Bubiler - Wikipedia
Bubilər, fernandlılar , yediyelər , adiyyalar , adicalar (özlərini bubi , bube adlandırırlar) — Ekvatorial Qvineyada bantu qrupundan xalq.[1]
Yayılmaları
redaktəBioko adasının yerli əhalisi. Sayları 49 min nəfərdir (2005). Şimali (nelər, sakatolartolar) və cənubi (abbalar, loketolar, biomalar, tetelər, rekalar) Bubilərə bölünürlər. Bantu dillərinin A zonasına aid edilən və şimal, cənub-qərb, cənub-şərq dialektləri olan bube dilində danışırlar.[1]
Dinləri
redaktəDindarları, əsasən, xristiandır, ənənəvi inanclarını saxlayanlar da var.[1]
Kənd təsərrüfatı
redaktəƏsas ənənəvi məşğuliyyətləri toxa əkinçiliyi, ovçuluq, balıqçılıqdır; ağac üzərində oyma sənəti inkişaf etmişdir (8–10 dili olan, zəngin həndəsi naxışlı zınqırovlar – leyebo musiqi aləti səciyyəvidir). Avropalıların gəlişinə (15 əsr) qədər metaldan istifadə etmirdilər, əmək alətlərini daşdan düzəldirdilər. Böyük ailələr, ana xətti ilə qohum nəsillər və gizli cəmiyyətlər saxlanılır. Folklorları nəğmə, nağıl və atalar sözündən ibarətdir.[1]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Historia de los Reyes Bubis Arxivləşdirilib 2016-06-25 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bubilər// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 14.