Britaniyanin Hebesistan Ekspedisiyasi - Wikipedia
Britaniyanın Həbəşistan ekspedisiyası | |
---|---|
Tarix | 1868 |
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Müharibəyə səbəb
redaktəXIX əsrin ikinci yarısında Efiopiya Afrikada öz müstəqilliyini qoruyan cox azsaylı dövlətlərindən biri idi. Bir necə Avropa ölkəsi onu öz koloniyası kimi görmək istəyirdi. 1860-cı illərdə Efiopiya Böyük Britaniya imperiyasının maraqina düşdü.
O dövrdə Efiopiya imperator Teodros II tərəfindən idarə olunurdu. O, ölkəni gücləndirmə və birləşdirmə siyasətini həyata keçirdi. Oktyabr ayında 1862-cı ildə . Böyük Britaniya ilə müharibənin yaxınlaşdığını hiss edən Teodros II kraliça Viktoriyaya ittifaq təklifi ilə məktub göndərdi. Efiopiya imperatoru 2 il cavab gözlədi, amma cavab gəlmədi. İngiltərə hökuməti Efiopiya hökumətinə qarşı qəsdən həyasız və təxribatçı davranırdı.
imperator Teodros II 1864-cü ildə kraliçadan cavab mektubu gözləmədən qəzəblə ingilislər daxil olmaqla bir neçə avropalıları həbs etdi (xüsusən missioner Henri Aaron Stern). İngiltərə bu anı müharibə üçün bir səbəb kimi istifadə etməyə qərar verdi. Hakimiyyət Efiopiyadakı bütün İngilis diplomatik korpusunu həbs etdikdən sonra, Dekabrdan 1867-cı ildə, İngiltərə dərhal hərəkət etmək qərarına gəldi.
Döyüş
redaktə1867-ci ilin dekabrdan maya qeder İngiltərə Efiopiyaya 13 000 İngilis-Hindistan əsgərini endirdi, onları 40 000 yük heyvanı müşayiət edirdi. Döyüş əməliyyatları zamanı yaxşı silahlanmış ingilislər bir sıra qələbələr qazandılar və 1868-ci ilin aprelinə böyük Macdael qalası qədər catdilar.
10 aprel Arog döyüşü baş verdi, efiopiyalılar tam məğlub oldular. Bu, İngilislərin Efiopiyada ölkəyə enməsindən bəri əsas qələbəsi idi. Arog döyüşündə ingilislər 29 yaralı, efiopiyalılar isə 500 ölü və 1000 yaralını itirdi. Mekdeləya yol açıldı. Teodros II ona sadiq olan bütün yoldaşları ilə qalada gizləndi. 13 aprel britaniyalılar qalaya hücum etdilər. İmperator Teodros II, təslim olmaqını istəməyərək özünü öldürdü. Mekdele məğlub oldu.
Müharibənin sonu
redaktəİngilislər Tiruork Vube-ni ələ keçirdi, imperatorun dul qadını və kiçik oğlu Alemayehu əsir gotürdü. İmperatriça tezliklə öldü və Alemayehu İngiltərəyə aparıldı və 11 il sonra xəstəlikdən öldü.
Lakin Böyük Britaniya işğal olunmuş ölkədə özünü təsdiq və qələbəni saxlaya edə bilmədi. Efiopiyada milli azadlıq müharibəsi başladı. İngilislərin maliyyə itkiləri cox böyük idi (8 600 000 Funt sterlinq). Londondaki parlament müharibəni maliyyələşdirməyə davam etməkdən imtina etdi. İngiltərədən qoşunlara geri çəkilmə əmri gəldi. İngiltərə-Hindistan ordusunun Baş Komandanı Robert Napier qəzəblə, üsyançı efiopiyalılara qarşı cəza tədbiri olaraq butun ev və kilsələrlə birlikdə Mekdele-nın tam məhv edilməsinə əmr etdi. İngilislər geri çəkilməyə başladılar. 1868-ci il mayın sonunda ingilislər nəhayət Efiopiyanı tərk etdilər.
Rəqibi məğlub etdiyi üçün Sir Robert Napier İngiltərə Parlamentindən illik 2000 funt sterlinq təqaüd almışdır. İngiltərə ictimaiyyəti müharibənin uğursuz olduğunu bilirdi, və ona baxmayaraq, Britaniya hökuməti hər şeyi başqa cür göstərməyə çalışdı.
İngiltərə-Efiopiya müharibəsi statistikası
redaktəÖlkələr | Əhali 1867 | Qoşunlar | Öldürüldü |
---|---|---|---|
Böyük Britaniya | 24 600 000 | 13 000 | 2 |
Efiopiya | 8 500 000 | — | 1000 |
Ümumi | 33 100 000 | — | 1400 |
Qeydlər
redaktəƏdəbiyyat
redaktə- Dünya müharibələri tarixi. / Avt.- komp. A. G. Mernikov, A. A. Spector. — Мн.: Harvest, 2005. — ISBN 985-13-2607-0
- Urlanis B. C. Müharibələr və Avropa əhalisi. - M.: Sotsekgiz, 1960.
İstinadlar
redaktə- Англо-эфиопская война 1867—1868 // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978.
- ABYSSINIAN ADVENTURE 1868 (ing.)
- Armed Conflict Events Data (ing.)