyil, həmçinin insanların ailəlikcə istirahət edə biləcəkləri yerdir. Uludağ ilin hər mövsümündə ayrı bir gözəlliyə bürünür. Yaz aylarında burada insanlar piknikə gəlir və dağ yürüşləri edirlər. Buzlugöl, Kilimgöl, Karagöl və Aynalıgöl istirahətə gələnlərin ən çox sevdiyi yerlərdir. İnsanlar bu yerlərdə çadırlar qurub vaxt keçirirlər. Uludağ eyni zamanda, zəngin bir bitki məskənidir. Dağın ətəklərindən zirvəsinə qədər dəyişən iqlim üzündən ilk bahardan yaz aylarının sonlarına qədər dağın fərqli yüksəkliklərində mindən çox bitki və çiçəyi tapmaq mümkündür. Bunların arasında 26-ı sadəcə, Uludağa məxsus, 78-i isə Türkiyədən başqa heç yerdə insanların görə bilməyəcəyi bitkilərdir. Dağın ətəyində isə böyük milli parkın tikintisi davam edir.
Uludağın ətəklərindəki Cumalıkızık kəndi də çox məşhurdur. Osmanlı memarlığının örnəklərini ən çox yaşadan köy kimi tanınır. 700 il öncə qurulan kənddə heç bir daşa-divara toxunulmayıb. Kənd özünəməxsus adət-ənənələrini əsrlərdən bəri qoruyub saxlayır. Köhnə küçələr, qədim evlər, alaqapıda oturub dərdləşən ixtiyar qocalar, iş-gücə tələsən cavanlar… Köyün küçələrində at arabalarına da rast gəlmək mümkündür. İnsanlar öz evlərinin qarşısında əllərinin əməyi ilə hazırladıqları məhsulları və suvenirlər satırlar.
İnkaya Çinarı Türkiyənin ən yaşıl çinarı sayılan təbii ağacdır. 600 il yaşı var. Uludağ yolunda, Osmanlı dövlətinin ilk kəndlərindən olan İnkaya kəndindədir. Yay aylarında yol gedən yolçular ağacın altında ayaq saxlayır, dincəlir, xatirə şəkilləri çəkdirirlər. Burada zəngin Bursa mətbəxinin təamlarını da dadırlar.
Bursanın yaxınlığındakı İznik şəhərini isə şərab tanrısı Dionisin şəhəri adlandırırlar. Eramızdan əvvəl 4-cü yüzillikdən bu yana varlığını qoruyan bu kiçik və maraqlı şəhərin İstanbulu Anadoluya bağlayan yola yaxın bir nöqtədə yerləşməsi bu yerlərə önəmli bir canlılıq gətirib. Əfsanələrlə dolu olan İzniki heyranlıqla dolaşırıq. Sənət, ticarət və mədəniyyət mərkəzinə çevrilən şəhərdə Davud Kayseri, Ebul Fadil Musa, Əşrəfoğlu Abdullah Rumi kimi ünlü təsəvvüflər İznikdə yaşayaraq özlərindən sonra önəmli əsərlər qoyublar. Osmanlı dönəminin ilk məscid, mədrəsə və imarəti İznikdə inşa edilib. 14–16-cı yüzilliklərdə İznik önəmli bir sənət mərkəzi olub. Dünyaca ünlü çini və keramika növləri burada hazırlanıb. İznik hazırda Roma, Bizans və Osmanlı dönəmindən qalan qədim tikililəri ilə tarixi şəhər ənənəsini qoruyur.
İznikdə hazırda muzey kimi tanınan və 1388-ci ildə I Murad Sultanın anası üçün tikdirdiyi Nilufər Xatun abidəsi çox məşhurdur. 19-cu əsr Osmanlı memarlığının ən gözəl örnəklərindən biri sayılan abidə 1960-cı ildə bərpa edilərək muzey kimi xalqın ziyarətinə açılıb. Nülufər Xatun Muzeyi vaxtilə hər gün yoxsullara yemək verən bir xeyriyyə qurumu kimi tanınıb. Muzeyin bağçasında yunan, Roma, Bizans və Osmanlı dövrünün əsərləri yer alıb. Ayasofya muzeyi, Yaşıl Məsçid, Mahmud Çələbi Məsçidi, Süleyman Paşa Mədrəsəsi və s. kimi tarixi tikililər maraq doğurur. İznik həmçinin tarixi qapıları ilə məşhurdur. İznikin 4 ana qapısı İstanbul Qapı, Levkə Qapı, Yeni şəhər Qapı və Göl Qapı əslində Zəfər tağıdır. Qapılar Roma dönəmi memarlığının özəlliklərini yaşatması baxımından önəmlidir.
İznik özünün zeytunu ilə məşhurdur. Bəşəriyyətin 8 min illik mətbəx mədəniyyətindəki önəmini qoruyan zeytun bu şəhərdə bol yetişdirilir və insanların yaşayışını təmin edir. İznikə gələnlər İznik muzeyini və məzar daşlarını, İznik divarlarını və qapılarını, ünlü məscidləri görmədən, Ayasofya kilsəsini ziyarət etmədən, İznik çinisindən və zeytunundan almadan geri dönməzlər. Bursa Azərbaycana yaxınlığı ilə də seçilir. Gəncə, Abşeron bələdiyyəsi və Nizami rayonu ilə qardaşlaşıb. Bursada ulu öndər Heydər Əliyevin adını daşıyan park şəhər sakinlərinin sevimli istirahət yeridir. Bursalılar deyirlər ki, bu şəhəri görənlər yenidən dönmək istəyirlər. Bəlkə tarixi şəhərə olan maraq həm də burada yaşayan insanların öz ölkələrinə sevgiləri ilə də bağlıdır…
- Almaniya, Darmştadt (1971)
- Azərbaycan,Gəncə
- Bosniya və Herseqovina, Sarayevo (1972)
- Pakistan, Multan (1975)
- Finlandiya, Oulu (1979)
- ABŞ, Tiffin (1983)
- Tunis, Kairuan (1987)
- ŞKTR, Lefkoşa (1990)
- ÇXR, Anşan (1991)
- Şimali Makedoniya, Bitola (1996)
- Moldova, Çadır (1997)
- Qazaxıstan, Qızılorda (1997)
- Əlcəzair, Maskara (1998)
- Almaniya, Kulmbax (1998)
- Bolqarıstan, Plovdiv (1998)
- Bolqarıstan, Pleven (1998)
- Bolqarıstan, Kırcaali
- Albaniya, Tirana (1998)
- Salvador, Koşitse (2000)
- Ukrayna, Vinnitsa (2004)
- Mərakeş, Rabat (2009)
- Ukrayna, Bağçasaray (2010)
- Cənubi Koreya, Könan Pukto (2001)
- Kosovo, Priştina (2010)
- Bolqarıstan, Momçilqrad (2010)
- Qazaxıstan, Şərqi Qazaxıstan vilayəti (2010)
- İran, Təbriz (2010)
- Türkiyə, Denizli (1986)
- Türkiyə, Van (2008)
- Türkiyə, Büyükorhan (2010)
- Türkiyə, Kınık (2010)
- Türkiyə, Kütahya (2010)
- Türkiyə, Bayburt (2010)
- Türkiyə, Ardahan (2010)
- Türkiyə, Muş (2010)
- Türkiyə, Bitlis (2010)
- Türkiyə, Antakya (2010)
- Türkiyə, Keles (2011)
- Türkiyə, Tirilye (2012)[2]
İstinadlar
redaktə- ↑ Bursanı Orxan Qazi fəth etmişdir (1326). Osmanlının ilk paytaxtı Söğüt olmuşdur. Söğüt ilk öncə şəhər olmuş, Lakin daha sonra İlçə statusunu almışdır.
- ↑ "Kardeş Şehirler". Bursa Büyükşehir Belediyesi Basın Koordinasyon Merkez. Tüm Hakları Saklıdır. 2016-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-27.
Həmçinin bax
redaktə Türkiyə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |