Budapest Tramvayi - Wikipedia
Budapeşt tramvayı (mac. Budapest villamosvonal-hálózata) — Macarıstanın paytaxtı Budapeştdə mövcud olan tramvay sistemi. Tramvay xətti sərnişin daşımada yalnız avtobus sistemindən geri qalır. Şəhərdə tramvayla hətta metrodan belə çox sərnişin daşınır[1].
Budapeşt tramvayı | |
---|---|
Tramvay sistemi | |
Ölkə | Macarıstan |
Şəhər | Budapeşt |
Sistemin tipi | sərnişin |
Açılış tarixi | 1866 |
Marşrutların sayı | 35+2 |
Tramvay parklarının sayı | 627 |
Vaqonların sayı | 612 |
Dəmir yolunun eni | 1435 mm |
Qida növü | hava əlaqə məftili ilə elektrik |
Kontakt şəbəkəsinin gərginliyi | 600 V |
Şirkətin saytı | bkv.hu |
Vikianbarda əlaqəli mediafayllar |
Tramvay şəbəkəsi 1866-cı ildə istifadəyə verilmişdir. Hazırda dünyanın ən böyük şəbəkələrindən biridir. Şəbəkənin ümumi uzunluğu 157 km təşkil edir. 2014-cü il məlumatına görə şəbəkə 33 xəttə sahibdir. Bunun 26 əsas, 7 isə yardımçı xətlərdir. Tramvay şəbəkəsini «Budapesti Közlekedési Központ» şirkəti yerli özünü idarə orqanlarının nəzarəti ilə idarə edir.
Tarixi
redaktəİlk illər
redaktəBudapeştdə konka tramvay xətti 30 iyul 1866-ci ildə açılmışdır. 22 may 1865-ci ildə qraf Şandor Karoyi «Pesti Közúti Vaspálya Társaság» (PKVT) şirkətini qurmuşdur. Bir müddət sonra isə Bude şəhərində də konka xətti açılmışdır. Bu xətt BKVT şirkəti tərəfindən çəkilmişdir.
1885-ci ildə Budapeştdə 15 xətli konka fəaliyyət göstərirdi. Ancaq elə həmin ildəcə texnologiyanın artıq köhnəlməsi təstiqlənməsidir. 1887-ci ildə ayrıca şəhər ətrafı buxar mühərriki ilə hərəkət edən vaqonların hərəkət etdiyi dəmir yolu çəkilmişdir. Bu xətt Kozvaqoqidadan Soroksara qədər uzanırdı. Sonradan belə analoji iki xətt çəkilir.
Elə bu zaman Mur Balaj Budapeştdə elektrikli tramvay xəttinin inşasına başlanması təklif edilmişdir. Kommunal təsərrüfat və nəqliyyat nazirliyi katibi Qabor Baros yeni təcrübə xəttinin inşasına başlasını qərara almışdır. Bu xəttinin inşasına 1 oktyabr 1887-ci ildə başlanılmışdır. Xəttin inşası 28 noyabr 1887-ci ildə başlanılmışdır.
İkinci addım isə eni 1435 mm olan iki xəttin istifadəyə verilməsi olmuşdur. Özünün ilk fəaliyyət illərində nömrələrdən istifadə edilməmişdi. Sadəcə rənglərdən istifadə edilirdi. Məsələn: qırmızı, yaşıl, mavi və ya qara rənglərdən isitafə edilirdi. 1900-ci ildə artıq 30 xətt vardı ki, onlar artıq nömrələnmişdi.
Tramvay xəttinin dinamik inkişafı ilə əlaqədar olaraq iki şirkət fəaliyyət göstərirdi. Bu şirkətlər 1923-cü ildə Budapest Székesfővárosi Közlekedési Rt. (BSZKRT) adı altında birləşmişdir. Tramvay xətlərinin sayı 1939—1944 illərdə özünün pik dönəminə çatmışdır. Bu zaman 66 xətt fəaliyyət göstərirdi.
İkinci Dünya müharibəsindən sonrakı dövr
redaktəBudapeştin İkinci Dünya müharibəsi illərində əsas döyüş bölgələrindən biri olması ilə əlaqədar olaraq onun infrastrukturuna böyük ziyan dəymişdir. Nəticədə hətta körpülərin böyük qismi tamamən dağıdılmışdır. Nəqliyyat sisteminin bərpası əsas hədəflərdən biri olmuşdur. Müharibə dönəmində tramvay xətlərinin böyük hissəsi dağılmış, depolar isə yanaraq kül olmuşdur. Görünür bu səbəbdən şəhər rəhbərliyi köhnə tramvay xətlərinin bir qismini trolleybuslarla əvəz etməyi qərara almışdır. Trolleybuslar şəhər daxilində sərbəst hərəkət və manevr baxımından tramvayı üstələyirdi.
Trolleybus xəttinin genişləndirilməsi ilə əlaqədar bir çox tramvay yolları troleybus maşrutlarına dövr edilmişdir. Bununla belə tramvay xəttinin genişləndirilməsi dayandırılmamışdır. Nyoqati dəmir yolu stansiyası yaxınlığında yeni tramvay xətti çəkilmişdir. Bu xətt fəhlələri Anqialpolde və Uypeste zavodlarına aparırdı. № 4 həm də 1960-cı ilə qədər genişləndirilmişdir. 1964-cü ildə Erjebet körpüsünün bərpasından sonra bu istiqamətdə yeni trambay xətləri açılmışdır. Artıq körpünün bəsından sonra ondan beş maşrut istifadə edirdi.
İstinadlar
redaktə- ↑ "Annual Report 2011" (PDF). BKV Zrt. 2011. səh. 4. 2013-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-10-06.